Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
hesenov ferid Soruşur Yazılma Tarixi:09.09.2015 08:27:36

Bilmek isteyirem seferberlik elan olunan sohbet NE derecede duzgundur?birde Kim Harada xidmet eleyib Ora gonderiller?birde ilk novbede kimleri aparillar

Xeyr, ölkəmizdə səfərbərlik elan olunmayıb, lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, 06-13 sentyabr 2015-ci il tarixlərində Silahlı Qüvvələrdə təlimlər keçirilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. İlk növbədə hərbi uçot ixtisasları təlimlərə lazım olan hərbi vəzifəlilər cəlb olunurlar.
Zeynallı Murad Soruşur Yazılma Tarixi:09.09.2015 06:00:31

Salam mən sərhəd qoşunlarında müddətdən artıq xidmət etmək isdiyirəm buna görə kimə müraciət etməliyəm? Boy 188 . Subay

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Vusal Mikayilov Soruşur Yazılma Tarixi:09.09.2015 05:28:03

Telimlere gore seferberlik verilib. Men bilmek isteyirem ki meni yeniden cagirsalar yene hansisa rutbeli wexse tabe olacam?

Xeyr, ölkəmizdə səfərbərlik elan olunmayıb, lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, 06- 13 sentyabr 2015-ci il tarixlərində Silahlı Qüvvələrdə təlimlər  keçirilir. Eyni zamanda bildiririk ki, hərbi qulluqçular öz komandirlərinə tabe olurlar.
Manafov Mütellif Zakir Soruşur Yazılma Tarixi:09.09.2015 03:11:36

Herbi xidmetde olan genclerin yeniden herbı xidmete cagirmaları ne sebebledi???

Silahlı Qüvvələrdə kecirilən təlimlərə Azərbaycan ordusunda xidmət kecmiş ehtiyatda olan vətəndaşlar cəlb olunur. Bu təlimlərə tələb olunan hərbi ucot ixtisaslı hərbi vəzifəlilər cəlb olunur və onların cəlb olunma qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında”  Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsində nəzərdə tutulub. Vətənimizin müharibə şəraitində olması səbəbindən, ordumuzu düşmənə layiqli cavab verməyə daim hazır saxlamaq məqsədilə belə təlimlər mütəmadi olaraq davam edəcək.         
Aqsin Huseyinov Soruşur Yazılma Tarixi:09.09.2015 03:02:54

Salam men 1 oktiyabrda esger geceyem hara duşduyumu nece oyrene bilerem ?

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Cabbarov famil Soruşur Yazılma Tarixi:09.09.2015 02:31:59

salam Meni cekimle bagli esgerliye aparmirlar cekim 130kilodur ama men getmek isteyirem yanvar ayinnan bu yana gozleyirem oktyabrda esger gedecem?bilmey olar?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
cahangir dadasov Soruşur Yazılma Tarixi:09.09.2015 00:17:56

salam eleykum men gizirlik kursuna gedmek istiyrem ne vaxt yigim olcagg

Bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.  
ismayilov perviz Soruşur Yazılma Tarixi:08.09.2015 23:50:06

salam.menim atam qarabag doyuwlerinde quba -qusar batolyonunda konullu olarag doyuwub ama atam helede veteran adin almayib bilmek olar niye?

Bildiririk ki, «müharibə veteranı» adı və vəsiqəsinin verilməsi ilə əlaqədar atanız mövcud sənədləri ilə aidiyyəti üzrə hərbi xidmət keçdiyi müvafiq dövlət orqana müraciət etməlidir. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanu­nu­na əsasən «müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Xüsusi Dövlət Müha­fi­zə Xidməti və Dövlət Sərhəd Xidməti nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin tabeliyində olan hərbi hissələrin komandirin nizami hissə üzrə əmrləri, həmin orqanların arxivlərində saxlanılır.
celal sabanli Soruşur Yazılma Tarixi:08.09.2015 23:25:27

Salam.bilmek isterdim dsx nin kekikd bali ne qederdir?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
elcin nurmetov Soruşur Yazılma Tarixi:08.09.2015 22:19:13

salam.men 2005 ci ilda herbi qulluqu bitirmisem.men indi gizirliyi oxuyub herbide islemey istayiram.bunu neca elayim xais edirem komey elyin 30 yasim var

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından          40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897