Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Huseynov Emin Soruşur Yazılma Tarixi:12.08.2015 13:04:00

salam men oktyabrda esgerliye gedrem bilmek isdeyiremki pavisqaya qol hacan cekilmelidi

Bildiririk ki, siz oktyabr çağırışı zamanı SHXÇDX-nin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsi tərəfindən sizə göndərilən çağırış vərəqəsində göstərilən tarixdə orada olmalısınız. 
Mehdiyev Ayaz Soruşur Yazılma Tarixi:12.08.2015 10:38:46

salam. Mən hərbi xidməti bitrmişəm hal-hazirda 25 yaşım var ali təhsilliyəm. Zabit olaraq çalışmaq istəyirəm. Bu mümkündürmü? Mümkündürsə hansı orqanlara müraciət etməliyəm?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-cimaddəsinə əsasən, həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar. Za­bit­lə­rin həqiqi hər­bi xidmətinə – hər­bi xidmət­də ol­ma­ğın son yaş həd­dinə çatmamış ehtiyatda olan za­bit­lər, ha­be­lə ilk za­bit hər­bi rütbə­si verilməklə 35 ya­şı­nadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.  
Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, zabit kimi hərbi xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Tural Huseynli Soruşur Yazılma Tarixi:12.08.2015 00:27:13

Salam Men Herbi xidmete yararsiz,muharibe dovrunde mehdud yararliyam.Xesteliyim 2c maddesi yazilib.men nece bile bilerem o umumi maddelerdeki xesteliklerin adi,siralamasini?hara daxil olub baxa bilerem o maddelere?menim xesteliyimin drqiq adi nece gedir ve bawqa maddelerdeki xestelikler siralamayla necedi ?

Çağırışçıların həqiqi hərbi xidmətə yararlılığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən müəyyən  edilir.
Salmanov Kamal Soruşur Yazılma Tarixi:11.08.2015 22:45:52

salam men 1998 noyabr ayinin 29 anadan olnuwam zehmet olmasa deyerdiniz men ne vaxt herbi xidmete gedecem? zehmet olmasa soyluyerdiniz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda bildiririk ki, siz qanunvericiliyin tələblərinə uyğun olaraq 2017-ci ilin yanvar çağırışına cəlb ediləcəksiniz.
Samedov Cavid Soruşur Yazılma Tarixi:11.08.2015 22:16:00

Salam, menim teveludi 17.may.1996. Kecen il mende olmusdu tibb komissiya ama o vaxtda mende travma idi, ayagda sumuk travma idi ve meni goturmediler. Esedmisem her 3 il cagiris olur, mende ayag indi sagalib, men ozun tezden tibb komissiyasi kece bilerem yada 2017 ile geder gozdemeliyam (2014 tibb komissiya idi)?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
vuqar hesenov Soruşur Yazılma Tarixi:11.08.2015 18:50:32

salam men hesenov vuqar mingecevir seherinde qaliram tesilim ortadi ozum 3 il herbilesdirilmiw muhavize desdesinde islemisem indiysise xidmetden artiq herbi qulluqcu gizir kimi islemek isdeyerdim sadece olaraq bilmek isdeyiremeki gizirlik kurslari ne vaxti baslayacaq.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə şöbə və bölmələri tərəfindən hər il mütəmadi olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı kursunda oxumaq üçün 28 yaşına qədər hərbi vəzifəlilər sırasından namizədlərin seçilməsi təşkil edilir. Odur ki, Siz 28 yaş həddini keçmədiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Xidmətin Mingəçevir şəhər şöbəsinə müraciət etməlisiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək növbəti gizir hazırlığı kursunun nə vaxt təşkil ediləcəyinə aydınlıq gətirilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Ezimli husnumubarek Soruşur Yazılma Tarixi:11.08.2015 16:03:47

Muddetden artiq xidmet etmek isdeyirem. ne etmeliyem?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar. Müd­dət­dən ar­tıq həqiqi hər­bi xid­mə­tə – ən azı ümumi orta təhsilli, qanun­la müəyyən­ləş­dirilən müd­dət­li həqiqi hərbi xidməti ba­şa çatdır­mış hər­bi qulluqçular, 40 yaşınadək hər­bi vəzifəlilər (zabit­lər­, gizirlər və miçmanlar istisna olmaqla). Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hər­bi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.  
Zeynalov Togrul Soruşur Yazılma Tarixi:11.08.2015 15:56:08

Salam. Men kolleci bitirmiwem.herbi xidmetden bir defe kollec mene izin alib indi men universitete qebul olmuwam tehsili davam etdirmek ucun mene yene izin ala bileremmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, sizə təhsilə görə çağırışa təkrar möhlət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
EMIL ELIYEV Soruşur Yazılma Tarixi:11.08.2015 10:16:59

salam bagislayin narahat etdiyime gore meni 1 il evvel Qax rayonu herbi komisarligindan bakiya qospitala gonderibler ve hec bir melumat verilmir xayis edirem bu hakda maraqlanasiniz

Məlum olmuşdur ki, Siz, 17.04.2014-cü il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilmisiniz. Siz, hərbi qeydiyyat sənədləri ilə təmin olunmağınız üçün Xidmətin Qax rayon bölməsinə müraciət etməlisiniz.
Kamran Ceferov Soruşur Yazılma Tarixi:11.08.2015 01:56:17

salam. menim 19 yasim. Qax rayonunda yasayiram. bu ilin yanvar ayinda tamam olub. orta mektebi bu il bitirmisem. bu ilin oktyabr ayina herbiye cagiris vereqesi veribler. turkiyede ali tehsilimi davam etmek isteyirem. xarici olkede universitete qebul olsam yerli herbi komisarliq mene xarici pasport almaq ucun icaze verecekmi? Sagolun.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, ümumi təhsil müəssisələrində tam orta təhsil alan 20 yaşınadək çağırışçılara müvafiq təhsilini bitirənədək yalnız bir dəfə çağırışa möhlət verilir. Nəzərinizə çatdırırıq ki, sizə təhsilə görə çağırışa təkrar möhlət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14897