Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fuad Hasanov Soruşur Yazılma Tarixi:11.09.2015 18:55:39

Salam..Iqtisadda oxuyuram 4 cu kursa kecsim ve gelen yay esgerliye gedeceyem.Leytenan kimi gedmek isteyiremse neler etmeliyem hara muraciet etmeliyem? Teshekkurler

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Elvin yusifov Soruşur Yazılma Tarixi:11.09.2015 18:23:25

Salam menim 18yasim bu ilin martinda tamam olub. mektEbide bu il qurtarmiwam xaricde tehsile muraciet edib gircustan texniki universitetine qebul olunmuwam mene mohlet vermirler men neynemeliyem hara muraciyet etmeliyem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. Sizin qəbul olduğunuz ali təhsil müəssisəsindən arayış alaraq (arayışda ali təhsil müəssisəsinə daxil olduğunuz və bitirəcəyiniz tarix dəqiq göstərilməlidir) qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz tövsiyə olunur.
ferid mahmudov Soruşur Yazılma Tarixi:11.09.2015 16:43:39

Salam men esger getmek isdirem amma vainkomat aparmir sentiyabrin 17 21 tm olur men pese liseyinde oxuyurdum 3 il qutarmisam meni ucar rayon seferberlik ve Herbi xidmete cagiris idaresinin sobesinin bolmesinin reisi H.Eliyev vainkomata cagirdi ordan hekimlerden kecdim menim qolumda kesik doyme var ona gore meni 1 sayili pisixoloji merkeze yoladilar 1 gun orda qaldim ondan elavede elmi carahiye merkezine gondermisdiler ordanda kecdim xesde xanadan kazi apardim vainkomata verdim dediler get cvb gelecek helede cvb gelmir menim papam 1 ci qurup elildi evde heckim ilemir her cagirisda cagirlilar mene hec bir sey demirler xaiw bu casda tetbir goresiz nece ildi surunurem ne demirler getmirsen nede demirler flan vaxti esger apariq men neniye bilerem cvb ala bilim bunlardan

Məlum olmuşdur ki, Siz, 2015-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar, Xidmətin Ucar rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Ucar rayon şöbəsinə təqdim edildikdən sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Elcin Rustemov Soruşur Yazılma Tarixi:11.09.2015 15:40:12

9 illik den pese mektebine daxil olduqdan sonra orani bitirib kollece daxil olana mohlet verilir 9 illik bazadan daxil olana? pese mektebi tam orta tehsil vermir qanunda nezerde tutlan qaydada tam orta tehsil almamis sexslere 22 yasadek kollecde tehsil almaq huququ var

Bildiririk ki “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.2-ci maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 20 yaşınadək möhlət verilir. İlk peşə-ixtisas təhsilini bitirən çağırışçılara təhsilə görə təkrar möhlət verilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.  
mustafayev Vusal Soruşur Yazılma Tarixi:11.09.2015 14:36:07

salam men 1992 ci il.2012 ci ilin aprelinde herbiden gelmisem indise herbi komesarligda oz adimi yazdirmisam gizirliye deyibler oktyabrda cagiracaqlar sened vermeye.sizce meni herbiye cagiracaqlar?

Bildiririk ki, müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz. Əlavə olaraq bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. 
Suleyman Quliyev Soruşur Yazılma Tarixi:11.09.2015 14:23:26

Salam.Ali təhsilliyəm Zabit kimi orduya getmək üçün nə etməliyəm. ? Universitetlər uzrə fərq var ya Yoxdur bu haqda zəhmət olmasa.Bu xidmət nə qədər davam edir.Təlim və tədris Orduya yazilandan necə ay və ya gun sora başliyir?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Keremli Fezail Soruşur Yazılma Tarixi:11.09.2015 14:18:42

Salam.men.dostumun qisasini almaq ucun muharibe zonasin getmey isteyirem mene nece komey ede bilersiz

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə yazılmadığı üçün cavablandırılması mümkün deyil.
ZAMAN MƏMMƏDOV Soruşur Yazılma Tarixi:11.09.2015 14:17:25

Mən,Məmmədov Zaman Namiq oğlu 1990-ci il oktyabrin 9-da Masallı rayonu Hacıtəpə kəndində anadan olmuşam.Hərbi xidmətdə 2008-2010-cu illər arasinda olmuşam.Mən bilmək istəyirəmki, səfərbərlik zamanı məni yenidən hərbi xidmətə cağıracaqsınız?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Hərbi vəzifəlilər 50 yaşları tamam olana qədər hərbi qeydiyyatda olurlar və bu müddət ərzində   ölkədə səfərbərlik elan olunarsa onlar çağırıla  bilərlər.  
Elvin yusifov Soruşur Yazılma Tarixi:11.09.2015 13:35:10

Salam aleykum men xaricde tehsil sobesine muraciyet etmiwem qebulda olunmusam. Indi men xarice kecenmirem perepisnoya pecat vurulmalidir deyirlerki seferbeylikden siyahi gelmelidir univeritetlerin siyahisi o siyahi ne vaxt gelecek nece olacaq?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, sizin qəbul olduğunuz ali təhsil müəssisəsindən arayış alaraq (arayışda ali təhsil müəssisəsinə daxil olduğunuz və bitirəcəyiniz tarix dəqiq göstərilməlidir)  qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz tövsiyə olunur.
Yaver Memmedli Soruşur Yazılma Tarixi:11.09.2015 12:29:24

Salam.Men bu il universiteti bitirmisem.Sol gozum gormur.protezdi.Herbi xidmetin hekim kommisyasindan da defelernen kecmisem.Sumqayit seherinde yasayiram.ordaki goz xestexanasina gonderis verdiler.yararsiz oldugum yazilmisdi.indi de bakiya Zerife Eliyeva adina goz xestexanasina gonderibler.orda hekimlerden kecmisem.eyni seyi diyibler.bilmek isteyirem ki ne vaxt herbi bileti ala bilerem.qanuna gore mene ne vaxt herbi bilet verilmelidi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.2-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Bu Qanunun 28.6-cı maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir.
Cədvəldə sətir sayı :14897