Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nərmin Quliyeva Soruşur Yazılma Tarixi:02.09.2015 12:37:16

Salam. Xanımların könüllü hərbi xidmətə qoşulmasının şərtləri haqqında ətraflı məlumat almaq istərdim. Nə kimi vəzifələrlə xidmət etmək mümkündür? Təşəkkürlər...

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Novruzov Namiq Soruşur Yazılma Tarixi:01.09.2015 22:15:21

Oglum Amsterdam Dovlet Universitetine qebul olub. Bu payizda 18 yasi tamam olacaq. Herbi xidmetden mohlet hiququmuz varmi. Bunun ucun hansi sened teqdim etmeliyik

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, oğlunuzun qəbul olduğu ali təhsil müəssisəsindən arayış alaraq (arayışda oğlunuzun ali təhsil müəssisəsinə qəbul olduğu və bitirəcəyi tarix dəqiq göstərilməlidir) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyi tövsiyə olunur.
Abdullayeva Ruhiyye Soruşur Yazılma Tarixi:01.09.2015 19:27:00

salam mənim 39 yaşım var qadınam hərbi hissədə qulluq etmək istəyirəm . Gəncədə yaşayıram. Bununla bağlı hara müraciət edə bilərəm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Əkbər Məcidli Soruşur Yazılma Tarixi:01.09.2015 13:33:11

Ali təhsilliyəm idmanda yetərincə nailiyyətlərim var hərbidə işləmək istəyirəm.

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Elçin Tağızadə Soruşur Yazılma Tarixi:01.09.2015 08:03:51

Hər vaxtınız xeyir olsun. Mənim qardaşım bu ilin oktyabr ayında təxris olur. Bilmək istərdim oktyabr ayında da iyul ayı kimi gecikmə olacaq yoxsa oktyabrın 1i təxris olacaqmı?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xidmət müddəti başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2015-ci ilin oktyabr ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Əliyev Sahib Soruşur Yazılma Tarixi:01.09.2015 00:06:16

Salam. Mən bilmək istəyirəmki indi əsgər gedəndə boy buxun cəki nəzərə alinir? Mənim boyum 1.88.çəkim 94. Hansı hərbi hissəyə düşə bilərəm? Ali təhsilliyəm.92-ci ildənəm.boevoy sambo idman növü ilə məşğul olmuşam rusiyada.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Eyni zamanda bildiririk ki, müddətli həqiqi hərbi xidmət qulluqçularının hansı hərbi hissədə xidmət keçməsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir. 
Kərim Nadirov Soruşur Yazılma Tarixi:31.08.2015 23:19:00

Mən SHXÇDX-də işləmək istəyirəm. bunun üçün nə etməliyəm? 1) Ali təhsil 2) Sürücülük vəsiqəsi 3) Kompyuter diplomu 4) Sərbəst güləş üzrə 1-ci dərəcəli idmançı 5) Hərbi xidmətimi XTD-də qulluq etmişəm.

Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Israil novruzov Soruşur Yazılma Tarixi:31.08.2015 22:10:06

Salam menim emimoglu hal hazrda herbi xidmetdedi ve o artiq xidmetinin 11 inci ayini tamamlayir .herbi xidmeti bitirmemis GIZIR hazirliq kursuna gede biler ? Bunun ucun ne teleb olunur ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, əminiz oğlu qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etdiyi hərbi hissənin komandanlığına müraciət etməlidir.
Ali Akbar Soruşur Yazılma Tarixi:31.08.2015 16:56:09

Salam, men 9cu sinifden kollece daxil oldum, ve bu il mezun oldum ve turkiye universitetine qebul oldum, universitet turkiyenin en yaxsi 10universitetinden biridir , ordan qebul oldugum haqda kagiz getirdim ve bakida musavirliyde tesdiqletdirdim hetta, amma vaynkamat heccure mohlet vermir, bu barede ne ede bilerem? zehmet olmazsa etrafli bildirersiniz

Bildiririk ki, Siz qəbul olunduğunuz ali təhsil müəssisəsindən bitirmə müddəti göstərilməklə alınmış arayışı (Forma -10) Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və bölməsinə təqdim etdiyiniz təqdirdə, barənizdə rayon çağırış komissiyasında qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Fikrət Məhərrəmov Soruşur Yazılma Tarixi:31.08.2015 16:46:56

Salam, mən ali təhsilli müəlliməm. Zabit kimi hərbi xidmət etmək istəyirəm. Leytenant rütbəsi ilə işləyə bilərəm? Əvvəlcədən təşəkkür edirəm

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14897