Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Resid Ehmedli Soruşur Yazılma Tarixi:21.08.2015 12:43:43

Salam men ali tehsilimi bu ilin sentyabir ayinda basha vuracam. Ve xerbi xidmete Leytinat kimi getmek isteyirem. Bu bildiyim qeder ancaq Milli orduda ola biler. Serhet qosunlarinda ve Daxili qoshunlarda bele bir prosudur yoxdu. Baki qeydiyatiyam. Her bir qosun novune dusmeye ehtima var. Amma men isterdim ki Milli orduda qulluq edim. Bunun ucun muraciyet gondersem nezere alarsiz? Alinarsa hara muraciet gonderim? xaish edirem bu barede etrafli melumat veresiz.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Eyni zamanda bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
amil melikso Soruşur Yazılma Tarixi:21.08.2015 11:23:37

salam.onceden oyrenmek olarmi hansi weherde esgerliy edecem

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.          
Eyni zamanda bildiririk ki, 2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Sahir Nebiyev Soruşur Yazılma Tarixi:20.08.2015 20:47:46

men imtahanan kesilmisem havaq herrbiye gedecem

Bildiririk ki, 2014/2015-ci tədris ili üçün respublikanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edən, lakin keçid balını yığa bilməyən 18 yaşı tamam olmuş çağırışçılar oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəklər.
Sebuhi Abdullayev Soruşur Yazılma Tarixi:20.08.2015 19:47:03

Salam ehtiyatda olan herbiciyem yeniden herbiye qayitmaq isderdim Daxili Qosunlarda islemisem xidmetim basa catdiqdan sonra ehtiyata buraxildim ayle sebeblerne gore xidmeti davam etire bilmirdim.size yazib xayis ediremki yeniden qayitmaqma komey edesiz

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-cimaddəsinə əsasən, həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar. Siz yuxarıda qeyd olunan Qanunda göstərilən tələblərə cavab verdiyiniz halda, hərbi xidmətə qayıtmaq istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Bayramov Nurlan Soruşur Yazılma Tarixi:20.08.2015 17:06:52

Mene pirpisnoyda muqeveti yararsiz yaziblar bunun menasi nedir

Bildiririk ki, sağlamlıq vəziyyətinə görə müayinə və müalicəyə ehtiyacı olan və rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilən çağırışçılara tam sağlam hesab edilənədək çağırışdan möhlət verilir.
Tural Rzayev Soruşur Yazılma Tarixi:20.08.2015 16:57:15

Men hal-hazirda xaricde universitetde bakalavr tehsilini aliram. Indi oxudugum universiteti bitirmeyib basqa universitete tehsil ala bilerem?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir. Bu səbəbdən sizə təhsilə görə hərbi xidmətə çağırışdan ikinci dəfə möhlət verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
elzamin mustafayev Soruşur Yazılma Tarixi:20.08.2015 16:09:11

Salam gizirlik kursu nece heftedi?

Bildiririk ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunun davametmə müddətinə aydınlıq gətirilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Sübhan Əhmədov Soruşur Yazılma Tarixi:20.08.2015 15:58:10

Əhmədov Sübhan Muxtar oğlu, 10.02.1994 təvəllüd (Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi) İlk çağırışım Mayın 25i oldu. Xroniki böyrək çatışmamazlığı ilə əlaqəli məni 2 dəfə Bakı şəhərinə diaqnostika üçün göndərdilər. 2ci dəfə Dövlət Xidməti ilə getdim ama bu diaqnostikanın cavabları isə hələ çıxmayıb. Sizə yazıb bildirmək istəyirəm ki, Türkiyə universitetlərdən birinə Magistra qəbul olduğumdan Avgust ayının 31i ikinci imtahan üçün universitetə getməliyəm. Bunun üçün ölkə xaricinə çıxmağa 1 heftelik icazə verilməsi üçün hara müraciət etməliyəm və müracitəimi yazılı yoxsa şifahi olaraq Qaynar Xəttə etməliyəm? Möhtərəm Prezidentiizin gənclərə önəm verdiyi bu ölkədə niyə bu vəziyyətdə getə gəl oluruq ?

Məlum olmuşdur ki, Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında nəzarət qaydasında şəhadətləndirilmə nəticəsində Sizin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı” hesab edilməyiniz barədə ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqədə müvafiq qeydlər aparılmışdır. Şəxsi işiniz Xidmətin Qəbələ rayon şöbəsinə daxil olduqdan sonra Siz hərbi bilet ilə təmin olunacaqsınız.
memmedli tahir Soruşur Yazılma Tarixi:20.08.2015 15:02:22

Salam menim bedenimde nakolka var esger aparcaqlar oktyabr priziviyem

Çağırışçılarda döymə (tatuaj) xüsusi qoşun növləri istisna olmaqla digər qoşun növlərində həqiqi hərbi xidmət keçməyə maneçilik törətmir. Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında komplektləşdirilməsi planlı şəkildə və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür. Çağırışçının hansı hərbi hissədə hərbi xidmət keçməsi məsələsinə yuxarıda göstərilən qurumlarda baxılır.
ehmedov tural Soruşur Yazılma Tarixi:20.08.2015 14:57:36

salam men 1992 il tevelidem xaricde tehilimi bu il basa vurdum .oktyabrda esgerliye gedecem men bilmek isdeyirem nikadr leytnant getmey ucun kime muraciet etmeliyem?eger leytnant kimi getsem yasadigim yerde qulluq elemey huququm varmi?diplomum hele tesdiqlenmeyib sentyabirda senedlerimi verib gedecem herbi xidmete leytnant kimi gedebilerem ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar qəbul edilir.                
Əlavə olaraq bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədəmüvafiqdir.
Cədvəldə sətir sayı :14897