Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ehmedov Ebilfez Soruşur Yazılma Tarixi:11.09.2015 00:15:07

Salam,seferberlik,zamani xarici dovlete cixis mehdudyeti qoyulubmu.

Ölkəmizdə səfərbərlik elan olunmayıb, lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyevin təsdiq etdiyi plana əsasən 06-13 sentyabr 2015-ci il tarixlərində Silahlı Qüvvələrdə təlimlər  keçirilir. Odur ki, vətəndaşların xarici ölkələrə səfər etmələrinə heç bir məhdudiyyət qoyulmayıb .
Sovqı Elıyev Soruşur Yazılma Tarixi:10.09.2015 23:35:05

Salam men 4 ıldır kı herbı xıdmete getmey ısteyırem ancaq aparmırlar deyırler yararsızsan bes nece olur gozu heddınden zeyıf goren ayagının altı duz olan yararlı olur ancaq men yox bu ne dercede duzgundur men bunun la razı deyılem ve sızden komek ısteyırem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Aygul Zeynalova Soruşur Yazılma Tarixi:10.09.2015 23:18:56

men herbi xidmete konullu getmek isteyirem.men nece qeydiyyatdan kecmeliyem.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
pərvin Soruşur Yazılma Tarixi:10.09.2015 23:15:30

salam menim adim əliyevpərvindi 07-06-1989 cu ilde anadan olmuüam 2007 iyul ayinin 2 hərbi komsarliqdan konullu herbi xidmete gedmiüem en sayli herbi hisede qulluq etmiüem 2009 yanvar ayinin 3 texris olmuüam indide seferbeylik verildiyi ucun iteyiremki konullu herbi xidmete aparsinlar men indi hara ve nece muraciyet ede bilerem xaiü cvb deyin inüallah ki azerbaycanimizi qorumaq ucun canimizdan kecmeye hazir olmaliyiq gedmem ucun mene komek olsaydiniz yaxüi olardi saqlamliqim hamisi yerindedi üukurle olsun allaha agdas rayonu leki qesebesinde metleb mustafayev ev 2 menzil 2. hal hazirda baki sekeri ehmedli qesebesinde yasayiram neapol 23 blok 5 menzil 84

Sizdə olan yüksək hərbi vətənpərvərlik hissini qiymətləndirir, eyni zamanda məlumat veririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Silahlı Qüvvələrdə keçiriləcək növbəti təlimlər zamanı hərbi uçot ixtisasınız üzrə  hərbi vəzifəlilərin çağırılmasına zərurət yaranarsa, Siz də təlimlərə cəlb oluna bilərsiniz.  
Afyeddin emirov Soruşur Yazılma Tarixi:10.09.2015 22:59:26

men konullu herbi xitmete getmek isteyirem ama evin tek ogluyam bilmek isteyiremki evin tek oglu olmaqin buna tesiri var ya yox

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Eyni zamanda bildiririk ki, mövcud qanunvericilikdə ailənin tək övladı olan çağırışçılara hər hansı güzəşt nəzərdə tutulmamışdır və onlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Emil Hesenzade Soruşur Yazılma Tarixi:10.09.2015 22:42:14

Salam, Men Lenkeran rayon sakiniyem hal hazirda Absheron,Xirdalan sheherinde yasiyiram. 2012 ci ilde herbi xidmetimi bitirmishem. Bu ay kecirilen telimlerde konullu istirak etmek istiyirem. Bunun ucun Xirdalan sheherindeki herbi komisarliga muraciet ede bileremmi? Yasadigim unvanda.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər.      Silahlı Qüvvələrdə keçiriləcək növbəti təlimlər zamanı hərbi uçot ixtisasınız üzrə  hərbi vəzifəlilərin çağırılmasına zərurət yaranarsa, Siz də  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğunuz rayon idarəsi (şöbəsi, bölməsi ) tərəfindən təlimlərə cəlb oluna bilərsiniz.
Cicek Mirzeyeva Soruşur Yazılma Tarixi:10.09.2015 21:33:21

salam.men bilmek isterdimki herbi seferberlik ve herbi xidmete xanimlarda qeyd ola bilermi.Cunki men konulluolaraq qeyd olmaq isteyirdim.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Efrayil Poladov Soruşur Yazılma Tarixi:10.09.2015 20:09:03

salam.men,okyabrda,esgere,cagırısdı,ama,Turkıye,unıversıtesınden,arayıs,getırıb,vaynkomata,tegdım,eledım,unıversıteyı,oxuduguma,daır,.menım.tam.huququm.var.mohlet.almage,vaynkomat,mohlet,huququ,vermır,meseleyı,uzadır.15sentyabr,dersler,baslayır,ve,men,orada,olmalıyam.xaıedırem,meseleme,baxasız,

Sualınızın cavablandırılması üçün atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına göndərməyiniz tövsiyə olunur.
hesenli adil Soruşur Yazılma Tarixi:10.09.2015 19:26:56

Salam axshaminiz xeyir men gergin sebeblere gore yoxlamaya gede bilmemishem yayinmamisham yayinmaramda teki veten sag olsun Men ne etmeliyem

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər. Nəzərinizə çatdırırıq ki, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə gəlməyən vətəndaşlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyırlar.
Zaman Məmmədov Soruşur Yazılma Tarixi:10.09.2015 19:03:15

Salam.Mən həqiqi hərbi xidmətdə 2008- 2010-cu illər ərzində olmuşam.Buna baxmayaraq meni yenide herbi xidmətə cagiracaqlar?1990-ci il oktyabrin 9-da Masallı rayonu Hacıtəpə kəndində anadan olmuşam.HƏR ZAMAN VƏTƏNİM AZƏRBAYCANİ QORUMAGA HAZIRAM.Mən vətənimi cox sevirəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci və 45.3-cü maddələrinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə səfərbərlik hazırlığının yoxlanılması məqsədilə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər.  
Cədvəldə sətir sayı :14891