Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zaur Quliyev Soruşur Yazılma Tarixi:13.09.2015 12:08:24

Herbi xidmete hara duwmiwem

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Türkanə Əliyeva Soruşur Yazılma Tarixi:13.09.2015 11:08:41

Mənim 22 yaşım var,qizam,hazırda 2-ci kursda qiyabi oxuyuram.Məndə könüllü olaraq hərbi xidmətdə zabit olmaq istəyirəm.Bunun üçün hara müraciət etməliyəm və hansı sənədlər lazımdır.Çox sağolun təşəkkürlər.

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur. 
Elşən Tomuyev Soruşur Yazılma Tarixi:13.09.2015 10:36:12

Salam.mən Hərbi Xidmət Keçmə Haqqında Əsasnamənin 156 E bəndinə (xidməti uyğunsuzluğa görə)Sİlahlı Qüvvələrdən ehtiyata buraxılmışam.Bilmək istiyirəm ki,bu maddə ilə mən hərbi vəzifəli sayılırammı və sentyrbrin 6-13 u 2015-ci ildə keçirilən Komanda Qərargah Hərbi Oyunları və eləcə də digər bu kimi hərbi təlimlərə cəlb oluna bilərəmmi?bu qanunvericilikle hansi qaydada tənzimlənir?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Həmin qanunun 22-ci  maddəsinə əsasən  aşağıdakı şəxslər müddətli həqiqi hərbi xidmətə və təlim toplanışlarına  çağırılmırlar:
- ictimai işlər, islah işləri və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar (bu Qanunun 22.2-ci maddəsində göstərilən vətəndaşlar istisna olmaqla);
- əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar;
- barəsində olan cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş materiallar üzrə ibtidai istintaq və ya təhqiqat aparılan, yaxud barəsində olan cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə məhkəmədə baxılan vətəndaşlar.          
- Ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar müddətli hərbi  xidmətə çağırılmırlar.
 
Siz  Silahlı Qüvvələrdən xidməti uyğunsuzluğa görə ehtiyata tərxis olunmusunuz odur ki, keçiriləcək növbəti təlimlər zamanı hərbi uçot ixtisasınız üzrə   hərbi vəzifəlilərin çağırılmasına zərurət yaranarsa təlimlərə cəlb oluna bilərsiniz.
dursun mavludov Soruşur Yazılma Tarixi:13.09.2015 01:48:17

salam.herbi xidmetde siradan kenar esgerlik deye bir sey varmi

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən tibbi müayinə edilirlər. Eyni zamanda bildiririk ki, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası çağırışçı barəsində “sıradankənar həqiqi hərbi xidmətə yararlı” qərarı qəbul edə bilər.  
FUAD RZAYEV Soruşur Yazılma Tarixi:13.09.2015 00:34:49

salam men ehtiyyetda olan zabitem herbi rutbem leytinantdir men rutbemi nece artira bilerem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar. Bu Qanunun 47-ci maddəsinə əsasən, toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyənləşdirilmiş qaydada polkovnik (1-ci dərəcəli kapitan) daxil olmaqla növbəti hərbi rütbələr verilir.
ceyhun agayev Soruşur Yazılma Tarixi:13.09.2015 00:06:18

men ehtiyatda olan zabitem ve 2013 cu ilde mudddetim bawa catdigina gore ehtiyata buraxilmiwam. Tezden Milli ordu siralarina qayitmaq ucun ne etmeliyem ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Xeyal Quliyev Soruşur Yazılma Tarixi:12.09.2015 23:30:45

Menim pavisqam gelib.Ancaq hara dusduyumu bilmirem

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Sənan Soruşur Yazılma Tarixi:12.09.2015 21:46:00

Mənə 13b maddəsinə əsasən 3 il möhlət verilib. Könüllü surətdə hərbi xidmətə qəbul oluna bilərəm?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Mirəli Qasimov Soruşur Yazılma Tarixi:12.09.2015 21:02:15

Salam 2013 ci il iyul ayında herbi kamisyadan keçmek üçün çağrlmışam və menim ayağımın eyri oldugu ve xaya nahiyesinde 3 derece varikosel olduğu deyilib .sonra eve gonderilmişem üstunden bir mudet keçenden sora yene gedmişem ve xesde xanada emelyat olmagumcun gonderiş verilib ne etmeliyem bilmirem indi ise 20 yaşım var

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Resad Eliyev Soruşur Yazılma Tarixi:12.09.2015 18:33:20

Salam. qardasim 17 yasindadir erize yazaraq konullu herbi xidmete gede bilermi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Cədvəldə sətir sayı :14897