Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rauf Memmedov Soruşur Yazılma Tarixi:14.08.2015 22:08:52

Salam men 2011 ci ilin iyul ayinda herbi xidmete getmeli idim. Gozumde olan probleme gore hemin ay qaldim ve Baki seh. Z. Eliyeva adina goz klinikasina gonderildim. Ordaki muayinede gozumun -5 oldugu bilindi hemin vaxt herbi xidmete yararsiz yazildim amma herbi biletimi ala bilmedim. Cox gedib geldim mene evez edici deye 1 sened verdiler onunda vaxti bitdi dediler ozumuz xeber ederik belecede qaldi 2015 ci ilin avgust ayinin 13de yeniden cagirldim herbi biletimi istediler onlarda oldugunu dedim gerbi bileti vermeleri ucun mennen pul istediler menim maddi veziyyetim zeifdi ona gore hecne vere bilmedim ve meni yeniden muayineye gonderirler. Men ne etmeliyem hara muraciet etmeliyem ki ya birdefelik aparsinlar canim qurtarsin yadaki herbi biletimi versinler?

Bidiririk ki, müraciətiniz əsasında konkret araşdırma aparılması üçün atanızın adı, təvvəllüdünüz və hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinin (şöbəsinin, bölməsinin) adını bildirməyiniz vacibdir.
Cəfər Mehtiyev Soruşur Yazılma Tarixi:14.08.2015 19:43:36

Salam. 1993-cü il təvəllüdüyəm. Universiteti bitirdim və iyul ayında hərbi xidmət çəkmək üçün çağırdılar. Qeydiyyatda olduğum poliklinikadan müayinələrdən keçdim. Ürək döyüntüsü çox idi və köklük vardı. Hərbi-həkim komissiyasından keçdim və mənə göndəriş verdilər. Bakı Sağlamlıq Mərkəzində yenidən müayinələrdən keçdim, analiz verdim. Sol mədəcikdə genişlənmə var idi və ürək döyüntüsü də çox idi. Ondan sonra çağırışa az qalmış Mərkəzi Komissiyaya apardılar ordan da keçdim. İyul ayında hərbi xidmətə getmədim. Xətai rayon Hərbi Komisarlığı möhlət hüququ barədə heç bir şey demədi və indi yenidən çağırdılar və yenə analiz verməliyəm, rentgenə düşməliyəm, kardioqrama və uzi-dən keçməliyəm. Demək istəyirəm ki, mən bunları onsuz iyul ayında 3 dəfə hamısını vermişəm, 3 dəfə komissiyadan keçmişəm. Deyirlər ki, yenidən bir də verməlisən. Bu nə qədər düzgündür?

Məlum olmuşdur ki, Siz, 14.07.2015-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz. 2015-ci ilin oktyabr çağırışına cəlb olunmağınız üçün Siz, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən bir sıra məcburi diaqnostik müayinələrdən keçməlisiniz.
Tural Kərimov Soruşur Yazılma Tarixi:14.08.2015 19:34:49

Salam mən 08.10.1997 ci il də anadan olmuşam.Və bu il məktəbi bitirmişəm.Mən hal hazırda kollecim ixtisas seçimində iştirak etmək istəyirəm.Sadecə bilmək istəyirəm ki əgər mən kollecə qəbul olsam əsgər gedirəm ya yox.əvvəlcədən təşəkkür

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, siz tam orta təhsil aldığınız üçün sizə təhsilə görə çağırışa möhlət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.  
Azad Kazımov Soruşur Yazılma Tarixi:14.08.2015 19:21:20

Salam. 2014-cü ilin aprel ayında hərbi xidmətə çağırışla bağlı tibbi komissiyadan keçmişəm və urəyimdəki problemlə bağlı üç il müddətinə (2017-ci ilin aprel ayına qədər) möhlət hüququ almışam. Ötən müddət ərzində intensiv müalicə almışam və mülki həkimlər bildirirlər ki artıq tam sağlamam. Bilmək istəyirəm ki, möhlət müddətim bitmədən könüllü ərizə ilə müraciət etsəm növbəti çağırış zamanı məni hərbi xidmətə aparmaq üçün komissiyadan keçirəcəklərmi?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.  Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Mecid Mahmudov Soruşur Yazılma Tarixi:14.08.2015 18:48:49

Salam men xacmaz rayununda yasayiram 1996 il de anadan olmusam. 2005 ci ilde elimde namelum esyanin partlamsi neticesinde sag elimin iki barmagi ambutasya olunub ucuncu barmagim ise islemir. Xacma herbi kamisarliginda kamisyadan kecmisem olar herbi xidmete yararsiz yaziblar. Ancaq mene bakiya traqmatologiya ve ortepediyaya 5 gunnuk muayineye gonderirler. Bu ne derecede duzgundu? Birde bu muayineye men ozum gedmeliyem yoxsa meni kamisarligdan aparmalidirlar?

Sizə, Bakı şəhəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müayinə üçün göndərişin verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirinin 28.04.2014-cü il tarixli 34 nömrəli əmri ilə təsdiq edilmiş “Hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinədən keçirilməsi üçün müəyyən edilmiş  tibb müəssisələrinin Siyahısı”na uyğundur. Əlavə olaraq bildiririəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur.
Bəylər Kərimov Soruşur Yazılma Tarixi:14.08.2015 18:15:30

Salam. TQDK imtahanında az bal toplayıb texnikoma qəbul olan 18yaşı tamam olmuş oğlanlara möhlət hüququ verilir texnikom bitənə qədər?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir.
Günay Məmmədova Soruşur Yazılma Tarixi:14.08.2015 14:24:37

Salam.Mənim qardaşım ali təhsillidir.Hal-hazırda əsgərlikdədir.Zabitlik oxumaq istəyir.Bilmək istəyirik ki, 3 ay oxuyub gedəcək, yoxsa ki 9 ay hərbi xidmətdə olub sonra oxumağa gedəcək?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı qardaşınızın xidmət etdiyi hərbi hissənin komandirinə müraciət etməyi tövsiyə olunur. 
Fərid Məmmədov Soruşur Yazılma Tarixi:14.08.2015 13:43:45

Salam Bağışlayın Sizi narahat edirəm.Mən 1997 təvəlüdə.Bu il məktəbi qurtamışam.Mən kollecə sənəd vermək istəyirəm.Bilmək istəyirəm əgər kollecə qəbul olsam əsgərlikdən oxuduğum il ərzində azad olunuram ya yox.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, siz tam orta təhsil aldığınız üçün sizə təhsilə görə çağırışa möhlət verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
ramiz hasanov Soruşur Yazılma Tarixi:14.08.2015 12:18:43

oglum herbi xidmetdedir onun qardaşının toyuna gelmesi ücün seferberlikin rayon şöbəsi hərbi hissəyə telleqram göndere bilermi?

Bildiririk ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 129-cu maddəsinin “c” bəndinə əsasən, hərbi qulluqçunun ailədə şəxsən olması zəruri olduğu halda ailə vəziyyətinə görə qısa müddətli məzuniyyətin verilməsi hərbi hissə komandirinin rəyi əsasında həyata keçirilir. Eyni zamanda bildiririk ki, ailə vəziyyətinə görə məzuniyyət verilməsi zərurəti hərbi qulluqçunun ailəsinin yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilmiş sənədlə sübut edilməlidir.
Mahir Soruşur Yazılma Tarixi:14.08.2015 11:27:53

salam men 06.04.1997-ci ilda anadan olmuşam men sizden sorusmaq istiyiremki men qardasim var amba ata bir ana ayri men esgerliye gede bilermi

Bildiririk ki, ailə vəziyyətinizlə əlaqədar sizə və qardaşınıza mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb.
Cədvəldə sətir sayı :14897