Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mehman Almasov Soruşur Yazılma Tarixi:04.09.2015 10:26:17

A.R Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bölmələrində ( şöbələrində, idarələrində) işə qəbul olmaq üçün nə etməliyəm?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.    
Rauf Nadirli Soruşur Yazılma Tarixi:04.09.2015 10:12:12

Salam. Bilmək istəyirdim ki, vakant yerləriniz var?Sizin Xidmətə işə daxil olmaq üçün hansı prosedurları keçmək lazımdır?

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.    
Vusal Pasayev Soruşur Yazılma Tarixi:04.09.2015 09:02:58

men herbi xidmeti bitirmisem.herbi seferberlik mene aiddimi

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci və 45.3-cü maddələrinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, vətəndaşlar Хidmətin yerli idarə, şöbə və ya bölmələrindən aldıqları səfərbərlik sərəncamlarında, çağırış vərəqələrində və vəzifəli şəхslərin əmrlərində qeyd оlunmuş tələbləri yerinə yetirməlidirlər. Nəzərinizə çatdırırıq ki, səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.  
Nicat Musayev Soruşur Yazılma Tarixi:04.09.2015 01:19:54

Mənə 52 b nə xəstəlik növü olduğu lazimdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 52 “b” maddəsinə “Bronxial-astma: orta ağır dərəcəli” aiddir.
Ferid Memmedov Soruşur Yazılma Tarixi:03.09.2015 23:54:19

Salam. Gözü -1,5 olan ve yastı ayaq olan AR vetendaşı esgerliye gedirmi? Eger esgerliye aparılmadığı halda könüllü suretde herbi xidmete getmek olarmı?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Mahir Əhmədov Soruşur Yazılma Tarixi:03.09.2015 23:42:28

Salam mən əhmədov Mahir Qasım oğly sizə müraciyyətim gizirliyə yığılış başlıyıb cəbrayıl vayankamatınan zəhmət olmasa müraciyyətimi qəbul edəsiniz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, mövcud sənədlərinizlə Xidmətin Cəbrayıl rayon bölməsinə şəxsən müraciət etməlisiniz.
Ramin Qedirov Soruşur Yazılma Tarixi:03.09.2015 22:04:27

Salam. 1987 tevelludem Azerbaycan Beynelxaq Universitetinin huquq fakultesini bitirmisem, herbi xidmetde olmusham 3 il Herbi komissarliq vaxti huquq iwleri uzre komissarin komekcisi iwlemiwem. SHXCDX yarananda iwden azad olunmuwam. Indi yeniden by xidmetde herbici kimi ve ya mulki iwci kimi xidmet eliye bileremmi? evvelceden tewekkur edirem.

Bildiririk ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir.
mustafa genc Soruşur Yazılma Tarixi:03.09.2015 21:35:32

salam men iyul ayinda herbi cagirisa daxili qosunlara dusdum amma geri qaytardilar qolumda capig var. men oktyabr ayinda hara duseceyem 03.09.2015

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.          
Eyni zamanda bildiririk ki, 2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
ramin rahimov Soruşur Yazılma Tarixi:03.09.2015 20:36:13

man bilmak istayiram harbi xidmatdan xastalikla qalan harbi mukallafiyatlar hansi formada harbi hakim kamsiyasindan kecmalidilar va yerli xastaxanadan keca bilarmi xahis ediram bu suali cavablandirasiz

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən hərbi xidmətə çağırış dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşa çatana qədər hər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər. Həmçinin yuxarıda adı qeyd olunan “Əsasnamə”nin tələblərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə göndərilir. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müvafiq əmri ilə “Hərbi xidmətə çağırılanların və hərbi vəzifəlilərin tibbi müayinədən keçirilməsi üçün müəyyən edilmiş tibb müəssisələrinin Siyahısı” təsdiq edilmişdir. 
Emil Azizov Soruşur Yazılma Tarixi:03.09.2015 20:10:13

men 2ci dereceli varkoz damar xestesiyem men herbi xidmede yaraliyam xahiw edirem etrafli yazin meni saglam kimi yazirlar amma qanuna esasen 2 ci dereceli ve her iki xayda olan varkazit damar geniwlenmesi mehdun yarali syailir ve sulh vaxti mehdut yarali muharibe vaxti yarali sayilir bilmek isteyirem men yarali sayiliram?

II dərəcəli xroniki vena çatışmazlığı (uzunmüddətli yeriş və ya ayaq üstə çox dayanma zamanı ayaqlarda və baldırlarda əmələ gələn, gecə və ya gündüz istirahəti ərzində çəkilən vaxtaşırı ödemlərin olması) əlamətləri ilə müşayiət olunan varikoz xəstəliyi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 45-ci maddəsinin “c” bəndinin I qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Lakin adı yuxarıda qeyd olunan Əsasnamənin “Xəstəliklər cədvəli”nin 45-ci maddəsinin “ç” bəndinin I qrafasının tələblərinə əsasən I-II-ci dərəcəli varikosele hərbi xidmət keçməyə mane olmur.
Cədvəldə sətir sayı :14804