Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan İbrahimov Soruşur Yazılma Tarixi:30.09.2015 20:41:01

Salam sizi narahat etdiyim üçün üzür isteyirem meni vayonkamatdan yoxlamadan keçdiyim vaxt dişlerimde problem oldu men Bakıya gönderildim mene 2 ci dereceli diş xesteliyi qoyuldu ancaq men dişlerimde heç bir problem görmürem rahat yemek yeye bilirem ve serbest danışıram ancaq vayonkamtdan menim esgerlik üçün yararlı yoxsa yararsız olmağım barede melumat verilmir

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.  
Sadiq Soruşur Yazılma Tarixi:30.09.2015 18:17:56

Salam men mueyyen qusurlara gore 2012ci-ilde herbi cagrisdan 3 il muddetine azad olunmusam artiq hemin muddet bitib lakin mene hec bir melumat bildirilmeyib . Mene ne vaxt melumat bildirilecek?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Odur ki, mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Qəndab Əmirova Soruşur Yazılma Tarixi:30.09.2015 17:50:35

Salam. Yaxın bir adamım keçən ilin oktyabrında hərbi xidmətə getdi. Bir ili tamam olur. Xahiş edirəm, bir məlumat varsa deyəsiniz..nə vaxta tərxis edərlər? 1-30 oktyabr arası təxmini hansı günlərdə

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən xidmət müddəti başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək ehtiyata buraxılırlar.  
salmanov cabir Soruşur Yazılma Tarixi:30.09.2015 17:22:05

salam...xroniki prionefrit diaqnozuyla herbi xidmete yararli sayilir ya yox???

Xroniki pielonefritlə çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Elekberov Pervin Soruşur Yazılma Tarixi:30.09.2015 17:02:03

Mende vitiliko lekesi var meni esger apara bilerler?

Vitiliqonun yayılmış və total formaları olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.  
nesirov elcin Soruşur Yazılma Tarixi:30.09.2015 16:36:44

Salam men omtyabrda getmeliyem hamiya paveska gelib amma mene yox xesteliyime gore bakiya getdim geldim saglamam duzelmiwem amma hecne demirler ne getmiyessen nede gedessen demirler ne ede bilerem

Bildiririk ki, adları 2015-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 1-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar artıq Xidmətin yerli idarə, şöbə və bölmələrində mövcuddur. 
Qeyd etdiyiniz məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
Nureddin Adilov Soruşur Yazılma Tarixi:30.09.2015 16:03:36

Yastı pence maddesi hal-hazırda xestelık sayılır ve bu maddeye esasen çağirişçi yararsız sayılırmı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən çağırışçılar yastıpəncəliyin dərəcəsindən asılı olaraq şəhadətləndirilirlər.  
resad azizov Soruşur Yazılma Tarixi:30.09.2015 15:55:02

salam men herbi xidmete getmisem alti ay sora 56ç maddesi ile qaytarilmişam geriye ve bilet verilib mene herbi bilet mehdud yararli kimi indi men polise ise gire bilerem ya yox

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etməlisiniz.
Huseyn Besirzade Soruşur Yazılma Tarixi:30.09.2015 14:55:27

salam gunortanuz xeyir menim 21 yasim var amma cagiris gelmir mene yaduzdan cixmisam nedir? Cikki cikki usaxlaru aparusuz menide aparunda qeyd 2015 mezunuyam

Sizin təcili olaraq qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
ruslan abdulov Soruşur Yazılma Tarixi:30.09.2015 14:41:13

Salam menim sol gözümde linzo oldugna göre herbi xidmete yararsiz yaziblar .men öz isdeyimle getmey isdeyirem bu mesele ile baqli kime müraciet edim zehmet deyilse deyerdiz

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Cədvəldə sətir sayı :14891