Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Aqsin Meherremov Soruşur Yazılma Tarixi:10.09.2015 16:56:46

Salam, meni 16yasinda vayenkomata cagirdilar, men getdim ve kecdim oradan.1hefde sonra getdim vesiqe verdiler ve orada yazilmisdir ki, (13d) madde ile mualiceye ehdiyaci var. Men bilmek isdeyiremki 13d madde ne xesdeliyidi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “d” bəndinə “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: zəif qidalanma, II dərəcəli alimentar piylənmə” aiddir.
terane memmedova Soruşur Yazılma Tarixi:10.09.2015 16:37:48

salam...Bilmek isteyirem e.o. qadin herbi qulluqcular herbi telimlerden kece biler? Cunki son zamanlar e.o kisi herbi qulluqcularin herbi telimlere cagrilmasini oxuyuram...bes e.o qadinlar cagrilmayacaq telime?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Həmin qanunu 46.1.4  maddəsinə əsasən  qadın hərbi vəzifəlilər hərbi təlim toplanışlarından azad edilirlər. 
Sadiq Seferzade Soruşur Yazılma Tarixi:10.09.2015 16:27:02

Menim 15 yasim var mende seferberlikde istirak etmek isteyirem.

Sizdə olan yüksək hərbi vətənpərvərlik hissini qiymətləndirir, eyni zamanda məlumat veririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə xidmət keçdikdən sonra  hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Odur ki, Silahlı Qüvvələrdə xidmət keçdikdən sonra  Siz də təlimlərə cəlb oluna bilərsiniz.
Əliyev Amid Soruşur Yazılma Tarixi:10.09.2015 16:08:46

Salam. 32 yaşım var. Hərbi xidməti milli orduda əsgər kimi başa vurmuşam. Ali təhsilliyəm, xarici dil biliyim və idman bacarıqlarım var. Bilmək istərdim ki, xüsusi təyyinatlı qoşun birləşmələrində könüllü fəaliyət göstərə bilərəm ya yox. Bilərəmsə hara müraciət etməliyəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Gunel Aliyeva Soruşur Yazılma Tarixi:10.09.2015 14:56:18

Mən könüllü olaraq əsgər getmək istəyirəm.hara muraciət edə bilərəm?və necə illik getmək olur?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Mirzeyev Adil Soruşur Yazılma Tarixi:10.09.2015 14:48:25

Salam . Telimlerler bagli muraciet etmek isteyirdim . Men yasamal rayonu qeydiyyatindayam ve meni bu telimlerde ishtirak etmeye cagirmadilar . Men bilmek isteyiremki men konullu yazila bilerem bu ilki telimlere ? cox sagolun

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. 06-13 sentyabr 2015-ci ildə Silahlı Qüvvələrdə keçirilən təlimlərə qeydiyyatda olan hərbi vəzifəlilərin bir qismi cəlb edilmişdir. Növbəti təlimlər zamanı hərbi uçot ixtisasınız üzrə  hərbi vəzifəlilərin çağırılmasına zərurət yaranarsa, Siz də  təlimlərə cəlb oluna bilərsiniz.  
Elsen Sadixov Soruşur Yazılma Tarixi:10.09.2015 14:47:32

Salam baqisdayin nararahat etdiyim ucun zehmet olmasa cavab vererdiz seferberlik nece yasdan nece yasa qederdi ? Onceden tesekkur edirem

Hərbi vəzifəlilər 50 yaşları tamam olana qədər hərbi qeydiyyatda olurlar və bu müddət ərzində ölkədə səfərbərlik elan olunarsa onlar çağırıla bilərlər.
qocayev senan Soruşur Yazılma Tarixi:10.09.2015 14:45:50

salam,menim qardasim Qocali Abdurehman Mahir oqlu 19.09.1997 teveludlu,Yevlax R.H.K nan esgerliye yararsiz oldugu halda aparmaglarindan sikayetciyem.onu ilk yoxlamasinda yararsiz qebul etmisdiler,indi ise ona cagrilis gelmisdir. onun onurgasinda eyrilik.bir az qoz bel olmasi ve burda yaza bilmediyim prablemleri vardir.xais edirem bu meseleni aydinlasdirasiniz..

Məlum olmuşdur ki, 1997-ci il təvəllüdlü Qocalı Abdurəhman Mahir oğlu 2015-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Yevlax rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilən zaman səhhəti ilə əlaqədar heç bir şikayət bildirməmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və nəticədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmişdir.
Suleyman Memmedov Soruşur Yazılma Tarixi:10.09.2015 14:45:29

Salam.Men 2012-2014-cu iler erzinde N-sayli herbi hissede Nikadr Zabit islemisem ve 2014 - cu ilin aprel ayinda ehtiyata buraxilmisam.Bilmek isdeyiremki, men yeniden hemen herbi hisseye qayidib 3 ve ya 5 muddeti ile muqavile baglayib isleye bilerem konullu? Olarsa, nece etmeliyem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Haciyeva Gunay Soruşur Yazılma Tarixi:10.09.2015 11:58:01

Ise qebul elaqedar elektron erizeni doldurdum erizenin tesdiqi haqqda ne zaman melumatlana bilerem

Özünüz barədə məlumat vermədiyinizə görə sualınızın cavablandırılması mümkün olmamışdır.
Cədvəldə sətir sayı :14897