Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Memmedov Soruşur Yazılma Tarixi:29.09.2015 17:11:55

Salam men Sabuncu rayonunda qeydiyyatdayam men suruculuk kurslarina celb olunmaq istiyirem.Men ne etmeliyem?

Bildiririk ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlığının təşkili ilə əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tələblərinə əsasən, 17 yaşına çatmış kişi cinsli vətəndaşlar “B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə hazırlıq keçə bilərlər.
Bu kurslara cəlb edilməniz üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin Sabunçu rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.  
Resad Memmedov Soruşur Yazılma Tarixi:29.09.2015 15:46:14

Salam men bu il iyul ayinda herbi xidmete getmeliydim lakin mende onurga sumuynun qurtaracag nokdesinde dermavid kisda xesdeliyi ve yasdi penceliy vardi herbi kamisarlig terfinden gonderis verilerey baki 5 sayli kilinikada yoxlanildim dermavid kisdayla bagli ve hele aktiv olmadgni bildirildi yeni heran akitv olabiler birde oktiyabr ayinin 7 disde tramtaolgya inustunda yasdi penceliyle bagli yoxlanisa gedecem .yeni bu xesdeliylerle men herbi xidmete gedebilecem ya yox?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Nağıyev Zəka Soruşur Yazılma Tarixi:29.09.2015 15:18:40

Salam. Mən oktyabr ayının ikisi əsgər gedirəm. Mən dövlət idarəsində işdəyirəm. Bilmək istərdim mən idarədən raşot pulun almamış gedə bilərəmmi?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 50.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlara mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq iş (təhsil) yerində orta əmək haqqının ən azı üç misli məbləğində müavinət ödənilir.
Həmin Qanunun 18.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilən çağırışçıların kateqoriyası müəyyən edilmişdir.
Müddətli həqiqi hərbi xidmətə çağırışla əlaqədar iş (təhsil) yerində müavinət alınması üçün çağırışdan möhlət hüququn verilməsi nəzərdə tutulmadığı üçün ümumi əsaslarla müddətli həqiqi çağırılmalısınız.  
Yalcin Rustemov Soruşur Yazılma Tarixi:29.09.2015 15:00:11

Aileliyem bir oglum var 31 yasim var herbi xidmete yararsizam mualice almisam Tekrar muayineden bu il kececeyem. Ne etmeliyem? .Eger xidmete getsem aileli oldugum ucun hansi guzest olacaq?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu Qanunun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar. Əlavə olaraq bildiririk ki, vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etdikləri müvafiq dövlət orqanları tərəfindən müəyyən edilir.  
AQIL ISRAFILOV Soruşur Yazılma Tarixi:29.09.2015 14:02:16

Salam. Sirvanda iqtisadiyyat ve humanitar kallecini bitirmiwem idman uzre 2 il esgerliye kecikmeiwem. oktiyabrda esger gedecem ve orda kurs oxumaq isteyirem. istediyim kursi oxuya bilerem?Bilmek isteyirem odenlisli olur odenissiz?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Abbasov Tebriz Soruşur Yazılma Tarixi:29.09.2015 13:38:41

salam men ali tesil aliramtesilmi dayandirib okdiyabrda eskerigede bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Eyni zamanda bildiririk ki, akademik borcu olan və ya müxtəlif səbəblərdən ali təhsil müəssisələrində təhsil almaqdan imtina edən çağırışçılar çağırışdan möhlət hüququnu itirmiş sayılırlar və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılaraq 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.
Vusal zerbeliyev Soruşur Yazılma Tarixi:29.09.2015 13:06:01

salam milli orduda kemer yigiwdirilib ?

Sizin müraciətinzə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün kəmərin hansı orqanda yığışdırılmasını  (Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində) yazmağınız tövsiyə olunur. 
zamanov elnur Soruşur Yazılma Tarixi:29.09.2015 10:44:34

Salam, mən Zamanlı Cavid Ağa oğlu 1994- cü il təvəllüdlüyəm ( Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsi ). Ucar rayon şöbəsinə müraciət etdim ki, mənə nə qədər möhlət verilib dedilər ki cavab gələndə xəbər edəcəyik amma 3 ay keçib hələ heç bir xəbər yoxdur. Sizdən xahişim budur ki, mənə hansı xəstəliyə görə və nə qədər möhlət verilib ?

Bildiririk ki, siz 2015-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Ucar rayon şöbəsində tibbi şəhadətləndirilərkən səhhətinizdə “keçirilmiş eksudativ plevritdən sonrakı vəziyyət” aşkar edildiyi üçün göndəriş vərəqəsi ilə ET Ağciyər Xəstəlikləri İnstitutuna müayinəyə göndərilmisiniz. Müayinə olunduqdan sonra siz Xidmətin Ucar rayon şöbəsinin çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 3 (üç) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmisiniz.      
Eyni zamanda bildiririk ki, sizin şəxsi işinizə SHXÇDX-nin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən baxıldıqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Etibar Novruzov Soruşur Yazılma Tarixi:29.09.2015 09:55:24

Salam.Oglumun 18 yaşı 11 oktyabrda tamam olur buna baxmayaraq ona həqiqi hərbi xidmətə yola düşmək üçün oktyabr ayınnın 1 -nə çagırış vərəqəsi verilib. bu işin qanuna zidd oldugu haqqında nə məlumat verə bilərsiniz.Bizim pozulmuş hüquqlarımızın bərpası üçün kimə müraciət edə bilərikş

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq oktyabr ayının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin övladınızın 18 yaşı tamam olandan sonra təyin edildiyi hərbi hissəyə göndərilməsi nəzərdə tutulmuşdur.
Cahangir Babaxanov Soruşur Yazılma Tarixi:29.09.2015 09:09:53

Salam xahiw edirem cavablandirasiz,men rasiyada dovlet universitetinde oxumuwam diplomuma aposti vurulub azerbaycandada notorusda tercume olunub verilib vayinkomata lakin tehsil nazirliyi terefinden tesdiq heleki olmayib bilmek istiyirem men 1 illik herbi xidmetde olacam?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ali təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etməlidirlər.
Cədvəldə sətir sayı :14897