Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nesimi Soruşur Yazılma Tarixi:01.10.2015 15:39:02

Salam...Hal hazirda 36 yashadek orduya cagirilan vetendashlarin arasinda Azərbaycan Respublikasının Milli Qvardiyasında hərbi qulluğunu başa vurmuş vətəmdaşlar da cağırılır?yani dualım ondan ibarətdir ki,yalniz milli ordu hərbi hissələrində qulluq etmiş şəxslərə aiddir?və yaxud umümilikde hamısına?

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə yazılmadığı üçün cavablandırılması mümkün deyil.
Maqsud isgendeov Soruşur Yazılma Tarixi:01.10.2015 15:25:31

herbi hisseye konullu getmek olarmi

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Memmedov Sahil Soruşur Yazılma Tarixi:01.10.2015 15:15:23

Menim qulagimin biri hec esitmir ama meni herbi xidmete yararli yazdilar.Men bu veziyyetde herbi xidmete gede bilerem ya yox?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Famil Məhərrəmov Soruşur Yazılma Tarixi:01.10.2015 14:22:58

Salam,Xahiş Edirəm Cavablandirasınız. 1 iyul tarixinde çağırılmışdım mən. Hospitala göndərdilər məni,hospitaldan keçəndən sonra mənə heç bir xəbər gəlmədi. 15 iyul olardl hospitaldan keçməyim.Bir problem çıxmadı,lakin indiyə kimi hələdə xəbər yoxdu.Bu oktyabr çağırılma ehtimalım var?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
musazadə babək Soruşur Yazılma Tarixi:01.10.2015 14:09:40

Salam.mənə iyul ayinda 3 ayliq mohlət verildi.ama elektron xidmetden her seyi qaydasinda elesem de hara dusduyumu oyrene bilmirem.9100-a da sms gonderdim bele bir cagiriscinin olmadigi qeyd olundu.zehmet olmasa aciqlayin ve nece oyrene bileceyimi deyin

Bildiririk ki, SHXÇDX-nin saytının müvafiq bölümündə yalnız adları 2015-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 1-ci adlı siyahısında olanlar haqqında məlumatlar yerləşdirilmişdir.   
Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Civisov Pasa Soruşur Yazılma Tarixi:01.10.2015 10:07:54

Salam. bilmek isteyirem ki ali tehsililer yene esgerlikde kurs kecib leytenant isleye biler?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur.  
Elcan Eliyev Soruşur Yazılma Tarixi:01.10.2015 07:36:25

Salam. niye 1- i texris olanlari buraxmirlar ve nece gun saxlamag fikirleri var.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xidmət müddəti başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2015-ci ilin oktyabr ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Eliquzuyev Senan Soruşur Yazılma Tarixi:01.10.2015 02:05:43

Salamlar Herkese Men Eliquzuyev Senan Bilmek isteyiremki Vayenkomat Sotuna AvtoSkola Oxuyan her bir kes pravani Aldiqdan Sonra Herbi xidmete gederken Surucu Ola biler ?

Bildiririk ki, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması işinin tərkib hissəsidir və bu hazırlıqla bağlı tədbirlər dövlət büdcəsi hesabına həyata keçirilir. Bununla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişi əsasında xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçirən təhsil müəssisələrində Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün “B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə hazırlıq keçərək sürücülük vəsiqəsi almış çağırışçılar təyin olunduqları müvafiq qoşun növlərində verilmiş ixtisasa uyğun vəzifələrdə müddətli həqiqi hərbi xidmət keçməlidirlər.  
Sənan Kərimov Soruşur Yazılma Tarixi:01.10.2015 01:15:10

Salam Məni Dosutum Niyə Əsgər gedim.Əslən Lacın Rayonuda hətəmlər Kənidinədir .22 Yaşı Var Xayiş edirəm Şirvan Məmmədov Bir Başa Zakir Həsənov Qarışıs İşə Əsgrə GedisiN kimidən Arıtıqıdır Pul var deyə Öz əsgədən Saglıyır Bu NE cə qanudur Köməy edin Əsgərə Gedisin

Sualınızın cavablandırılması üçün dostunuzun təvəllüdünü və atasının adını Xidmətin portalına göndərməyiniz tövsiyə olunur. 
Famil Meherremov Soruşur Yazılma Tarixi:30.09.2015 22:26:06

Salamlar Bir sualim olacag Demeli men iyul cagirisinda cagirilmisdim 1 iyul tarixinde Bezi problemler cixdi ve meni hospitala gonderdiler Hospitaldan kecdim bir sey demediler Yaralisan dediler Odu budu hele ses cixmir menim herbi xidmete getmeyim ile elaqedar Bilmek isdiyirem menim isim ne yerde qaldi Artig usdunnen nece ay kecib Ve sentyabrda basa catir Oktyabr cagirisina qalmisamsa niye meni cagirmillar hele?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14891