Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sadiqov Yasar Soruşur Yazılma Tarixi:18.08.2015 10:58:29

Salam men 03.10.1982-ci il tevelludlu Sadiqov Yasar Xasay oglu bilmek isdiyerdim men daxili qosunlarda muddetden artiq xidmet etmis kimi islemek ucun ne etmeliyem

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar. Müd­dət­dən ar­tıq həqiqi hər­bi xid­mə­tə – ən azı ümumi orta təhsilli, qanun­la müəyyən­ləş­dirilən müd­dət­li həqiqi hərbi xidməti ba­şa çatdır­mış hər­bi qulluqçular, 40 yaşınadək hər­bi vəzifəlilər (zabit­lər­, gizirlər və miçmanlar istisna olmaqla).   Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, Daxili Qoşunlarda müd­dət­dən ar­tıq həqiqi hər­bi xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının Komandanlığına müraciət edə bilərsiniz.
kisiyev babakisu Soruşur Yazılma Tarixi:18.08.2015 10:16:59

Salam men okyabrin 12 herbi xirmete gedirem amatibbi muayneden kecdim ve ayaqim yasti cixdi men herbi xirmete gedecem

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən çağırışçıların tibbi şəhadətləndirilməsi yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
QULIYEV FERID Soruşur Yazılma Tarixi:17.08.2015 23:39:03

salam sizden sorusmaq isderdimki magistir oxumaq ucun magistirlara mohlet verilir

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Mirislam İsmayılov Soruşur Yazılma Tarixi:17.08.2015 17:45:36

Salam bilmək istəyirdim ki mə nəqədər möhlət verilib ? İsmayılov Mirislam Mirkazım oğlu 27.10.1993 Hacıqabul rayonu

Bildiririk ki, 2015-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin  Hacıqabul rayon şöbəsində tibbi şəhadətləndirilmisiniz və Sizə səhhətinizlə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən 6 ay müddətinə (07.01.2016-cı il tarixədək) həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilmişdir.
kamran cebrayilov Soruşur Yazılma Tarixi:17.08.2015 17:05:11

Salam.men bilmek isterdim ki,men yastiayaqlliliq oldugu ucun herbiye yararli olmamisam aparmayiblar mene pensiye dusur?cox vacibdi

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız məktub araşdırılmışdır. Nəzərinizə çatdırırıq ki, mövcud qanunvericiliyə görə pensiya yaşı olmayan vətəndaşlara yalnız əlilliyə görə pensiya təyin oluna bilər.  
Nicat Babayev Soruşur Yazılma Tarixi:17.08.2015 15:50:37

Salam ,men Babayev Nicat Ilqar oglu 26.06.1997 tevelludluyem (Cagiris uzre Dovlet xidmetinin Xetai Rayon sobesinde qeydiyatdayam .Mene ne qeder Mohlet verilib ?

Qeyd etdiyiniz məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
FERID MEHDIYEV Soruşur Yazılma Tarixi:17.08.2015 14:25:42

SALAM men MEHDIYEV FERID ZAKIR oglu men 1996 ci ilde anadan olmusam senedlerimi idman akademiyasina vermisdim ve kesildim meni oktyabr 1 cagrisa cagiriblar ve indi senedlerimi texnukuma vermisem ayin 19 cavablar cixacaq eger men texnikuma qebul olsam meni esgerliye gedecem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir.  
Natiq eliyev Soruşur Yazılma Tarixi:17.08.2015 10:43:58

Salam,bagiwliyin sizede ezyet verirem,dostumun herbi bileti itib, onu yenisiyle evez etmek olarmi?

Bidiririk ki, itirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə hərbi vəzifəlilərə yeni hərbi biletlərin verilməsi əvvəlki hərbi biletlərin itirilməsi və ya korlanması səbəbləri araşdırıldıqdan sonra verilir. Dostunuzun yeni hərbi biletlə təmin edilməsi üçün o, sənədləri ilə (şəxsiyyət vəsiqəsinin surəti, 3x4 ölçüdə 2 ədəd fotoşəkilvə ərizə) hərbi qeydiyyatda olduğu yer üzrə Xidmətin yerli idarəsinə (şöbəsinə və ya bölməsinə) müraciət etməlidir. Bundan sonra Xidmətin yerli idarəsi (şöbəsi, bölməsi) tərəfindən DİN-nin yerli orqanına itirilmiş hərbi biletin aşkar olunub-olunmaması barədə sorğu göndəriləcək. Cavab alındıqdan və hərbi qeydiyyat məlumatları tam toplandıqdan sonra o, qısa müddət ərzində hərbi biletlə təmin olunacaqdır.
Fərman Piriyev Soruşur Yazılma Tarixi:16.08.2015 20:13:16

Salam, bağışlayın narahat edirəm. Mən oktyabrda hərbi xidmətə getməliyəm. Boyum 166 sm, çəkim isə 44 kq-dır. Burada Rayonda xəstəxanada həkimdən soruşdum dedi ki, çəkim düşmür. Amma mən getməliyəm. Bunun üçün neyləməliyəm? Yəni çəki mütləqdir, yoxsa gözləyim çağırış vərəqəsi gəlsin gedim komissarlıqla danışım? Siz necə məsləhət bilirsiz?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Feqani Eliyev Soruşur Yazılma Tarixi:16.08.2015 17:04:20

Sualim budurki.Muddetden artiq heqiqi herbi xidmetci (maxe? Orta tam tehsillidrse zabit ola biler?

Mövcud hərbi qanunvericilikdə dinc dövrdə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına ilk zabit rütbəsinin verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda Sizə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 57-ci, 58-ci və 61-ci maddələrlə tanış olmağınızı tövsiyə edirik.
Cədvəldə sətir sayı :14897