Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Musa Həsənov Soruşur Yazılma Tarixi:20.08.2015 13:56:26

Salam. Dayım 1992ci ildə müharibədə iştirak edib. Ancaq veteran vəsiqesi almayıb, indi almaq istəyir. Hazırda elində bu faktı tesdiq edən yalnız hərbi bileti var. Xahiş edirəm bu barede bize mlumat verəsiniz. Hara və hansı şəkildə müraciət edə blərik ?

Bildiririk ki, «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, vətəndaşlara Müharibə veteranı” adı və vəsiqəsi müvafiq dövlət orqanları nəzdində yaradılmış veteran adlarının və vəsiqələrin verilməsi üzrə komissiyaların rəyi ilə verilir. Bu səbəbdən dayınız arxiv məlumatlarının əldə edilməsi üçün aidiyyəti üzrə hərbi xidmət keçdiyi qoşun növünün arxivinə və sonradan “Müharibə veteranı” vəsiqəsi verilməsi məsələsinə baxılması üçün həmin orqan nəzdində yaradılmış veteran adlarının və vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etməlidir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, arxiv məlumatlarının əldə olunması məqsədi ilə müvafiq sorğuların edilməsi üçün dayınız hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə (şöbəsi və ya bölməsinə) müraciət edə bilər.
Tural Quliyev Soruşur Yazılma Tarixi:20.08.2015 00:14:23

Salam.Ali təhsilliyəm.Mən öz rayonuzumda Səfərbərlik və hərbi xidmətə çağırış şöbəsində işləmək üçün nə etməliyəm.?İmtahanla qəbul olunur ya necə,?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Rasul Allahverdiyev Soruşur Yazılma Tarixi:19.08.2015 20:03:22

Salam Herbi xidmet ucun hekimlerden muayineden kecmek gerekdir.Men oktyabr ayi ucun esger gedecem,xaish edirem deyerdiz hansi hekimlerden muayineden kecmeliyem?

Qeyd etdiyiniz məsələlərlə bağlı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
ƏLƏKBƏROVAZƏR Soruşur Yazılma Tarixi:19.08.2015 18:59:44

mənim yaşı 18 damam olmayıb mən könülü əsgər getmək isdəyirəm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun  12.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
XAliqverdiyev Kamil Soruşur Yazılma Tarixi:19.08.2015 18:17:50

Salam.sizden xais edirem deyerdiz.men 1991 tevelludlu Ali tehsilliyem.2012 de 1 illik herbi xidmete yollandim ve 2013 fevralda meni xestelikler cedvelinin hansisa qrafasi ile men herbi xidmete yararsiz hesab edilmisem.Men yeniden xidmete getmek isteyirem.BU muumkundurmu.

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar. Za­bit­lə­rin həqiqi hər­bi xidmətinə – hər­bi xidmət­də ol­ma­ğın son yaş həd­dinə çatmamış ehtiyatda olan za­bit­lər, ha­be­lə ilk za­bit hər­bi rütbə­si verilməklə 35 ya­şı­nadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.  
Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, zabit kimi hərbi xidmətə qayıtmaq istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
sahin memmedov Soruşur Yazılma Tarixi:19.08.2015 16:09:10

menim iki ovladim var herbi xidmete cagirila bileremmi tevellud 1982

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 19.1.2-ci maddəsinə əsasən himayəsində 3 və daha çox uşaq olan çağırışçılara ailə vəziyyətinə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Tebriz Quliyev Soruşur Yazılma Tarixi:19.08.2015 15:31:17

Salam,men bilmek isterdimki ali tehsili bitirdikden sonra nekadr Leytenant kimi hansı Qoşunlarda xidmet ede bilerem?

Bildiririk ki, ali təhsilinizi bitirdikdən sonra zabit kimi hərbi xidmət keçmək istəyinizlə bağlı hərbi xid­mət keçəcəyiniz qoşun növünün və ya hərbi hissə komandanlığına komanda üzrə müraciət etməlisiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, hərbi xid­mət keçəcəyiniz qoşun növünün bilinməsi hərbi xid­mətə çağırıldığınız zaman aparılacaq bölgü nəticəsində məlum olacaq.
Rəna Abdullayeva Soruşur Yazılma Tarixi:19.08.2015 13:25:42

İşə qəbulla bağlı imtahan nə vaxt keçiriləcək?

Bildiririk ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə sualınızı cavablandırmaq mümkün olmamışdır.
Simuzer Salahlı Soruşur Yazılma Tarixi:18.08.2015 23:57:01

Salam. Men bilmek isteyirdim ki, herbi xidmete çağırış vereqesi gelmeyibse eger könüllü erize verilse ola biler ki çağırlmasın, növbeti çağırışa qalsın?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun  12.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Revan Quliyev Soruşur Yazılma Tarixi:18.08.2015 22:07:39

Salam,bagışlıyın ali tehsili bitirdikden sonra zabit (nekadr) kimi hansı qoşunlarda xidmet etmek mümkündür?? Oyrenmek istediyim odurki çagrış zamanı milli orduya duşe bilmesem başqa qoşunlarda (serhed ,daxili) zabit kimi xidmet etmek olar?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897