Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ismayilov yamen Soruşur Yazılma Tarixi:27.09.2015 14:01:25

salam men Yamen Ismayilov habil oglu yevlaxliyam ayin 3 aprel ayinda herbi xidmete getdim naxcivana duwmuwdum gece yoxlaniw oldu dediler ki seni rayonuna qaytaririq qayitdim geldim bakiya papalin qosbitalina getdim dediler ki hec neyin yoxdu uwaq vaxti setelcem kecirdmisen meni naxcivqndan qaytarandada mene enfezima diaqnozu qoyulmuwdu men indi bilmek isteyirem ki esgerliye yararliyam ya yox ozun Azerbaycan Respublikasinin bir vetandawi kimi vetenime xidmet etmek isteyirem xayiw cavab yazin

Bildiririk ki, siz 06.10.2015-ci il tarixdə nəzarət qaydasında müayinə olunmaq üçün Xidmətin Hərbi-Həkim Komissiyasına göndəriləcəksiniz. Eyni zamanda bildiririk ki, müayinənin nəticəsinə uyğun olaraq barənizdə Yevlax rayon çağırış komissiyası tərəfindən qanunamüvafiq qərar qəbul ediləcəkdir.  
Togrul Məmiyev Soruşur Yazılma Tarixi:27.09.2015 12:06:26

Mən 2013 cu ildə hərbi xidməti başa vurmuşam .indi yenidən xidmətə yazılmaq isdəyirəm .mən nə edim?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Afiq Fetullayev Soruşur Yazılma Tarixi:27.09.2015 10:38:39

Salam men kollec oxuduguma gore komisiyaya arayiw verdim bu il qurtarmiwam mene xaya yirtigi emeliyyati ucun gonderiw verilib men bunu bilmey isteyirem ki men dovlet hesabina emeliyat olunacam??

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur.
nurlan Soruşur Yazılma Tarixi:27.09.2015 03:16:45

gozum zeyifdi esger gedecem

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
nusirevanli Soruşur Yazılma Tarixi:27.09.2015 02:46:03

salam meni oktyabr ayinda esgerliye caqiriblar menim bir sualim var men herbide qalib gelerken POLIS EMEKDASI OLA BILEREM?

Bildiririk ki, ordu sıralarından tərxis olunduqdan sonra qeyd etdiyiniz məsələ ilə bağlı sizin Daxili İşlər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.  
İsmayılov İbrahim Soruşur Yazılma Tarixi:27.09.2015 02:11:48

Salam,men bu il ATU ya qebul olmuşam.Gələn il isə xarici universitetlərin birinə sənədlərimi verəcəm.Əgər sənədlərim orda qəbul olunsa mene möhlət veriləcək? Yəni ki mənim getməyimə hərbi xidmətə çağırış mane olmayacaq ki? Çünki men gedende 18 yaşım tamam olacaq.İndidən təşəkkür.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.       
Eyni zamanda bildiririk ki, təhsilini davam etdirmək üçün çağırışdan möhlət verilməsi haqqında qərar çağırış komissiyaları tərəfindən təhsil müəssisələrinin verdiyi arayış (Forma № 10) əsasında bir dəfə, bu məsələyə çağırış komissiyasında birinci dəfə baxılarkən qəbul olunur.
Resad M Soruşur Yazılma Tarixi:27.09.2015 00:18:11

salam.men gelen yay esgeriye gedecem.menim tehsilim aviasiya ile baglidir.bunu bilmek isteyirem ki menim rayon komissarligim meni hava quvvelerine gondermek ehtimali var?tesekkur edirem

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Hesen Quliyev Soruşur Yazılma Tarixi:26.09.2015 23:07:11

Salam. Mən hərbi xidmətimi yeni bitirmişəm və yenidən ordu sıralarına daxil olmaq (işələmək) istəyirəm. Hara müraciət edim.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.  
Mirkamil Eliyev Soruşur Yazılma Tarixi:26.09.2015 17:02:26

2015-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan şəxs 28.09.2015-ci il tarixində xarici ölkəyə səfər edə bilərmi? (01.10.2015-ci il tarixində Azərbyacana qayıtmaq şərti ilə) Yəni, həmin şəxsin ölkədən çıxışına qadağa yoxdur ki?

Bildiririk ki, 2015-ci ilin oktyabr çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşın ölkə ərazisini tərk etməsi üçün heç bir qanuni əsas yoxdur.
Yunusov Agasef Soruşur Yazılma Tarixi:26.09.2015 15:22:58

salam zehmet olmasa sualima cavab veresiz gizir isdemek isdeyirem on xetde zehmet olmasa cavab yazasiz 055.538.70.98...051.987.37.77

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14891