Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elfaq Məmmədov Soruşur Yazılma Tarixi:14.09.2015 09:04:36

salam. Mənim yaxınıma cağırış vesiqəsi göndərilib. Mən öyrənə bilərəm o hansi hərbi hissəyə düşüb?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Eyni zamanda bildiririk ki, 2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər.  
hesen Soruşur Yazılma Tarixi:14.09.2015 01:28:06

salam men yanvarda esger gedecem xirdalans prapiskayam xirdalan prrapiskasi gecneye ayin necesinden sonra gedir?

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
esref abbasov Soruşur Yazılma Tarixi:14.09.2015 00:02:27

salam men epilepsiya xesteliyinde muayneden kecmisem ve mene 21b epilepsiya xestesi yaziblar men esgerliye gede bilecemmi? ve 21b ne demekdir ? ayis cavablandrin

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 21-ci maddəsinin “b” bəndinin (tutmadan kənar vaxtda ruhi pozulmalar olmadan tək-tək və nadir epileptik tutmalar olduqda) I qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.  
Nicat Babayev Soruşur Yazılma Tarixi:13.09.2015 23:24:24

Salam ..Xahish Edirem Deyerdiz Mene Ne Qeder Mohlet verilib ?Babayev Nicat Ilgar Oglu 26.06.1997 Xetai Rayon Idaresi

Məlum olmuşdur ki, Siz, 09.07.2015-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.
Tural Acalov Soruşur Yazılma Tarixi:13.09.2015 21:30:24

Salam xahis edirem cavablandirasiniz qadinlarin herbi xidmet kecmesi haqqinda her seyi bilmek isteyirem yaxinim maraqlanir Lazim olan senedler filan

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  
Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 №-li qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.4-cü bəndinə əsasən, şəxsi iş tərtib edilməsi üçün bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarına və ya hərbi hissələrə aşağıdakı sənədlər (müvafiq dövlət orqanları tərəfindən xidmətə (qulluğa) qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənədlərdən başqa) təqdim edilir:
- şəxsiyyəti təsdiq edən sənəd;
- ərizə və ya raport;
- şəxsən yazılmış tərcümeyi-hal;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin surəti;
- doğum haqqında şəhadətnamənin surəti;
- nikah haqqında şəhadətnamənin surəti (evli olduqda);
- uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaq olduqda);
- 4 ədəd 3x4 sm ölçüdə və 2 ədəd 9x12 sm ölçüdə fotoşəkil;
- məhkumluğun olub-olmaması barədə arayış.
Həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxslər üçün tərtib edilmiş şəxsi işlərə bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissə tərəfindən sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olması barədə müvafiq hərbi-həkim komissiyasının qərarı əlavə olunur.
Emin Avdiyev Soruşur Yazılma Tarixi:13.09.2015 20:08:04

Salam.Tevelludum 17.06.1992.Turkiyuede yasayiram.Ikili vetendasam.Artiq bir ildirki telebe deyilem.Bilmek isterdim Azerbaycana gelsem esgerlik mecburidirmi.Yoxsa getmeyede bileremmi.ve herhansi bir ceza ceke bileremmi esger qacagi oaraq.Meselen 5 il Azerbaycandan cixa bilmemek kimi.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bildiririk ki, Siz, mövcud qanunvericiliyə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunmanız üçün mütləq şəkildə Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə gəlməlisiniz.  
muradov elvin Soruşur Yazılma Tarixi:13.09.2015 14:45:15

muradov elvin agsu rayonu qaraqoyunlu kendi 1oktyabr herbi cagrisda hara dusub

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Ramiz Agayev Soruşur Yazılma Tarixi:13.09.2015 14:32:49

Salam Oktyabr çaqrişçilari üçün nevax çıxacaq hansi herbi hisseye düşdüyümüz ?

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Celilov Vasif Soruşur Yazılma Tarixi:13.09.2015 14:15:30

Salam. Men ali tehsilliyem ve sulhmeramlilarda zabit kimi xidmet etmey istiyirem. Xaiw edirem bu barede etrafli melumat vererdiz. Yeni harasa muraciet etmeye ehtiyac qalmasin

Bildiririk ki, müraciətinizdə atanızın adı, təvəllüdünüz, hərbi qeydiyyatda olduğunuz yer, çağırışçı və ya hərbi vəzifəli olmağınız barədə məlumat qeyd etmədiyiniz üçün müraciətinizin qanunamüvafiq qaydada cavablandırılması mümkün deyil.
Quliyev Senan Azer oglu Soruşur Yazılma Tarixi:13.09.2015 13:09:28

Salam aleykum, men Quliev Senan Azer oglu, 23 sentyabr 1997 il sabirabad rayonu, bilmek istiyirem hara dusmusem, lap tezdese hele bilmek, amma indi istiyirem bilmek hara dusmusem, hais edirem

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Cədvəldə sətir sayı :14897