Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Məhərrəm Məmmədzadə Soruşur Yazılma Tarixi:26.09.2015 13:50:30

Salam mən musiqiçiyəm oktyabrin 2si hərbi xidmətə gedirəm. Bilməy isteyirəm ki mən musiqiçi kimi xidmət etməliyəm yoxsa siravi əsgər kimi?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Orxan Məmmədli Soruşur Yazılma Tarixi:26.09.2015 05:44:02

Salam Aleykum Mən İnşƏALLAH oktyabirin 2 si əsgər getməliyəm və bilmək istəyirəm ki necə Gizir və ya Muddətdən Artiq necə xidmət edə bilərəm Umummiyətlə qabaqcadan oxumaq olar mi Gizir və ya Zabitliyi AMA ayin 2 si esger gedirem

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
ceferov Elsen Soruşur Yazılma Tarixi:25.09.2015 13:36:12

salam men herbi biletimi itirmisem onu yenisiyle nece elde ede bilerem?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir. Bu səbəbdən mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
nofel mustafayev Soruşur Yazılma Tarixi:25.09.2015 11:34:47

salam meni hekime yazmisdilar gedib kecdim.oktyabrin 1 esger gedrem ama cagris gelmiyib.bilmey istiyirem nie?

Sizin qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
ismayilzade ulker Soruşur Yazılma Tarixi:25.09.2015 09:02:14

men bilmek isterdim ki Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinde ve s, bu kimi dovlet muessiselerinde pedaqoji ixtisasli qadin emekdaslar isleye bilermi? eger mumkunse nece muraciet etmek lazimdi?

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş hərbi vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Eyni zamanda bildiririk ki, digər dövlət qurumlarında pedaqoji ixtisaslı qadın əməkdaşların işləyə bilmələri barədə verdiyiniz sualla əlaqədar aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Ezizaga Abdullayev Soruşur Yazılma Tarixi:24.09.2015 15:49:33

salam sualim odurki men 1997 teveludem inwallah yanvarda esgerem menim cagiriwim hansi ayda gelecekdir?? xaiw edirem sualimi cavablandirasiniz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Həsənov Cavid Soruşur Yazılma Tarixi:24.09.2015 11:35:18

Salam. Mən oktaybrda əsgərə gedəsiyəm. Biz qabaqcadan 1 ayliq rabite kursu keçmişik. Sərhəd qoşunlarına. Bilmək olar bizi hansi sərhəd zonasinda xidmet edeceyik???

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür və çağırışçıların gələcəkdə hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir.
Namiq Huseyinov Soruşur Yazılma Tarixi:24.09.2015 10:59:21

salam menim boyuk oglum herbi xidmetdedi kicik oglum ise cagriwi oktiyabir ayindadi men ele ede bilerem ki menim kicik oglumda boyuk oglumun yaninda herbi xidmeini ceksin ?

Bildiririk ki, qardaşlar eyni vaxtda və eyni rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılarlarsa, onlar bir qayda olaraq hərbi xidmət keçmək üçün eyni hərbi hissəyə göndərilirlər. Eyni zamanda bildiririk ki, mövcud qanunvericilikdə sizin qeyd etdiyiniz məsələ ilə bağlı hər hansı güzəşt nəzərdə tutulmamışdır. 
Camılı Fərid Malik oğlu Soruşur Yazılma Tarixi:24.09.2015 06:00:52

Men Camılı Fərid Malik oğlu,1996.12.12 tevelludluyem. Orta Mektebi bu il bitirmisem. Turkiyenin Akdeniz universitetine daxil olmusam ve bu il birinci ilimdir burda oxuyuram. Men bilmek isteyirem ki yeni qanuna esasen, Akdeniz universiteti siyahida var? men mohlet huququndan yararlana bileceyem ? onceden tesekkur edirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir.        
Eyni zamanda bildiririk ki, sizin qəbul olduğunuz ali təhsil müəssisəsindən arayış alaraq (arayışda ali təhsil müəssisəsinə daxil olduğunuz və bitirəcəyiniz tarix dəqiq göstərilməlidir) 
qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz tövsiyə olunur.
Nəzərinizə çatdırırıq ki, gələcəkdə təhsilini davam etdirmək üçün çağırışdan möhlət verilmiş çağırışçılar hər il oktyabr ayının 1-nə qədər qeydiyyatda olduqları Xidmətin yerli idarə, şöbə və ya bölmələrinə təhsillərini davam etdirmələri haqqında arayış təqdim etməlidirlər.
orxan hesenov Soruşur Yazılma Tarixi:24.09.2015 01:42:24

Salam men 2008 ci il iyul cagrişinda herbi xitmete getmişem ve 2010 cu ilin yanvarinda texris olmuşam ve indi muddetden artiw herbi xidmete gede bilerem ve oz yaşadiqim rayonda xidmet mumkundurmu?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14891