Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Hesenov Rehman Soruşur Yazılma Tarixi:28.09.2015 18:51:47

Salam.Men oktuyabir prizvde xidmete getmelyem mende ayaqmda yasdi pencelik var. Bilmek isdiyrem menim konulu xidmete gede bilerem? Xais edrem sulma cavab versiniz.

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Tagiyev Suleyman Soruşur Yazılma Tarixi:28.09.2015 17:42:48

Tagiyev Suleyman.salam oktyabr cagrisiyam ve universitet bitrmisem.nikadir kimi xidmet elemek isteyirem ama kesrim var mumkundumu xidmet elemey nikadir kimi? konullu olurmu,arzum olub sadece.

Bildiririk ki, mövcud qanunvericilikdə ali təhsil müəssisəsini bitirmiş çağırışçıların ehtiyat zabit hazırlığı kursuna cəlb edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Ilham Memmedov Soruşur Yazılma Tarixi:28.09.2015 16:18:36

Salam 1997 ci noyabrin 30 u anadan olmuwam. Boyum 156 cekim ise 42 kqdir. Esgere gede bileremmi. musiqi kollecinde 2-ci kursunda oxuyuram.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.        
Eyni zamanda bildiririk ki, siz
qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən çağırışa cəlb edilən zaman tibbi müayinə olunacaqsınız və sağlamlıq vəziyyətinizə uyğun olaraq barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. 
Vusal Hacizade Soruşur Yazılma Tarixi:28.09.2015 15:43:03

Salam.men bilmek isdeyirem ki konullu esgerliye gede bileremmi 18yawim tamamdi.her weyden saglam cixmiwam sadece cekim 46 oldugu ucun aparmirlar konullu getmek ucun hara muraciet ede bilerem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.        
Eyni zamanda bildiririk ki, çağırışçılar
qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələri tərəfindən çağırışa cəlb edilən zaman tibbi müayinə olunurlar və sağlamlıq vəziyyətlərinə uyğun olaraq barələrində qanunamüvafiq qərar qəbul edilir.
 
Cəfər Mehtiyev Soruşur Yazılma Tarixi:28.09.2015 15:39:13

Salam məndə Sinus taxikardiyası 104 1-dir. His dəstəsinin sol ayaqcığının arxa şaxəsinin tam blokadası var. Öyrənmək istəyirəm ki, mən hərbi xidmətə yararlıyam yoxsa yararlı deyiləm?

Mədəcikdaxili tam blokadalarla çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Nuranə Səfərova Soruşur Yazılma Tarixi:28.09.2015 15:24:38

Salam.Vaxtınızı aldığım üçün üzr istəyirəm. Mən işə qəbulla bağlı müraciət etmək istəyirəm?. Ya əsas strukturda, ya da digər bölmə və idarələrində mənim kriteriyalarıma uyğun (karguzar, katibə-referent) işlə təmin etməyinizi Sizdən xahiş eidrəm. CV-ni elektron poçt ünvanınıza yolladım. Hərbi bölmə üzrə işləmək həmişə arzum olub. Bunu həm də dövlətimizə, Vətənimizə qulluq etmək kimi anlayıram. Artıq dərəcədə xahiş edirəm ki, CV-mi gözdən keçirəsiniz. Öncədən təşəkkürlər?

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş hərbi vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Loğman Əliyev Soruşur Yazılma Tarixi:28.09.2015 15:09:03

Salam men oktyabr ayi esgerliye gedecem hansi herbi hisseye duwduyumu nece oyrenim?

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Imran Salahov Soruşur Yazılma Tarixi:28.09.2015 12:21:18

23de olan Ezizeme elave.. Men Salahov Imran 1995cil ilde Qaradag rayonda anadan olmusham.. ev qeydiyyatindan ciximisiz ucun sexsiyyet vesiqesi ala bilmirem.. Qaradagda ki polis bolesine gedik biz gonderdiler pasportstola bize dediler ki biz size sexsiyet vesqesi vere bilmerik ama men orda dogulmusham. Ama biz kiraye qaliqimiz ucun dediler harda qalirsiz oranin polis bolesine yaxinlashin indi. Zabrat1 da kendin ici 1may kucesinde qaliriq burdaki polis bolesine gedik onlarda bizi sabuncuda yerleshen vonkobata gonderiler onlarda vermedi biz vere bilmerik men esgerliye getmeliyem Sizinden xaish edirem mene bir komeklik edin

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü  maddəsinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: 
1. doğum haqqında şəhadətnamənin surəti; 
2. ailə tərkibi haqqında arayış; 
3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 
4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 
5. tərcümeyi-hal; 
6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.   
Yuxarıda qeyd olunan sənədlərlə yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Akbar Akbarov Soruşur Yazılma Tarixi:28.09.2015 10:59:29

Salam. Əsgərin ailə üzvünün toyu ilə əlaqədar olaraq onun üçün məzuniyyət almaq mümkündürmü?Əgər mümkündürsə necə günlük məzuniyyət və bunun üçün hansı sənədlər təqdim etmək lazımdır.Mümkünsə məktubu cavablandırasız. Təşəkkürlər.

Bildiririk ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 129-cu maddəsinin “c” bəndinə əsasən, hərbi qulluqçunun ailədə şəxsən olması zəruri olduğu halda ailə vəziyyətinə görə qısa müddətli məzuniyyətin verilməsi hərbi hissə komandirinin rəyi əsasında həyata keçirilir. Eyni zamanda bildiririk ki, ailə vəziyyətinə görə məzuniyyət verilməsi zərurəti hərbi qulluqçunun ailəsinin yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və ya yerli bələdiyyə orqanı tərəfindən təsdiq edilmiş sənədlə sübut edilməlidir.
Murad Soruşur Yazılma Tarixi:28.09.2015 10:56:27

salam.2015ci ilin novbeti cagirisi ne vaxt olacag etrafli melumat yazin xais edirem

Bildiririk ki, Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırış Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ildə 4 dəfə-yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir.
Cədvəldə sətir sayı :14891