Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
mursudov Soruşur Yazılma Tarixi:12.09.2015 15:43:23

Salam men, herbide,serjant, isdemisem, indi, bu, caqırısda, yene, isdeye, bilerem, ozumde, murovda, olmusam

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
novruz dursunov Soruşur Yazılma Tarixi:12.09.2015 14:57:13

Salam.Bagislayin narahat ediram.Bundan once uc dafa muraciat etmisam SIZLARDAN daqiq cavab almamisam.Xahis ediram aydinliq gatirasiniz.Man ehtiyatda olan mayoram.Polkovnik -leytenant rutbasi almaq ucun na kimi kriteriyalar omalidir.Umumiyyatla ehtiyatda oan zabitlara novbati harbi rutba neca,hansi qaydada verilir.Sag olun.Oncedan minnatdaram

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən, hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir. Bu Qanunun 45.1 və 47-ci maddələrinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyənləşdirilmiş qaydada polkovnik (1-ci dərəcəli kapitan) daxil olmaqla növbəti hərbi rütbələr verilir.
Xedice Zulfeliyeva Soruşur Yazılma Tarixi:12.09.2015 13:31:39

Salam qizdarda herbi xidmetde iwdirak eliye biler?Könüllü olaraq isdiyirem orduda da qalim bununla kime müraciət eliyim?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
ismayilov haci Soruşur Yazılma Tarixi:12.09.2015 13:12:00

Salam men 1992tevelludem heri xidmet etmisem vezifem manqa kamadiri olub bilmek isterdim seferberlik vaxti menim vezifem ne olacag

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, səfərbərlik elan olunduğu halda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən səfərbərliyə cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər yaş həddi, hərbi xidmət keçməsi və hərbi uçot ixtissası nəzərə alınmaqla məlumatlandırılacaqlar. Səfərbərliyə cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilərin müvafiq vəzifələrə təyin olunması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən həyata keçiriləcəkdir.  
Nurlan Manafov Soruşur Yazılma Tarixi:12.09.2015 12:38:47

Size muraciet etmeyimin sebebi odur ki, men Manafov Nurlan 03.04.1995 tarixli. Oktyabrn 1-ne cagrilmisam hansi herbi hisseye duseceyimi nece iyrene bilerem

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Kamran Ismayilov Soruşur Yazılma Tarixi:12.09.2015 09:55:20

Salam seferberlik olsa polis iwleyenler olarda seferberlike duwur ???

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, səfərbərlik elan olunduğu halda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən səfərbərliyə cəlb olunacaq ehtiyatda olan hərbi vəzifəlilər (yaş həddi və hərbi xidmət keçməsi nəzərə alınmaqla) məlumatlandırılacaqlar. Eyni zamanda bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində qulluq (xidmət) edən şəxslər xüsusi qeydiyyata alındıqları üçün səfərbərliyə cəlb olunmurlar.
Mustafa Memmedov Soruşur Yazılma Tarixi:12.09.2015 05:38:51

Salam Aleykum.Snayper kursları haqqında etraflı melumat almaq isteyirem.Kursa muraciet qaydaları ve esasen hansı şexlerin seçildiyini bilmek isterdim.Esasende kursun muddeti ve gundelik (heftelik,aylıq)cedveli haqqında melumat vermeyinizi xahiş edirem.17 yaşım var,universitet telebesiyem snaypere boyuk şexsi maragım var ve fiziki hazırlıgım yuksek seviyyededir.Zehmet olmasa melumatlandırın meni.

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən qeyd etdiyiniz ixtisas üzrə hazırlıq kurslarına yalnız növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar cəlb edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilirlər. Sizin hal-hazırda təhsilinizi bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malik olduğunuzu nəzərə alaraq kurslara cəlb edilməniz mümkünsüzdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçı olmayan vətəndaşlar üçün snayper ixtisası üzrə hazırlıq kursları təşkil edilmir. 
Nicat Yusubov Soruşur Yazılma Tarixi:12.09.2015 04:28:08

Salam 2 ildir hərbi biletim verilmir. Buna görə nə xarici pasport ala bilirəm, nə də ki öz ixtisasıma uyğun iş tapa bilmirəm. Bir dəfə sizə şikayət etdim, çağırdılar ki, yanvarda göndərəcəyik gedəcəksən və sənə bilet veriləcək. fevral ayında göndərildim. Ancaq üstündən 7 ay keçib hələ də qospitaldan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Suraxanı Rayon Dövlət İdarəsinə şəxsi işim göndərilməyib

Məlum olmuşdur ki, Siz, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsi tərəfindən hərbi qeydiyyat sənədləri ilə təmin edilmisiniz.
Ramal memmedov Soruşur Yazılma Tarixi:12.09.2015 02:48:44

men aileliyem 4 usaqim var.seferberlik olsa muharibe olsa meni aparacaqlar?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu qanunun 46-cı toplanışdan azadetmə əsas verən maddəsinin 46.1.3. bəndində “müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət və azadetmə hüququ verən əsasları olanlar” qeyd olub. Movcud qanunvericilikdə 3 uşağın olan vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malikdir. Səfərbərlik zamanı bu hal əlavə qanunvericilik aktlarıyla nizamlana bilər. 
Baxşəliyev Bəylər Soruşur Yazılma Tarixi:12.09.2015 02:05:02

Salam. Sizə sualım ondan ibarətdir ki mən ordu sıralarından vaxtından əvvəl 15 gün qalmış təxris olunmuşam. İndi mən hərbi xidmətə çağırışdan möhlət hüququ alan sayılıram yaxud hərbi xidmətə çağırışdan azad edilən yaxudda heç biri? xahiş edirəm cavab verin mənim üçün çox önəmlidi.

Sualınızın cavablandırılması üçün atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına göndərməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14804