Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Etibar Quliyev Soruşur Yazılma Tarixi:05.09.2015 12:31:18

Dostum bu il Azerbaycanda universitetde 2ci kursu bitirerek, bu il avqust ayinda universitetden konullu wekilde erize yazaraq xaric olmuwdu, turkiyede universitete qebul olub ve muvafiq arayiwi ordan getirmiwdi, mohlet alma huququ var mi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Quluzade Seyfulla Soruşur Yazılma Tarixi:05.09.2015 11:22:23

Men Bakı şəhəri Sabunçu rayonu bilgəh qəs yaşayiram dünən hərbi komissarliqdan mənə cağırış gəldi mən bilmək istəyirəm hara düşmüşəm Quluzade Seyfulla Eliyulla oğlu

Bildiririk ki, oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndəriləcək vətəndaşlar həqiqi hərbi xidmətə çağırılmaları və hansı hərbi hissəyə təyin olunmaları barədə dəqiq məlumat almaq üçün 30 sentyabr 2015-ci il tarixdən etibarən Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərlər. Eyni zamanda nəzərinizə çatdırıram ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün əvvəl - 31 dekabr, 31 mart, 30 iyun və 30 sentyabr tarixlərində aktivləşir.  
Memmedov Mehemmed Soruşur Yazılma Tarixi:05.09.2015 02:21:20

SALAM men MEMMEDOV MEHEMMED SHXCDX nin iscisi olmusam amma oz xaisimle isden azad olmusam xais edirem bu isle maraqlanasiz menim il erzinde getdiyim ezam pullarin almamisam niye vermirler eger beledise basqa orqanlara muraciyet edecem

Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, ölkədaxili ezamiyyələr xərc maddəsinə limit tətbiq olunduğu üçün dövlət büdcəsindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həmin xərc maddəsi üzrə ayrılan vəsait tələbatı əks etdirmir. Qeyd olunanları nəzərə alaraq, işlədiyiniz dövrdə ödənilməyən ezamiyyə xərclərinin cari ilin sentyabr ayında hesablanıb ödənilməsi nəzərdə tutulur.
sadiq memmedov Soruşur Yazılma Tarixi:05.09.2015 00:48:54

men memmedov sadiq agasef ogli sabirabad rayoni 02 10 2015il esger gedirem bilmek isderdim hara duwmiwem

Bildiririk ki, oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə göndəriləcək vətəndaşlar həqiqi hərbi xidmətə çağırılmaları və hansı hərbi hissəyə təyin olunmaları barədə dəqiq məlumat almaq üçün 30 sentyabr 2015-ci il tarixdən etibarən Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərlər. Eyni zamanda nəzərinizə çatdırıram ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün əvvəl - 31 dekabr, 31 mart, 30 iyun və 30 sentyabr tarixlərində aktivləşir.  
Cüneyd Vəlizadə Soruşur Yazılma Tarixi:04.09.2015 22:12:39

Mən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaq üçün hara müraciət edə bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Elvin Məmmədov Soruşur Yazılma Tarixi:04.09.2015 20:55:47

Salam mən ehtiyatda olan zabitəm.2011ci ildə milli ordudan leytenant rutbəsi ilə ehtiyata buraxilmişam indi daxili qoşunlarda xidmete qayida bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər  daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə müraciət etməlisiniz.
Mahmudov Tural Soruşur Yazılma Tarixi:04.09.2015 15:28:42

1 sayli Xestaxananin Hepatic C virusu Subklinik forma teyin etdiyi shexs herbi xidmete yararlidirmi? Deyilse hansi muddete herbiden azad edilir mualice ucun?

C virus hepatiti virusuna antitellərin aşkar edilməsi, qaraciyərin gizli keçən xroniki xəstəliyinin istisna edilməsi məqsədi ilə müayinə aparılması üçün əsasdır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Aydin Soruşur Yazılma Tarixi:04.09.2015 15:19:13

Salam mene artiq 3.cu defedirki 6 ayliq mohlet verilib.. ama men turkiyede hal hazirda magistr oxuyuram.. ve meni yene cagiriblar... men ne etmeliyem??? uni.ni atib gede bilmirem..

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən siz Azərbaycan Respublikasına gəlib qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinin hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməlisiniz.
cavid aliyev Soruşur Yazılma Tarixi:04.09.2015 14:39:21

esgerliye 17 yasinda getmey olar ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununun 12.2.1-ci maddəsinə əsasən, 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar həqiqi hərbi xidmətə çağırılırlar.
Qurbanov emil Soruşur Yazılma Tarixi:04.09.2015 14:11:48

Salam menim 18 yasim var men yanvar ayinda herbi xidmete getmeliyem amma sinemde problem var goresen meni aparacaqlarmi getmek isdeyirem

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897