Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
orxan Soruşur Yazılma Tarixi:30.09.2015 00:37:47

Salam men herbide xesaret almişam ve niqodnu verilmiyib nece pensiya cixa bilerem

Xidmətin saytına daxil olan müraciətinizlə bağlı bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar qeydiyyatda olduğunuz yer üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli mərkəzinə müraciət etməlisiniz.
Ibrahimzade Agakenan Nazim ogli Soruşur Yazılma Tarixi:30.09.2015 00:37:01

Salam men Ibrahimzade Agakenan 02 okyabr tarixinde herbi xidmete yollaniram Ali savadliyam Russyada Huquq Akademiyasini bitirmisem hal hazirda diplomum tesdiq ucun Tehsil Nazirliindedir bilmek isterdim men esgerliimin ucuncu ayinda leytinant rutbesi almaq imkanim var?lakin diplomum 8 ayin icinde tesdiq olunacaq.Diplom tesdiq olunana qeder menim leytinnt olmaqma icaze verecekler?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Mehtizadə Şəhriyar Soruşur Yazılma Tarixi:29.09.2015 23:54:24

Salam.Əvvəlcədən belə bir xidmət yaratdığınız üçün təşəkkür edirəm.Mən Azərbaycan Dövlət İqtisad universitetini bitirmişəm.2013-2014-cü ildə Daxili Qoşunlarda hərbi xidmətdə olmuşam və hazırda Müdafiə Nazirliyində maliyyə ixtisası üzrə zabitlik kursunu bitirmək istəyirəm.Sizə sualım kurslar nə vaxt təşkil edilir və hansı sənədlər hara təqdim etmək üçün tələb olunur.

Bildiririk ki, “Zabit hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.  Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Eliyev Niyazi Soruşur Yazılma Tarixi:29.09.2015 22:47:55

Salam men 2005 ci ilde herbi xidmete getmisen 2007 de qutarib gelmirsen sualim odu ki men rayon qeydiyyatindayam lakin Bakida yasayiram.Eger seferberlik olarsa menim unvanimi nece bilecekler ve yaxud bu tapilmamaq menim ucun pravlem ola biler?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7.2.-ci maddəsinə əsasən hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayəş yeri üzrə qeydiyyatdan çəxmalı və olduğu yer üzrə qeydiyyata durmalıdırlar.                 
Həmin qanunun 53-cü maddəsinə əsasən  Bn Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
                
Eyni zamanda bildiririk ki, «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikasının Qanununun 8.3.  maddəsinə əsasən Səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Elvin Agayev Soruşur Yazılma Tarixi:29.09.2015 22:27:24

Salam bu gun dostum baxdi hara duwduyu yer cixib men yaziram melumatlari yazilirki bu adda cagiriwci tapilmadi.nedendi bu?

Bildiririk ki, SHXÇDX-nin saytının müvafiq bölümündə yalnız adları 2015-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 1-ci adlı siyahısında olanlar haqqında məlumatlar yerləşdirilmişdir.  Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
bəşir emirov Soruşur Yazılma Tarixi:29.09.2015 21:37:51

Salam men 2 oktyabr ayinin ikisinde herbi xidmete cagirilmiwam indi ise yoxlayiram hara duwduyumu deyir bele bir cagiriwci movcud deyil vainkamatada gedb baxmiwam cox adamin adi cxib menim yox bu nie beledir??

Bildiririk ki, adları 2015-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 1-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar artıq Xidmətin yerli idarə, şöbə və bölmələrində mövcuddur.    Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Abdullayev Ali Soruşur Yazılma Tarixi:29.09.2015 21:28:57

SALAM. men gelen ay esgerliye gedecem. ve esgerlikden sonra gizir kimi islemek isteyirem bunun ucun ne etmeliyem? esgerlikden qabaq senet vermeliyem yoxsa esgerlikden sonra? bildiyime gore gizir olmaq isteyenler esgerliyin 10 -cu ayinda bakiya herbi mektebine 6 ayliq kursa gonderilir bu dogrudurmu? birde gizir kimi islemek istediyim Rayon Seher ve Herbi hisseni ozum secme haqqim varmi? xais edirem etrafli sekilde melumatlandirasiz. tesekkurler.

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
QASİMOV ARAZ Soruşur Yazılma Tarixi:29.09.2015 20:32:15

salam.herbi bileti itirmisem bilmek isdeyirem ki cinayyet isi acilir yoxsa pul cermesi edilirmi?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. Bu səbəbdən mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Soner KÖSEOĞLU Soruşur Yazılma Tarixi:29.09.2015 20:31:43

Öncelikle Merhaba ben Türkiye Cumhuriyeti Vatandaşıyım 18 Yaşındayım Askeri Okullarınıza Girmek istiyorum bunun için ne yapmam gerekir cevabınızı merakla bekliyorum benim gözümde Türkiye neyse Azerbaycan da aynıdır. Ordunuzda görev almak benim için büyük şeref olacaktır ...

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət etməyiniz tövsiyə olunur. 
Nəbi Məmmədov Soruşur Yazılma Tarixi:29.09.2015 19:18:45

Salam men xaricde(Ukraynada) Ali tehsil almisam,(diplom var) oktyabirda qedirem xidmet etmeye, 1 il xidmet etmek ucun men diplomun suretin notariat testiq olunmusun aparmaliyam xidmet edeceyim yere,yoxsa tehsil nazirliyi testiq etmelidi onnan sonra?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ali təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etməlidirlər.
Cədvəldə sətir sayı :14897