Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cavid Misirov Soruşur Yazılma Tarixi:21.08.2015 20:18:10

salam oktyabrin 30 u ad gunumdu ayin necesi esger gedecem.birdeki ayagimin alti yastidi 2 ci derece olani esger aparirlar?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən oktyabr ayının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sizin hərbi xidmətə yararlılıq vəziyyətiniz haqqında qərar yalnız siz tibbi müayinə olunduqdan sonra Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinin çağırış komissiyası tərəfindən qəbul ediləcək.
elizade pervin Soruşur Yazılma Tarixi:21.08.2015 17:42:00

salam men universiteti qutarannan sora nikadr kimi getmek isdiirem herbiye ve birde oyrenmek isdiiremki goren bu wekilde hansisa bawqa bir olkeye senedlerni vermek olur? meselen turkiye rusiya ve s. xaiw eyer bele biwey varsa cavab yazin............ oxudugunuzcun tewekkur.

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Zabit Məmmədov Soruşur Yazılma Tarixi:21.08.2015 14:54:10

Salam.Men Milli ordunun ehtiyyatda olan zabitiyəm.SHXÇDX ya ise qebul olmaq uçun test imtahani verdim lakin müsbət nəticə gostərmədim.Bilmək istəyirəmki SHXÇDX ya xidmətə qəbula bagli musabiqədə istirak ede bilərəm?

Bildiririk ki, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Rauf Quliyev Soruşur Yazılma Tarixi:21.08.2015 13:24:43

Salam.mene xesteliyime gore 6ay möhlət hüququ verilib. Bu müddət erzinde xarice çıxa bilerem?

Bildiririk ki, sizin sağlamlıq vəziyyətinizə görə çağırışa möhlət verilən müddət bitənədək ölkə xaricinə çıxmaq hüququnuz vardır. 
Resid Ehmedli Soruşur Yazılma Tarixi:21.08.2015 12:43:43

Salam men ali tehsilimi bu ilin sentyabir ayinda basha vuracam. Ve xerbi xidmete Leytinat kimi getmek isteyirem. Bu bildiyim qeder ancaq Milli orduda ola biler. Serhet qosunlarinda ve Daxili qoshunlarda bele bir prosudur yoxdu. Baki qeydiyatiyam. Her bir qosun novune dusmeye ehtima var. Amma men isterdim ki Milli orduda qulluq edim. Bunun ucun muraciyet gondersem nezere alarsiz? Alinarsa hara muraciet gonderim? xaish edirem bu barede etrafli melumat veresiz.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Eyni zamanda bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
amil melikso Soruşur Yazılma Tarixi:21.08.2015 11:23:37

salam.onceden oyrenmek olarmi hansi weherde esgerliy edecem

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.          
Eyni zamanda bildiririk ki, 2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Sahir Nebiyev Soruşur Yazılma Tarixi:20.08.2015 20:47:46

men imtahanan kesilmisem havaq herrbiye gedecem

Bildiririk ki, 2014/2015-ci tədris ili üçün respublikanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edən, lakin keçid balını yığa bilməyən 18 yaşı tamam olmuş çağırışçılar oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəklər.
Sebuhi Abdullayev Soruşur Yazılma Tarixi:20.08.2015 19:47:03

Salam ehtiyatda olan herbiciyem yeniden herbiye qayitmaq isderdim Daxili Qosunlarda islemisem xidmetim basa catdiqdan sonra ehtiyata buraxildim ayle sebeblerne gore xidmeti davam etire bilmirdim.size yazib xayis ediremki yeniden qayitmaqma komey edesiz

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-cimaddəsinə əsasən, həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar. Siz yuxarıda qeyd olunan Qanunda göstərilən tələblərə cavab verdiyiniz halda, hərbi xidmətə qayıtmaq istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Bayramov Nurlan Soruşur Yazılma Tarixi:20.08.2015 17:06:52

Mene pirpisnoyda muqeveti yararsiz yaziblar bunun menasi nedir

Bildiririk ki, sağlamlıq vəziyyətinə görə müayinə və müalicəyə ehtiyacı olan və rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilən çağırışçılara tam sağlam hesab edilənədək çağırışdan möhlət verilir.
Tural Rzayev Soruşur Yazılma Tarixi:20.08.2015 16:57:15

Men hal-hazirda xaricde universitetde bakalavr tehsilini aliram. Indi oxudugum universiteti bitirmeyib basqa universitete tehsil ala bilerem?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında (bakalavriat) təhsil alan çağırışçılara təhsilini bitirənədək yalnız bir dəfə möhlət verilir. Bu səbəbdən sizə təhsilə görə hərbi xidmətə çağırışdan ikinci dəfə möhlət verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14891