Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Baxşəliyev Bəylər Soruşur Yazılma Tarixi:22.09.2015 00:16:33

salam mən 2011-ci ilin iyul ayında ali təhsilli kimi hərbi xidmətdə yollanmışam. Xidmətim 2012-ci ilin iyul ayında bitməli idi.Lakin xidmətimin bitməyinə 14 gün qalmış ağ ciyərin vərəmi diaqnozu ilə Ələt qəsəbəəsindəki hərbi hospitala yerləşdirildim. Tam müalicə olunduqdan sonra 31.08.2012-ci il tarixində xəstəliklər cədvəlinin 2-ci qrafasının 2b bəndinə əsasən sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı hesab edilərək ordu sıralarından təxris olundum.Sualım ondan ibarətdir ki mən yenidən tibbi müayinədən keçsəm sağlamlığım təsdiq olunsa hərbi biletimdə müvafiq qeydlər aparılacaq?

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu”nda “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”dır qərarı ilə vaxtından əvvəl həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq vətəndaşların təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür. Bununla belə, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi xidmətə münasibətinə dair bütün məlumat və dəyişikliklər hərbi biletin xüsusi qeydlər bölməsində öz əksini tapmalıdır.
ulvin Soruşur Yazılma Tarixi:21.09.2015 23:00:21

Salam.siradan kənar yaralı nə deməkdir?Yararsızlar burada xidmət keçə bilər.

Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər. 
Murad Mehdiyev Soruşur Yazılma Tarixi:21.09.2015 21:59:33

salam herbiye gederken leytinant kimi getmek ucun ne qeder muddetlik kurs kecirilir ve leytinant kimi xidmet muddeti ne qederdi?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
RAMIZ SEYDAYEV Soruşur Yazılma Tarixi:21.09.2015 19:15:32

salam men bilmey isteyirem ki xaricede oxuyanlara mohlet verilirmi daqistan humanitar inustutunda oxuyuram 1 ci kurs telebesiyem esger gedeceyemi oktyabr prizviyem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, sizin qəbul olduğunuz ali təhsil müəssisəsindən arayış alaraq (arayışda ali təhsil müəssisəsinə daxil olduğunuz və bitirəcəyiniz tarix dəqiq göstərilməlidir)  qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz tövsiyə olunur.
dursun mavludov Soruşur Yazılma Tarixi:21.09.2015 15:04:35

salam. Men herbi xidmete getmek istiyirem ama herbi hekim kamisyasi terefinden men urek doyuntusu askar edilib ve bakiya gonderis veribler ve ordada mene 6 ay mohlet verib 17 may da etibaren indi men ne vaxt herbi xidmete gedeceyem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Nazim Huseynli Soruşur Yazılma Tarixi:21.09.2015 13:27:17

Salam. Sualim ondan ibaretdir ki, Seferberlik ve Herbi Xidmete Cagiris Uzre Dovlet Xidmetinde islemek ucun hansi test programlari uzre hazirlasmag lazimdir.? Ali tehsilim var.

Bildiririk ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyəsi və dünyagörüşü yoxlanılır.
cavidan babayev Soruşur Yazılma Tarixi:21.09.2015 13:22:55

oktyabirin 2-si men esger gedrem hara duwduyumu bilmek isteyirem nece oyrene bilerem

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Afet Idris qizi Soruşur Yazılma Tarixi:21.09.2015 08:32:57

Salam xanimlarin herbide islemesi ucun senedlerin qebulu dayandirilib yeniden senedlerin qebulu ne vaxt olacaq

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  
Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.

Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Orxan Soruşur Yazılma Tarixi:21.09.2015 04:32:45

Salam.Bilmək istərdim hərbi komissiyadan keçərkən həkimlərin dediklərinə görə ostiqmatizm,belində 2 dərəcəli skalioz,beyindaxili təzyiqi,börəklərdə qlomronefrit olmuş.Əsgərliyə gedə bilərmi?Getmək olmursa hərbi komissiya sedrindən nə tələb olunmalıdı bununla bağlı?Və ya həkimlərin fikirlərinin təsdiqlənməyi üçün komissiya sedrindən yoxlanılmağa dair nəsə alınmalıdı müayinədən keçmək üçün?Diqqətinizə görə çox sağ olun

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən onurğanın II mərhələ skoliozu olan çağırışçılar “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Çağırışçıların sidik-cinsiyyət sisteminin xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 71-78-ci maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır.
Əlavə olaraq bildiririk ki, vətəndaşlara sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət verilməsinin və ya çağırışdan azad edilməsinin əsaslılığı yoxlanılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rayon idarə, şöbə və ya bölməsinin hərbi-həkim komissiyasının qərarlarına Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən nəzarət qaydasında baxılır.  
anar qurbanov Soruşur Yazılma Tarixi:20.09.2015 22:15:19

salam sualim onan ibaretdi ki menim herbi biletim hal hazirda yararsizdi ve men yaxinda heribi xitmete getmek isteyirem sualima cavab vermeyinizi xais edirem tezlikle

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Bu Qanunun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.
Cədvəldə sətir sayı :14897