Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
araz Soruşur Yazılma Tarixi:16.08.2015 14:13:05

salam. men biletden imtina elemek isdeyirem sebeb herbi bilete 14-b maddesi qoyulub ona gorede hec bir yer goturmurler ona gorede mene lazım deyil bilet onsuzda isim geder nece edim ki biletden imtina edim adıma bilet olmasın onsuzda o bilet saxta madde qoyulub sozy uzatmaq isdemirem esas o biletden canımı qutarmalıyam xais edirem komek edin tesekkür edirem

Bidiririk ki, müraciətiniz əsasında konkret araşdırma aparılması üçün soyadınız, atanızın adı, təvvəllüdünüz və hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinin (şöbəsinin, bölməsinin) adını bildirməyiniz vacibdir.  
Nağıyev Zəka Soruşur Yazılma Tarixi:16.08.2015 12:49:34

Salam. Mən 2008-ci ildə xəstəliklə əlaqədar hərbi bilet aldım. 2014- ci oktyabrda tekrar yoxlamdada peçat vuruldu. İndi tamamilə sağalmışam və oktyabr ayında hərbi xidmətə gedmək istətirəm. Nə edim. hara müraciyyət edim.

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respub­likası Qanununa əsasən «dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı» hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda nəzərinizə çatdırırıq ki, əvvəllər müəyyən olunmuş diaqnozunuz dəyişdiyi və ya sağlam hesab olunduğunuz halda, Siz yalnız öz arzunuzla vaxtından əvvəl təkrar tibbi müayinəyə cəlb oluna bilərsiniz. Odur ki, vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət edə bilərsiniz.
zamanli cavid Soruşur Yazılma Tarixi:16.08.2015 12:41:16

Salam, mən Zamanlı Cavid Ağa oğlu 1994- cü il təvəllüdlüyəm ( Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi ). Mənə 6 ay möhlət veriblər Ucar rayon şöbəsindən soruşdum amma hansı xəstəliyə görə oldugunu demədilər. Sizə sualım belədir ki, mənə hansı xəstəliyə görə möhlət verilib ?

Sizin hərbi xidmətə çağırılmamağınız barədə müraciətinizə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Bildiririk ki, siz 2015-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Ucar rayon şöbəsində tibbi şəhadətləndirilərkən səhhətinizdə “keçirilmiş eksudativ plevritdən sonrakı vəziyyət” aşkar edildiyi üçün göndəriş vərəqəsi ilə ET Ağciyər Xəstəlikləri İnstitutuna müayinəyə göndərilmisiniz. Müayinə olunduqdan sonra siz Xidmətin Ucar rayon şöbəsinin çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 3 (üç) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmisiniz. Eyni zamanda bildiririk ki, sizin şəxsi işinizə SHXÇDX-nin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən baxıldıqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Mövsüm Tağıyev Soruşur Yazılma Tarixi:16.08.2015 03:55:11

Salam. Menim 2 sualım var. Mən 1998-ildə anadan olmuşam. Və 2016-cı ilin iyul ayında hərbi xidmətə gedecem. Boyum 1.90 sm. Cəkim isə 88 kq -dır. Mən Milli Qvardiyaya daxil olub herbi xidmetimi orada etmək üçün nə etməliyəm?. 2-ci sualim isə budur. Müddətdən artiq hərbi xidmət etsəm ən çox hansi rutbəyə qədər yüksələ bilərəm?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi komissiyası qərar qəbul edir.
Quliyev Məzahir Soruşur Yazılma Tarixi:16.08.2015 02:21:06

Salam.Mən hal-hazirda qiyabi ali təhsil (azerbaycanda) aliram ve birinci kursu bitirmişəm və bu ay 18 yasim tamam olur,bilmek isteyirem ki mən 1 il yoxsa 1 il 6 ay esgerlik çəkəcəm???

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.
cefer Soruşur Yazılma Tarixi:15.08.2015 14:40:25

esgerliye zabit kimi nece getmek olur

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Neymət Hüseynov Soruşur Yazılma Tarixi:15.08.2015 12:48:27

Tam orta təhsil bazasında orta ixtisasas təhsil müəssisələrinə (kolleclərə) əyani qəbul olunmuş abituriyentə möhlət hüququ verilirmi

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, sizə təhsilə görə çağırışa möhlət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 
Əlizadə Xəlilov Soruşur Yazılma Tarixi:15.08.2015 10:46:55

Salam.Men defelerle işə qəbulla bağlı elekton müraciət etmişəm amma tercümeyi-hal verilən nümunəyə uyğun yazıram deyir səhv qeyd etmisiz.Halbuki men nümunədə olduğu kimi yazıram defelerle.Xaiş edirem komeylik gosterin.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul üçün tələb olunan sənədlərinizi, o cümlədən, tərcümeyi-halınızı info@seferberlik@ gov.az ünvanına göndərə bilərsiniz.
Sakit Ganbarov Soruşur Yazılma Tarixi:15.08.2015 00:41:19

Salam Bir sonraki, yeni uzumuze gelen cagiris hansi ayda olacaq ve menim ayagimin alti duzdu cagirisdan qabag gedib yararsiz olduguma dair sened( ne Qodnu )ala bileremmi? Yoxsa bunun ucun cagirqisi gozleme mecbcuriyyetindeyemi Tesekkurler

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə növbəti çağırış 2015-ci ilin oktyabr ayında olacaq. Eyni zamanda bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sizin müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmadığınız haqqında qərar siz hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirildikdən sonra veriləcək. 
Nigar Aslanova Soruşur Yazılma Tarixi:14.08.2015 23:53:00

Salam mənim qardaşım 97-ci ildəndir.11-ci sinifi bitirib kollecə imtahan verib.əsgərliyə gedəcək?Burda kolleclə bağlı sual verənlərin cavavblarını oxudum başa düşmədim.izah edə bilərsiniz?təşəkkür

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, sizin qardaşınız tam orta təhsil aldığı üçün ona təhsilə görə çağırışa möhlət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.  
Cədvəldə sətir sayı :14897