Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Samir Əlizadə Soruşur Yazılma Tarixi:18.09.2015 22:03:40

Salam menim qardasimin 21 yasi var usaq vaxti Koçduk Ukraynaya qardasim gecə məktəbində oxuyur vəziyyetimiz pis olduğuna gorə mən 2014 getdim xidmətə qardasim yox. qardasim gecə məəktəbində oxuyur. Biz güdim qardasimin sənədlərini düzəldib qayidim məktəbin davam edə bilərmi.

Sualınızın dəqiq cavablandırılması üçün qeyd etdiyiniz məsələ barəsində fikrinizi aydın şəkildə ifadə etməyiniz tövsiyə olunur.  
EHMEDLİ İNTİQAM Soruşur Yazılma Tarixi:18.09.2015 13:55:29

talasemiyya dasiyicilari herbi xidmete yararlidilar.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11-ci maddəsinin “a” bəndinin I qrafasına əsasən: talassemiya xəstəliyi olan çağırışçılar “Həm dinc dövrdə hərbi xidmətə yararsız, həm müharibə dövründə hərbi xidmətə yararsızdır”  hesab edilirlər.
Vusal Cafarov Soruşur Yazılma Tarixi:18.09.2015 12:37:58

Man 1993cu il 7-iyul harbi xidmata caxirilmisam.Va 1998 ci il buraxilmisam,hal hazirda harbi biletim 1995ci ilnan tayin olunubXayis ediram manim 1993cu ilin harbi bilet haqqinda malumat bilmak keratiram. .Vusal Cafarov. ..

Bildiririk ki, müraciətiniz əsasında konkret araşdırma aparılması üçün atanızın adı, təvvəllüdünüz və hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinin (şöbəsinin, bölməsinin) adını bildirməyiniz vacibdir.
Ibrahim Huseynov Soruşur Yazılma Tarixi:18.09.2015 11:55:10

Salam.men ukraynada ali tehsil aliram men 1 illik herbi xidmetde olmag ucun diplomi tehsil nazirliyinde tesdiqi mecburdurmu yoxsa diplomu natarusda tercume tesdiq eletdirsem besdi?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ali təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etməlidirlər.
yamen ismayilov Soruşur Yazılma Tarixi:18.09.2015 10:03:24

salam men yamen ismayilov 30da hasi herbi hisseye duweceyini bilir gedenler men ise 5 ok komisiyyadan kecib bu atprabka gede bilerem cataram cavab yazin

Sualınızın cavablandırılması üçün qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
abdullayev azer Soruşur Yazılma Tarixi:18.09.2015 02:04:19

Salam . Men Abdullayev Azer Suraxsni r. Qaracuxur q. qeydiyatdayam . 05 02 1997 ildenem. Men aprel ayinda herbi xidmete grtmeliydim. Ama oktiyabr cagirisina az qalib amma meni cagirmirlar . Aprel ayinda kamisarliga yaxinlasdim dedi qaldi iyula. Iyul ayinda yaxinlasdim yoxlanis aparildi ve qolumdaki kesiklerle bagli meni pisxoloji dispansere ( delixanaya) yolladilar . 3 gun orda qaldim . Sonra dediler qaldi oktyabra . Esgerliye getmek isdeyenin isin uzadillar ve men 6 ay daladusmusem bu cagirisdada aparmasalar 9 ay gecikmis olacam . Sizden xais edirem ki bu mesele ile bagli mene melumat veresiniz ve hell edesiniz elaqe ucun 0552655642

Bildiririk ki, siz 2 saylı Kliniki Psixiatriya Xəstəxanasının 17.06.2015-ci il tarixli 1426 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına əsasən Xidmətin Suraxanı rayon idarəsinin çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 3 (üç) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmisiniz.        
Eyni zamanda bildiririk ki, sizə verilən möhlət müddəti bitdiyinə görə siz təcili olaraq Xidmətin Suraxanı rayon idarəsinin çağırış komissiyasına müraciət etməlisiniz.
Nicat Babayev Soruşur Yazılma Tarixi:18.09.2015 01:32:58

Salam cox xahish edirem sualimi cavablandirasiz ..mene ne qeder mohlet verilib ?Babayev Nicat Ilgar Oglu 1997.06.26 Xetai Rayon Idaresi

Məlum olmuşdur ki, siz 09.07.2015-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.
Elsen Veliyev Soruşur Yazılma Tarixi:18.09.2015 00:40:03

oktyabrin 2 si esger gedirem hara dusduyumu bilmek istiyire

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Qurbanov Xaqani Soruşur Yazılma Tarixi:17.09.2015 23:26:08

Salam.Mən cənab general Arzu Rəhimovun qəbuluna necə düşə bilərəm?Qəbula düşmək mümkündürmü?

Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən vətəndaşların qəbulu hər ayın sonuncu şənbə günü həyata keçirilir. Qəbulda iştirak etmək üçün hər ayın sonuncu həftəsinin istənilən günü şəxsiyyət vəsiqəsi ilə birlikdə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Aparatına gəlməli (Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva  küçəsi 30) və müvafiq qaydada qeydiyyatdan keçməlisiniz.
almaz piriyeva Soruşur Yazılma Tarixi:17.09.2015 21:49:55

Salam. Önceden xidmetinize görə teşşekür edirəm. Mənim oğlum Piriyev Vüqar Nüşirəvan oğlu İsmayıllı rayonunan Herbi xidmətə çağrişçıdı Bu il iyun ayında ali tehsilini bitirdi ve iyul ayinda herbi xidmete getmek ücün tibbi hekim müayinəsinden kecdi. Lakin onda 2- ci dərəcəli skalyoz aşkar edildi. Yeniden müayinə üçün Bakı şeherinə tibbi müayinəyə gönderildi ve ona mohlet hüququ verdiler, Yenidən erize yazaraq özünün isdeyi ilə herbi xidmete getmek isdədiyini bildirdi və onu iyul ayının 9 da herbi hospitala apardılar. Lakin 2 aydan artiqdi hele heç bir melumatimiz yoxdu oğlum isə xidmət borcun yerinə yetirmək isdəyir. Xaiş edirəm yoxlanişin neticesi haqqinda bize melumat verəsiz.

Məlum olmuşdur ki, Piriyev Vüqar Nüşirəvan oğlu nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir.
Cədvəldə sətir sayı :14897