Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Natiq Həbibli Soruşur Yazılma Tarixi:03.09.2015 09:58:35

Salam 1) Ehtiyyatda olan zabit hərbi xidmət keçməyibsə ve onun 36 yaşı tamam olubsa (1979) o hərbi xidmətə çağırıla bilər? 2) Ehtiyyatda olan zabit (leytenant) neçə yaşa qədər hərbi xidmətə çağırıla bilər? Hörmətlə, Natq Həbibli

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Bu Qanunun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar.
Ayaz Rəhimli Soruşur Yazılma Tarixi:03.09.2015 00:33:30

Salam. Mən ali təhsilimi Ukraynada almışam.Hərbi xidmətdə 1 il qulluq etmək üçün diplomun Təhsil Nazirliyinin nostrifikasiya komissiyası tərəfindən tanınması vacibdir, yoxsa tərcüməsi və notariat qaydada təsdiqi kifayətdir ?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Kənan Bağırov Soruşur Yazılma Tarixi:02.09.2015 23:44:10

Salam.Burunda cəpər əyriliyi olduğu üçün mənə möhlət verilib.sentyabrin 4-ü əməliyyat olacam.bəs bu möhlətin müddəti nə qədər olacaq?yeni oktyabr cağırışında yenodən cagiracaqlar yoxsa yanvara qalacaq? Birdəki xəstəxanadan arayış apandan sonra komisarlıq demişdi Qosbitala gondəriləcəksən amma hələdə səs səda yoxdu.yoxsa bu vacib deyil?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyinə uyğun olaraq sizin qeydiyyatda olduğunuz SHXÇDX-nin yerli idarə, şöbə və ya bölməsinin çağırış komissiyası tərəfindən qanunamüvafiq qərar qəbul ediləcək.
Tural Mustafayev Soruşur Yazılma Tarixi:02.09.2015 20:57:43

salam menim qardasim11.11.1995 -ci il tevellutdur.Qardasim kollecde oxuyur ve 3-cu kursa kececek.Bilmek isteyiremki qardasima kolleci qutaranacan mohlet verile bilermi.yeni kolleci qutarandan sonra herbi xidmete getsin.Bele qanun varmi xais edirik cavab yazib izah edesiz bize.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir.
Kenan Semedov Soruşur Yazılma Tarixi:02.09.2015 19:25:19

men 1 oktyabr esger gedecem hara duşeceyimi nece oyrene bilerem.?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.  
Aliyev Elcin Soruşur Yazılma Tarixi:02.09.2015 18:20:05

Salam.men Aliyev Elcin Sahib oglu 2006 altinci ilde DSX de herbi xidmet kecmisem.2008 ci ilde texris olmusam.Hal hazirda artiq 4 ildirki MN-nin on xettinde yerlewen herbi hisselerinde (MAXE) vezifesinde calisib xidmet etmek arzusundayam.sumqayit qeydiyatindayam.vaenkomata defelerle muracietim olub.amma bildiriblerki,hansi herbi hissede xidmet elemek isteyirsinizse hemin hissenin kadirlar sobesinden arais gtirin.getdiyim bir nece herbi hissede bu veziveye yiyelenmeyimcun bir qeder rusvet odemeliyem.onda bele cixirki,vetenin kesiyinde durmaq rusvete baglidir.xais edirem melumatlandirasiniz bu sualiimi.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Nadim Abbasov Soruşur Yazılma Tarixi:02.09.2015 18:19:37

Salam Men Nadim Abbasov Rafiq oglu 1985 ci ilden anadan olmusam ,herbi xidmetde olmusam halhazirda müddetden artiq heqiqi xidmet etmek ücün Dövlet Serhed Qosunlarina senet vermisem ordan mene bildirdiler ki, senin yasin coxdu cox xais ediren cavablandirin menim yasim coxdumu?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
BAgirli Alik Soruşur Yazılma Tarixi:02.09.2015 13:46:53

Salam... Esgerlikde herbi xidmeti nikadr Leytenant kimi qutarib gelenler hansi iwi iwleye biler herbi cehetten ???

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
İlhamə Budaqova Soruşur Yazılma Tarixi:02.09.2015 13:29:39

Salam. Murad Əhmədzadə 29.03.1996-cı ildə anadan olmuşdur.Ailə vəziyyəti ilə əlaqədar şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Hal hazırda Xəzər Rayon Komissarlığıda çağrışçı kimi qeydiyyata götürülüb. Orada da 5 aydır get gələ salırlar. Bilmək istəedim ki, Komissarlıq buna nə sənəd verməlidir ki, uşaq şəxsiyyət vəsoqəsi ala bilsin?

Bildiririk ki, 1996-cı il təvəllüdlü Əhmədzadə Murad İsmayıl oğlu SHXÇDX-nin Xəzər rayon idarəsində ilkin hərbi qeydiyyata alma komissiyasını keçən zaman o, elektroensefaloqrafiya müayinəsinə göndərilmiş və onun beynində üzvü dəyişikliklər olduğundan daha dəqiq müayinə olunması üçün 2 saylı Respublika Psixiatriya Xəstəxanasına göndəriş verilmişdir. Eyni zamanda bildiririk ki, o, sağlamlıq vəziyyətinin müayinə edilməsi aktını SHXÇDX-nin Xəzər rayon idarəsinə təqdim etdikdən sonra müvafiq sənədlə təmin ediləcəkdir. 
Cədvəldə sətir sayı :14897