Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
kamal haciyev Soruşur Yazılma Tarixi:16.09.2015 18:03:54

Salam her vaxtiniz xeyir.men agcabedi rayonunda kamissiaydan kecmishem menim onurga sumuyumde eyriliq var.hele olanda gede bilerem esgerliye??

Məlum olmuşdur ki, Siz 2015-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Ağcabədi rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilən zaman səhhətiniz ilə əlaqədar heç bir şikayət bildirməmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və nəticədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.  
Seferov Tural Soruşur Yazılma Tarixi:16.09.2015 13:37:18

Salam men mudetden artiq xidmet etmek isteyirem lakin atestatim olmadigi ucun dediler yaramirsan herbiye nece ede bilerem mende mudetden artiq xidmet edim .

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar.
- müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla).  
Bu səbəbdən Siz yalnız yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hər­bi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Tural Soruşur Yazılma Tarixi:16.09.2015 13:17:05

Salam men Rusiyanin Sankt-Peterburg sheherinde dovlet universitetini bitirmishem .. Bitirdikden sonra Apostel vurdurmuwam diploma Rusiyada .. Azerbaycanda ise testiqletmemishem . Man herbi xidmeti 1 illik quluq edecem yoxsa 1 il 6 ay .?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.        
Eyni zamanda bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ali təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etməlidirlər.
İntiqam İsmayılov Soruşur Yazılma Tarixi:16.09.2015 12:18:55

Salam, bu sentyabr ayında yenidən çağrış olacaqmı mümkünsə məlumat verərddiz.Birde ola bilərki mənə babisqa verməsinlər ama yenədə Hərbi Xidmətə gedim?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi vəzifəlilər yaş həddi, hərbi xidmət keçməsi və hərbi uçot ixtissası nəzərə alınmaqla səfərbərliyə və ya toplanışlara çağırış vərəqələri verilməklə cəlb olunurlar. Hərbi vəzifəlilərin səfərbərliyə və ya toplanışlara cəlb olunması vaxtı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə müraciət edə bilərsiniz.
Aydin Mamedov Soruşur Yazılma Tarixi:16.09.2015 10:04:02

Hansi qanunla mene 6 ayliq mohlet vere bilerler? xahiş edirem bele bir qanun varsa meni yonlendirin

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq (3 və ya 6 ay müddətinədək) şərti ilə verilir.  
Kamran İsgandarli Soruşur Yazılma Tarixi:15.09.2015 20:35:15

Salam menim qardaşım milli orduda zabit kimi xidmet edir, men de xüsusi müracietle onun olduğu herbi hissede herbi xidmeti ede bilerem ?

Bildiririk ki, qardaşınızın hər­bi xidmət keçdiyi hərbi hissədə hər­bi xidmət keçmək istəyinizlə bağlı aidiyyəti üzrə həmin hərbi hissənin komandirinə və ya Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Ceyhun Semedli Soruşur Yazılma Tarixi:15.09.2015 18:59:48

salam men herbi xidmetimi basa vurandan sonra gizir isleye bilerem orta tehsiliyem atestatimda var xais deyerdinizde ??

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar.
- gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla).  
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hərbi xidmətinizi başa vurduqdan sonra gizir kimi hər­bi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
sahniyarova afet idris qizi Soruşur Yazılma Tarixi:15.09.2015 18:59:04

salam men herbide islemek istiyerem hara muraciet edim

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən həqiqi hər­bi xid­mə­tə qəbul üçün mü­əy­yən edil­miş tə­ləb­lə­rə cavab verən Azərbaycan Res­pub­lika­sının və­tən­daş­la­rı bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü da­xil olurlar:
- müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;
- gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar;
- zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.  
Bu səbəbdən Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, hər­bi xidmət keçmək istəyinizlə bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin Komandanlıqlarına müraciət edə bilərsiniz.
Abbasov Nahid Soruşur Yazılma Tarixi:15.09.2015 18:03:10

salam men herbiye getmek ucun?yeni on cebheye getmek ucun ne etmeliyem?

Bildiririk ki, müraciətiniz əsasında konkret araşdırma aparılması üçün atanızın adı, təvvəllüdünüz və hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinin (şöbəsinin, bölməsinin) adını bildirməyiniz vacibdir.
Mehbiyev Şahsuvar Soruşur Yazılma Tarixi:15.09.2015 16:31:09

Salam Məni Geçən İl Hərbi Xidmətə Çağırdılar Və Gəncəyə Düşmüşdüm Apardılar Orda Yoxlanışda Ürəy Döyüntülərim Normadan Çox Olduqna Görə Qaytardılar İndi 19 Yaşim Var Bilməy İsdəyirem Məni Hərbi Xidmətə Apara Biləllər Ya Hərbi Bilet Verəceylər ? Çox Xayiş Edirəm Cavablandırasız Sualımi Çox Sağolun

Bildiririk ki, müraciətiniz əsasında konkret araşdırma aparılması üçün atanızın adı, təvvəllüdünüz və hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinin (şöbəsinin, bölməsinin) adını bildirməyiniz vacibdir.
Cədvəldə sətir sayı :14897