Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
sadiqov sadeddin Soruşur Yazılma Tarixi:13.08.2015 11:16:03

Gizirlik kursuna senet ne vaxt verilir

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələri tərəfindən hər il mütamadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir. Odur ki, Siz 28 yaş həddini keçmədiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə şöbə və ya bölməsinə müraciət etməlisiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək növbəti gizir hazırlığı kursunun nə vaxt təşkil ediləcəyinə aydınlıq gətirilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Azay kazimov Soruşur Yazılma Tarixi:13.08.2015 02:16:32

salam meni aile vezyetine gore herbi xidmete aparmirlar men konullu hetmek isdeyirem erzie yazmisam natarusda tesdiqledib vayinkata vermisem ama cagris gelmeyib nece bileremki meni xetdmete aparacaqlar ya yox

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş şəxslər yalnız çağırışdan möhlət hüququnu itirdikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Rəfi Rəfili Soruşur Yazılma Tarixi:13.08.2015 01:34:24

salam. sizə sualım odur ki. sizin xidmətə işə qəbul olmaq istəyirəm ehtiyyat zabitəm . bölgəsindən asılı olmayaraq xidmət etməyə hazıram . və necə məlumat ala bilərəm

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
miraga ibayev Soruşur Yazılma Tarixi:12.08.2015 22:49:21

salam her vaxtiniz xeyir meh herbi deniz quvvelerinde xidmet etmisem xidmete uygunsuzuglunan ehtiyata buraxilmisam men yeniden qayida bilerem herbide causuydum yenide cavus kimi xidmet ede bilerem

Bildiririk ki, çavuş kimi hər­bi xidmətə qayıtmaq istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Turan Mustafayev Soruşur Yazılma Tarixi:12.08.2015 20:59:59

salam men Azerbaycan ordusunda on xetde esger kimi xidmet gostermisem indi ise vaxtinan artik herbi xidmete qosulmak isteyirem men vaxtinan artik herbi xidmete qosulmak ucun her hansi odeme odemeliyemi ? xais ederdim mene komeklik gosterediniz...tel 055-437-53-06 tesekurler

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar. Müd­dət­dən ar­tıq həqiqi hər­bi xid­mə­tə – ən azı ümumi orta təhsilli, qanun­la müəyyən­ləş­dirilən müd­dət­li həqiqi hərbi xidməti ba­şa çatdır­mış hər­bi qulluqçular, 40 yaşınadək hər­bi vəzifəlilər (zabit­lər­, gizirlər və miçmanlar istisna olmaqla). Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hər­bi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, mövcud qanunvericilikdə hər­bi xidmətə daxil olarkən hər hansı ödənişin edilməsi nəzərdə tutulmamışdır.
Cavid Misirov Soruşur Yazılma Tarixi:12.08.2015 19:29:00

salamad gunum oktyabrin 30 udu ayin necesi esger gedecem

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Murad Babayev Soruşur Yazılma Tarixi:12.08.2015 19:04:09

Salam.Iyul ayinda xidmete gedib geri gaytarilmisham,dediler oktabirda gediceysen.Xidmet etdiyim yer deyishile biler bu halda?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Eyni zamanda bildiririk ki, siz 2015-ci ilin oktyabr çağırışına cəlb ediləcəyiniz halda bölgü aparılarkən sizin adınız yenidən xüsusi kompüter proqramına daxil ediləcək. 
ceyhun semedzade Soruşur Yazılma Tarixi:12.08.2015 17:36:26

salam men esgerliyde maxe veya giziri secmey istiyirem bilmey istiyirem men harda esger olmusam orda isleyecem yoxsa ozum secdiyim yerde

Bildiririk ki, müd­dət­dən ar­tıq həqiqi hər­bi xid­mə­t hərbi qulluqçusu və ya gizir kimi, o cümlədən harada və hansı hərbi hissədə hər­bi xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə əvvəllər hərbi xidmət keçdiyiniz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.  
Mübariz Mübariz Soruşur Yazılma Tarixi:12.08.2015 17:11:03

Salam hər vaxtınız xeyir.Özüm 11-ci sinifə kimi oxumuşam.Ali məktəbə qəbul olmamışam.Və 2013-cü il yanvar ayında daşkəsən rayonunda qulluq etmişəm və 2014-cü il iyul ayında xidmətimi başa vurmuşam.1 ildi maxe olmaq üçün hansı hərbi hissəyə gedirəmsə ora-bura göndərirlər.Dəqiq bir məlumat verən olmayıb mənə.Mən şəxsən özüm könüllü olaraq gədəbəy rayonunda müddətdən artıq həqiqi hərbi qulluqçu maxe kimi qulluq etmək istəyirəm.Hərbi qulluqçu kimi xidmət etmək üçün lazımi sənədlərin hamısını toplamışam.Sizdən öyrənmək istəyirəm ki, mən gədəbəydə hərbi qulluqçu kimi necə xidmət edə bilərəm?Öncədən məlumat verim hərbi komissarlığa da müraciət etmişəm bu barədə və mənə həkim yoxlanışından keçmək üçün sənədlər təqdim ediblər,hamısından da keçmişəm.Ama bilmirem hara gedim və sənədlərimi kimə təqdim edim?Təlim tədris mərkəzinə müraciət edim?yoxsa qulluq etmək istədiyim hərbi hissəyə müraciət edim?maxe qəbulu bağlanıbdı belə bir xəbər eşitmişəm ona görə bilmirəm hara müraciət edim.Sizdən çox xahiş edirəm bu sualımı cavablandırasınız və mənə kömək edəsiniz.sağolun.

Bildiririk ki, Gədəbəy rayonunda yerləşən hərbi hissədə müd­dət­dən ar­tıq həqiqi hər­bi xid­mə­t hərbi qulluqçusu kimi hər­bi xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə həmin hərbi hissənin komandirinə və ya Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Zabit Məmmədov Soruşur Yazılma Tarixi:12.08.2015 14:31:53

Salam.Mən işə qəbul olmaq üçün müsabiqədə iştirak etdim lakin müsbət nəticə gostərmədim.Bilmək istəyirəm ikinci dəfə sənədlərimi verə bilərəm imtahanda iştirak etmək üçün?Növbəti imtahanin vaxtini öyrənmək istəyrəm.

Bildiririk ki, 28.07.2015-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14897