Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Məmməd Məmmədxanlı Soruşur Yazılma Tarixi:26.08.2015 16:13:54

Salam Mənə keratokonus göz xəstəliyindən möhlət verilib. 1 Aldığım məlumata görə bu xəstəliyi daşıyan çağırışçılar yararsız hesab olunur.Bu doğrudur mu? 2 Mən isə müdafiə nazirinin ünvanına bütün məsuliyyəti özüm üstlənərək könüllü hərbi xidmətə getmək istədiyim barədə müraciət ünvanladım.Üstündən uzun müddət keçmiş və bu gün mənə işimin SHXÇDX-yə tapşırıldığı barədə məktub verilib. Bu təşkilatdan mənə cavab nə zaman gələr və hərbi xidmətə getmək ehtimalım var mıdır ? Mümkün olan ən qısa zamanda cavablandırmağınızı xahiş edirəm Təşəkkürlər.

Bildiririk ki, Sizin sağlamlıq vəziyyətinizlə əlaqədar müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamanız barədə qərar çağırışa cəlb edildiyiniz dövrdə hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölmələrində yaradılmış çağırış komissiyası tərəfindən veriləcəkdir. Bununla yanaşı, sağlamlıq vəziyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız və ya “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş çağırışçıların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. 
Sehriyar Xelilov Soruşur Yazılma Tarixi:26.08.2015 12:30:30

Men Turkiyede tehsil aliram ve tehsil uzanasi oldu ve meni komisarliqdan cagirdilar . Men bilmek isteyirem men universitetden arayish getirmekle tehsil muddetimi davam etdire bilerem ya nece ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılara təhsilini davam etdirmək üçün möhlət yalnız bir dəfə verilir.  Əlavə olaraq qeyd edirik ki, çağırışdan möhlətin verilməsi üçün aidiyyəti üzrə təqdim etdiyiniz arayışda göstərilən təhsilin müddətini və təhsilə görə verilmiş möhlətin müddətini dəqiqləşdirmək mümkün olmadığı üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və bölməsinə müraciət etməyiniz məqsədəuyğundur. 
Resad memmedov Soruşur Yazılma Tarixi:26.08.2015 02:14:45

Salam alekum herbicilernen bagli sikayetimizi hara bildire bilerik? Belediki bir zamanlar evimde az miqdardada olsa pul vermelidi. Perevod olub gedib. Bununla bagli neynemek olar? Xais yardimci olun

Bildiririk ki, müraciətinizdə (istəyiniz ilə əlaqədar) ətraflı məlumat vermədiyinizə görə qərar qəbul olunması mümkün hesab edilməmişdir.
Sefali Qayitmazov Soruşur Yazılma Tarixi:26.08.2015 00:01:04

salam.Men Qayitmazov Sefali.1994 16oktyabr.Qusar rayonu Suvacal kendi.Milli ordunun spesnaz bolmesinde islemey isteyirem.Mumkunse komeyliy gosterin.DSX da xidmet elemiwem.Boy 1,74 .Ceki 71.Idmanla da mesgul olmusam.

Bildiririk ki, Ordu sıralarında xüsusi təyinatlı hərbi hissədə hərbi xid­mət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Murad Soruşur Yazılma Tarixi:25.08.2015 23:45:04

Salam,men 2 il bundan gabaq Naxçivanskiy herbi liseye gözlerime göre keçe bilmemişem,indi eskerliye meni qebul eliyecekler?

Sualınıza cavab olaraq bildiririk ki, sizin sağlamlıq vəziyyətinizlə bağlı müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə qərar  çağırışa cəlb edilərkən qeydiyyatda olduğunuz SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinin hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirildikdən sonra veriləcəkdir.    
mustafayev vusal Soruşur Yazılma Tarixi:25.08.2015 23:41:02

Salam men esgerliyi 2012 ci ilin aprelinde bitirmisem.indi yene herbiye gizirliye adimi yazdirmisam.bilmek isteyirem meni gotureller ya yox.hemde onun dovlet rsumu varmi?

Bildiririk ki, gizir kimi hərbi xid­mətə qəbul edilib-edilməmənizə aydınlıq gətirilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, mövcud qanunvericilikdə hər­bi xidmətə daxil olarkən hər-hansı ödənişin edilməsi nəzərdə tutulmamışdır.
Tural Qurbanov Soruşur Yazılma Tarixi:25.08.2015 21:51:43

Salam man Rossiyanin Sankt-Peterburg sheherinde ali tehsil almiwam dovlet universitetinde .. Man herbi xidmete 1 illik qulluq edecem oranin diplomu ile .?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dinc dövrdə müddətli həqiqi hərbi xidmətin müddəti alı təhsili olanlar üçün – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar üçün 1 il 6 ay müəyyənləşdirilmişdir. Xarici ölkədə ali təhsil almanız barədə sənədin tanınmasının dəqiqləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməyiniz məqsəduyğundur. 
NicatRashidov Soruşur Yazılma Tarixi:25.08.2015 21:22:06

Salam. Menin gardasim attestatnan Evropa olkesine gebul olub. Ona herbiden mohlet verileceymi?

Bildiririk ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışı Azərbaycan Respublikasının Prezidentinin sərəncamı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul, oktyabr aylarınınn 1-dən 30-dək keçirilir. Qardaşınıza təhsilə görə möhlət hüququnun verilməsi barədə mövcud qanunvericiliyə uyğun qərar qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölməsinin çağırış komissiyası tərəfindən çağırış müddətində qəbul ediləcəkdir.  
Ezan Suleymanov Soruşur Yazılma Tarixi:25.08.2015 16:13:14

Salam men ali tehsili bitirmiwem bu il ve herbi xitmeti leytnant kimi xidmet etmek isteyirem bunun ucun men hara muraciet etmeliyem?

Sualınıza cavab olaraq bildiririk ki, zabitlərin həqiqi hərbi xidmətinə-hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə    ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar qəbul edilirlər. Siz müddətli həqiqi hərbi xidmətə göndərildikdən sonra zabit kimi xidmət etmək istəyiniz barədə xidmət etdiyiniz hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Qasımova Elza Soruşur Yazılma Tarixi:25.08.2015 13:49:22

Xidmət rəisinin qəbul günləri nə vaxtdır və qəbula necə düşə bilərəm?

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin qəbul günləri hər ayın axırıncı şənbə günləri keçirilir.  Qəbulda iştirak etmək üçün ayın axırıncı həftəsinin istənilən günlərində Xidmətin Aparatına müraciət edərək müvafiq qaydada qeydiyyatdan keçməlisiniz. Özünüzlə şəxsiyyət vəsiqənizi götürməyiniz zəruridir. 
Cədvəldə sətir sayı :14897