Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nicat Yusubov Soruşur Yazılma Tarixi:12.09.2015 04:28:08

Salam 2 ildir hərbi biletim verilmir. Buna görə nə xarici pasport ala bilirəm, nə də ki öz ixtisasıma uyğun iş tapa bilmirəm. Bir dəfə sizə şikayət etdim, çağırdılar ki, yanvarda göndərəcəyik gedəcəksən və sənə bilet veriləcək. fevral ayında göndərildim. Ancaq üstündən 7 ay keçib hələ də qospitaldan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Suraxanı Rayon Dövlət İdarəsinə şəxsi işim göndərilməyib

Məlum olmuşdur ki, Siz, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsi tərəfindən hərbi qeydiyyat sənədləri ilə təmin edilmisiniz.
Ramal memmedov Soruşur Yazılma Tarixi:12.09.2015 02:48:44

men aileliyem 4 usaqim var.seferberlik olsa muharibe olsa meni aparacaqlar?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu qanunun 46-cı toplanışdan azadetmə əsas verən maddəsinin 46.1.3. bəndində “müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət və azadetmə hüququ verən əsasları olanlar” qeyd olub. Movcud qanunvericilikdə 3 uşağın olan vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malikdir. Səfərbərlik zamanı bu hal əlavə qanunvericilik aktlarıyla nizamlana bilər. 
Baxşəliyev Bəylər Soruşur Yazılma Tarixi:12.09.2015 02:05:02

Salam. Sizə sualım ondan ibarətdir ki mən ordu sıralarından vaxtından əvvəl 15 gün qalmış təxris olunmuşam. İndi mən hərbi xidmətə çağırışdan möhlət hüququ alan sayılıram yaxud hərbi xidmətə çağırışdan azad edilən yaxudda heç biri? xahiş edirəm cavab verin mənim üçün çox önəmlidi.

Sualınızın cavablandırılması üçün atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına göndərməyiniz tövsiyə olunur.
Amil Soruşur Yazılma Tarixi:12.09.2015 01:24:09

Men 50 azn cermelenmiwem

Sizin müraciətinizdə cərimə olmağınızın səbəbi göstərilmədiyindən və sual tamam olmadığından onu cavablandırmaq mümkün deyil.
Murad Memmedov Soruşur Yazılma Tarixi:12.09.2015 00:49:19

salam menim 16 yasim var meni esger apralar .ozum snayperci olmaq isdiyirem allahaqi .mene indi bu deqiqe deseler ki apaririq allahaqi gederem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Kamil Aslanli Soruşur Yazılma Tarixi:12.09.2015 00:38:28

Men oktyabr piriziviyem hara dusduyumu bilmek isderem.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür. Eyni zamanda bildiririk ki, 2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Farid hasanzade Soruşur Yazılma Tarixi:11.09.2015 22:52:27

Salam..qizlarin seferberliye gede bilmek xeberi ne derece dogrudur ve bunun ucun hara ve nece muraciet etmelidirler

Azərbaycan Respublikasında qadınların səfərbərlik və ya hərbi təlim toplanışlarına çağırılması qanunvericilikdə nəzərdə tutulmayıb.
Qehremanov Murad Soruşur Yazılma Tarixi:11.09.2015 21:43:59

Salam.Men 1995 ci ilin Noyabr 26si Seki seherinde anadan olmusam, kolec qutarmisam,Qeydiyatim Bakidir,Oktyabrn 1 hərbi xidmətə cağırış vərəqəsi verilib.Sizdən xayiş edirəmki atam 1 ci qrup elil anam isə 2ci qurup əlildir, Men əskərlil xitmətini nece kilo metir uzaxa duşə bilərəm və hara?

Sualınızın cavablandırılması üçün atanızın adını və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına göndərməyiniz tövsiyə olunur.  
Rashad Eyyubov Soruşur Yazılma Tarixi:11.09.2015 19:58:16

Salam men bu cagirisa konullu gele bileremmi? men 2 qrup elilem.herbide olmamisam.xahis edirem melumat vererdiniz.dogum tarixim 23.01.1984

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.
Odur ki, mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.

CAVID ALIYEV Soruşur Yazılma Tarixi:11.09.2015 19:10:27

HERBIYE ERIZE YAZIB VALIDEYINLERIMIN RAZILIGI ILE TEZ GETMEY ISTEYREM 16 YASIM VAR INDI

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Cədvəldə sətir sayı :14897