Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Imran Salahov Soruşur Yazılma Tarixi:23.09.2015 20:01:08

Salam bagishliyin narahat edirem. Men size mektub yazdim cavab gelmedi.. Men sexsiyet vesiqesi ala bilmirem esgerliyede gede bilmirem hec bir polis bolmesi birde vankomada gedik ordan bele vermediler. Xaish edirem komek edin 0557932295

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü  maddəsinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. doğum haqqında şəhadətnamənin surəti;
2. ailə tərkibi haqqında arayış;
3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
5. tərcümeyi-hal;
6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.  
Yuxarıda qeyd olunan sənədlərlə yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Vuqar Piriyev Soruşur Yazılma Tarixi:23.09.2015 19:22:01

Salam men iyul ayinda cagirisci idim ancaq skolioza gore aparmadilar.Men erize yazaraq yeniden yoxlanisa getdim ve cavabi geldi cavabi ise dinc seraitde yararsiz muharibe seraitinde yararliyam.Men ise mualice olunuram eger men tam saglam olsam 3 il gozlemeli olacam yoxsa sagalanda gede bilerem?Xahis edirem cavablandirasiniz.

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Ismayilov nail Soruşur Yazılma Tarixi:23.09.2015 17:02:11

salam men texnukum oxusam sonra 18 yasimda escerde qalib orta tehsili kimi isleye ve ya oxuya bilerem

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Süleyman Əhmədov Soruşur Yazılma Tarixi:23.09.2015 15:14:22

Salam aleykum.Mənim gözümdə zəiflik var yəni itiliyi çox zəifdi və mən universitetə imtahan vermək istəyirəm.Bu halda mən əsgərə yararsız sayılıram ? Və əgər yararsız sayılıramsa mənə universitet imtahanına görə ağ bilet verirlərmi ?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Elçin Qasımov Soruşur Yazılma Tarixi:23.09.2015 15:13:20

Salam ağ bilet almaq üçün hansı sənədlər lazimdlr ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:  
1.doğum haqqında  şəhadətnamənin surəti
2.ailə tərkibi haqqında arayış
3.təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün)
4.təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış
5.tərcümeyi-hal
6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil  
Əlavə olaraq bildiririk ki, həmin Qanunun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.  
tural dadasov Soruşur Yazılma Tarixi:23.09.2015 13:36:09

salam cagiris vereqesinde ozunuzle pasport ve qeydiyyat vesiqesini goturun yazib bu ne demekdir

Bildiririk ki, “Azərbaycan Respublikasında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili və aparılması qaydaları haqqında müvəqqəti Təlimat”ın tələblərinə uyğun olaraq hərbi xidmətə göndərilən çağırışçılar şəxsiyyət vəsiqələri və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrini qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrinə təqdim etməlidirlər.
Rəsul Cümşüdli Soruşur Yazılma Tarixi:23.09.2015 12:38:53

salam men oktyabr prizvnyem . gozum zeifdi bilek istyrdim aparacaglar meni ya yox? ozum getmey isteyrem . 6-7 minus arasidi zeifliyşşş oyrenmey isteyrem apararlar,?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Gunel Xəlilova Soruşur Yazılma Tarixi:23.09.2015 11:57:46

Mən mingəcevir səhərində oluram, cox isdiyirəm hərbidə isdiyim. Ota məktəbi yari azərbaycanda, yari rasiyada oxumusam, ancax səadədnamə, nədə atistat ala bilməmisəm, rasiyadan sənəd gətirmisəm 11-ci sinifə qədər oxumaximla baxli.Sizdən xais edirəm mənə deyin məni hərbiyə goturərlər yoxsa yox.Kamputer kursunu bitirmisəm .

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  
Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
 
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Tural Seyidzadə Soruşur Yazılma Tarixi:23.09.2015 03:53:32

Salam, men Ukraynada eyani tehsil alib bitirmisem, ancag oxudugum universitet ozel olub ve voennaya kafedra yoxdu. men esgerliye bu ilin oktyabr ayinda gedecem. oyrenmey istiyirem ki, ali tehsilli olarag, orda leytenanlig kursuna gede bilerem?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
sehrizar musayev Soruşur Yazılma Tarixi:23.09.2015 02:59:36

salam men herbi xitmete getmeliyem menim bawima oyun acdillar meni xeste kimi qeleme verdiler ve vayeni blet verdiler mene ve men sizden sorusmag isteyiremki men saglamam ve herbi xidmete haziram men saglamligim haqda aryis versem heri xidmete gede bileremi

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14891