Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Aziz Mammad Soruşur Yazılma Tarixi:29.08.2015 14:16:10

Salam, oğlum kolleci GÇH ixtisası üzrə bitirmişdir. Təəssüf ki, səhhəti ilə əlaqədar hərbi xidmət keçməmişdir. O məktəbdə GÇH müəllimi işləyə bilərmi???

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı oğlunuzun qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyi tövsiyə olunur. 
Riad Paşayev Soruşur Yazılma Tarixi:29.08.2015 12:55:46

SHXÇDX bölmələrində mülki işçilərdən növbətçi təyin olunması (iş və qeyri-iş günləri) nə dərəcədə qanuna uyğundur (AR SHXÇDX haq.Əsasnamənin 5.3 mad., Azərbaycan Respublikasının Əmək Məcəlləsi)?

Nəzərinizə çatdırırıq ki, verdiyiniz sualın cavabı xidməti məlumat xarakteri daşıdığı üçün açıqlanılmır. Əlavə məlumat almaq üçün Xidmətin Kadrlar və Kadr hazırlığı idarəsinə gəlməyiniz tövsiyə olunur.
Ismayıl Hüseynov Soruşur Yazılma Tarixi:29.08.2015 01:46:22

Salam mən Hüseynov Ismayıl Azər oğlu 1996 ci il 24 Mart təvəllüdlü, keçən il iyul ayında hərbi xidmete çağırılmalı idim, amma siyahı da adim çıxmadığına göre galdim,Suraxani rayon SHXÇDX da yaxınlaşanda dedilerki zengimizi gözləyin , 1 ilden cox vaxt keçib amma helede xeber yoxdu. Ola bilərmi ki mene mennen xebersiz möhlət versinlər? zəhmət olmasa bu meseleyle bağli bir məlumat verin.. men üzümüzə gələn çağırışda herbi xidmete çağırılmaq isteyirem

Bildiririk ki, siz 2014-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar olaraq SHXÇDX-nin Suraxanı rayon idarəsinin hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilərkən sol qolunuzda kəsiklər aşkar edilmiş və müayinə olunmaq üçün sizə 2 saylı Kliniki-Psixiatriya Xəstəxanasına göndəriş verilmişdir. Lakin siz hələ də müayinə olunmaq üçün həmin xəstəxanaya getməmisiniz. Eyni zamanda bildiririk ki, siz təcili olaraq müayinədən keçərək sağlamlıq vəziyyətinin müayinə edilməsi aktını Xidmətin Suraxanı rayon idarəsinə təqdim edəcəyiniz halda rayon çağırış komissiyası tərəfindən sizə çağırışdan möhlət hüququ verilməsi məsələsinə baxılacaq və qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Orxan Manafov Soruşur Yazılma Tarixi:28.08.2015 20:44:16

Salam.Menim 18 yasim avqustun 8 de tamam olub men hansi ayda herbiye gedecem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.  Eyni zamanda bildiririk ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq siz 2015-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırılacaqsınız. 
Fəzail Həsənov Soruşur Yazılma Tarixi:28.08.2015 13:42:39

Salam. Mən Həsənov Fəzail Mətləb oğlu Masallı rayonu , Qəriblər kənd qeydiyyatındayam. Hər iki ayağım yastıayaqlıdır. Dərəcələrim 150 və 163-dür. Döş qəfəsim xəncərvari deformasiyaya uğramışdır. Gözlərimdə astiqmatizm var. Hal hazırda Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə əsgərəm. Xidmətdə olduğum müddətdə ayrı - ayrılıqda Angina və kəskin bronx , kəskin respirator xəstəlik və reaktiv poliartrit kəskin gedişli 2 dərəcə fəallıq diaqnozları ilə müalicə almışam. Xəstəliklə əlaqədar məzuniyyətə buraxılmışam. Hal hazırda da ürəyimdə və ayaqlarımda sancı və ağrılar müşaiət olunur. Yazıb sizdən xahiş edirəm ki , sağlamlıq durumumu diqqətdə saxlayasınız. Əvvəlcədən təşəkkür edirəm ...

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrinin tibb xidmətlərinin tabeçiliyində hərbi-həkim komissiyaları və hospitallar fəaliyyət göstərir.  Eyni zamanda bildirirəm ki, səhhətiniz ilə əlaqədar xidmət etdiyiniz hərbi hissə komandirinə müraciət edə bilərsiniz.  
Elyar Tagiyev Soruşur Yazılma Tarixi:28.08.2015 10:14:09

Salam her vaxtiniz xeyir men Seferberlik ve Herbi Xidmete Cagiris Dovlet Xidmetinin istenilen rayonlarinda zabit kimi xidmet etmekcun poct vasitesile 10 gundu mektub gonderib resmi muraciet etmisem.Mene ne vaxt cavab geleceyini bilmek olar?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız.
seyidov hebibullah Soruşur Yazılma Tarixi:28.08.2015 01:45:41

men talasemiya beta xestelik dawiyicisi olduqumcun herbi liseyden xaric edilmiwem ve eskerliyede dinc weraitde yararsizam men konullu olaraq efqanistanda xidmete gede bilerem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Haciyev Rustem Soruşur Yazılma Tarixi:28.08.2015 01:07:58

salam men 2012 ci ilde Zengilan rayon bolmesinden herbi xidmete cagirilmiwam sehetimde olan problemler uzunden herbe yararsiz olaraq qeydiyata alinmiwam hal hazirda her bir saglamligim yerindedi Ag ciyer Instutunda tertib olunan aktda qeyd olunur ( kecirilmiw ag ciyerlerin vereminden sonraki kicik qaliq elameti her iki sj siqmentinde berk ocaqlar sheklinde) bu diaqnoz qoyulmushdur ve meni yenede herbe yararsiz teyin olundugumu dediler Seferberlik ve Herbe cagirish Zengilan rayon bolmesinde ama akti tertib eden hekim israr edirki qeyri mumkundu qeyd olunan diaqnoz senin herbiye yararli olmagin barede melumat verir bu ne derecede duzgundur meni o diaqnoza esasen herbi xitmete aparmamalari duzdurmu?

Məlum olmuşdur ki, Siz, Xidmətin Zəngilan ayon bölməsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmişdir. Möhlət hüququ bitdikdə təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Ferid Xıdılov Soruşur Yazılma Tarixi:28.08.2015 00:15:52

Salam.Zehmet olmasa deyin xaricde Doktorantura pillesini qazanan telebe herbi xidmetden azad edilirmi ve hansı müddete? Ümumiyyetle bu Doktorantura tehsiliyle bağlı açıqlama verseniz sevinerik.Mümkünse qanunvericilikdeki maddelerle açıqlayın.

Bildiririk ki, xarici dövlətin təhsil müəssisəsində doktorantura pilləsinə qəbul olunmuş vətəndaşlara həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Aslan hesenov Soruşur Yazılma Tarixi:27.08.2015 23:19:22

Salam adim aslandi. Men kolecde oxuyuram bu il 3cu kursu qurtardim ve oktyabrda esgerliye getmek isteyirem konullu olaraq ve vayenkamat mene deyirki gede bilmessen yalniz mektebi qurtarandan sonra yada mektebden xaric olunmalisan xaiw edirem mene komek edesiz

Siz oxuduğunuz təhsil müəssisəsindən xaric olunmanız barədə sənəd və təhsilinizi davam etdirməkdən imtina edərək hərbi xidmətə göndərilmənizə dair notarial qaydada təsdiq olunmuş ərizəni Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra həqiqi hərbi xidmətə çağırışa cəlb edilə bilərsiniz.   
Cədvəldə sətir sayı :14897