Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elmir Rzazadə Soruşur Yazılma Tarixi:17.09.2015 20:51:11

Salam. Sizdə qəbul günləri olur ?

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən vətəndaşların qəbulu hər ayın sonuncu şənbə günü həyata keçirilir. Qəbulda iştirak etmək üçün hər ayın sonuncu həftəsinin istənilən günü şəxsiyyət vəsiqəsi ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Aparatına gəlməli (Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva  küçəsi 30) və müvafiq qaydada qeydiyyatdan keçməlisiniz.
Ferid Abdulhemidov Soruşur Yazılma Tarixi:17.09.2015 20:19:03

Salam,nece xesdeliklerde Hervi xidmete yararsiz sayilir?

Çağırışçıların həqiqi hərbi xidmətə yararlı olub-olmaması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən müəyyən edilir.  
Nurmemmed abdulhemidov Soruşur Yazılma Tarixi:17.09.2015 19:21:55

Salam,Dostumun 16 yaşi var ve onun cenesinde bir balaca problemi var indi onu heqiqi Herbi xidmete gede biler?

Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
elzamin mustafayev Soruşur Yazılma Tarixi:17.09.2015 17:47:44

Salam gizirliye getmek ucun her hansi herbi hisseden arayais almaq lazmidirmi ve birde bilmek isteyiremki gizielerin qebulu havaxdi 3 cu defe gedib qaitmiwiq hele deqiq bir soz demirler sizce qebul ne vaxt olacaq cox xaiw edirem deqiq cavab yazasainiz sagolun

Bildiririk ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil edilmiş gizir hazırlığı kursuna qəbulun nə vaxt başlayacağına aydınlıq gətirilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Şamxal Xəlilov Soruşur Yazılma Tarixi:17.09.2015 14:00:27

Salam mənim 17 yaşım var. Mən könüllü hərbi xidmətə gedə bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanununun 12.2.1-ci maddəsinə əsasən, 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar həqiqi hərbi xidmətə çağırılırlar.  
Turxan Ahmedov Soruşur Yazılma Tarixi:17.09.2015 13:17:47

oktyabrda esgerliye gedenlerin hara duwduyu ne vaxt bilinecek?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Eyni zamanda bildiririk ki, 2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
saheddin novruzzade Soruşur Yazılma Tarixi:17.09.2015 13:01:58

Salam.men herbi xidmeti 25.07.2015-ci il tarixinde qurtarmiwam.Ozum Ali Tehsilliyem ve yeniden herbiye Leytinant kimi qayitmaq isdeyirem.Esgerde olduqum muddetde TTM-i oxumamisam yeniden qayitmaq mumkunmudur? Eger mumkundurse hara muraciyyet etmeliyem ve hansi senetler lazimdir...?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-cimaddəsinə əsasən, həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar.
Za­bit­lə­rin həqiqi hər­bi xidmətinə – hər­bi xidmət­də ol­ma­ğın son yaş həd­dinə çatmamış ehtiyatda olan za­bit­lər, ha­be­lə ilk za­bit hər­bi rütbə­si verilməklə 35 ya­şı­nadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular və ehtiyatda olan hərbi vəzifəlilər.  
Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, zabit hazırlığı kursunda oxumaq istəyinizlə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edə bilərsiniz.
Elsen memmedov Soruşur Yazılma Tarixi:17.09.2015 02:21:57

iyul buraxilisinda 29 gun gecikme oldu yeni 1 i buraxilis olmadi. oktyabrda da bele bir sey gozlenilir ?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xidmət müddəti başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2015-ci ilin oktyabr ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
ZAUR Soruşur Yazılma Tarixi:17.09.2015 02:19:13

Salam,adim Zaurdu. 1984cu il tevellud. Men 2005-2006 ci ilde herbi xidmetde olmusam ve ehtiyyatda olan vetendasam. Ozum xaricde tehsil alir ve isleyirem. 9-13 sentyabr 2015 tarixlerinde elan edilmis herbi telimler zamani men olkeni terk etmek ise gede bileremmi? Xaricde muqavileye gore isleyirem, novbeti muqavile esnasinda olkeni terk etdiyim zamani herbi telim elan olunarsa men olkeni terk ede bileremme?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, təlimlər olunduğu halda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təlimlərə cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər (yaş həddi, hərbi uçot ixtisası və hərbi xidmət keçməsi nəzərə alınmaqla) əvvəlcədən məlumatlandırılırlar. Təlimlərə cəlb olunan hərbi vəzifəlilər ölkə ərazisini təlimlər bitdikdən sonra tərk edə bilərlər. Hazırda hərbi xidmətini başa vuraraq ehtiyyata buraxılmış şəxslərin ölkə ərazisini tərk etməsinə məhdudiyyətin qoyulması nəzərdə tutulmamışdır.
Alyarov Allahyar Soruşur Yazılma Tarixi:16.09.2015 20:02:03

Salam mene ayin 1 ne cagiris vereqesi gelib amma men cagiris vereqesin itirmisem men nece edim ?

Bildiririk ki, sizə göndərilən çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsində olmalısınız.  
Cədvəldə sətir sayı :14897