Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Metleb Mustafayev Soruşur Yazılma Tarixi:20.09.2015 21:51:12

Salam,men 1998 ci ilde Quba rayon Velvele kendinde anadan olmusam .ve xesteyem emeliyyat olmusam 2010 ci ilde.pensiya aliram..menim esgerliye gedmeme icae var yeni esgerliye aparacaqlar?herbi vesiqede(prapisnoyda)yararli yaziblar....o nece olur?

Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Pasayev kamil Soruşur Yazılma Tarixi:20.09.2015 20:00:51

Pasayev kamil malik oglu zehmet olmasa hara dusduyumu deyerdiz

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Elvin Musayev Soruşur Yazılma Tarixi:20.09.2015 08:06:40

Mənim ayağimda 2 ci dərəcəli yastipəncəlilik qeyde alınıb, ancaq bu xidmətə yararli hesab olunur. Bilmək istərdim ki, bu mənim hər hansı qoşun növündə (DQ,MTN,DSX,FHN,MN) xidmətimə hərhansı bir şəkildə maneə yarada bilər?

Xüsusi qoşun növlərinə həqiqi hərbi xidmətə çağırış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (3 nömrəli) “a” bölməsinin tələblərinə uyğun olaraq aparılır.
Emin Eliyev Soruşur Yazılma Tarixi:20.09.2015 01:53:50

Salam.men nikadr kimi xidmet etmek isteyirem.xahiş edirem bu haqqda tam melumat verin

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Agalar Bayramov Soruşur Yazılma Tarixi:20.09.2015 01:35:56

hara dusmusem bilmey olar

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Vuqar Ferecli Soruşur Yazılma Tarixi:19.09.2015 20:52:47

Salam mene 2015 oktyabrda herbi xidmet haqda paveska veribler.bilmey olar hara dusmusem?

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
quliyev ferhad adil oģlu Soruşur Yazılma Tarixi:19.09.2015 14:38:30

20.08.1997 il dogumlu hansi herbi hisseye duwub

2015-ci ilin oktyabr çağırışına cəlb edilən çağırışçıların bölgüsü sentyabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.09.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə bilərlər. 
Vasif Rasimzade Soruşur Yazılma Tarixi:19.09.2015 13:42:11

salam men 2013 ilin iyul ayinda esger getmeli idim amma yararsiz hesab olundum ve meni komisalara gonderdiler ustunden 2 ilden artiq kecmeyine baxmayaraq hele herbi bilet ala bilmemisem ki xarici pasport alim .Bu ne derecede qanunidi ? Ve mene mohlet haqqinda arais lazimdi onu mene niye vermiller ?

Bildiririk ki, müraciətinizdə atanızın adı, təvəllüdünüz, hərbi qeydiyyatda olduğunuz yer, çağırışçı və ya hərbi vəzifəli olmağınız barədə məlumat qeyd etmədiyiniz üçün müraciətinizin qanunamüvafiq qaydada araşdırılması mümkün deyil.  
Emil Bayramov Soruşur Yazılma Tarixi:19.09.2015 11:46:01

salam men aqir emeliyat kecirmiwem ama hekimlerden saqlam cixdim 30 tikiw var qarnimda esqeriye qedenen sora bir nece qunen sora dala qaytarmacaqlarki

Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşların 3 ay müddətinədək müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır.
Hüseynli Əjdər Soruşur Yazılma Tarixi:19.09.2015 10:02:48

Salam menim 19 yaşım var.Mən hepatit B daşıyıcısıyam.Meni əsgər aparacaqlar.Getmək istiyirəm.Xahiş edirəm cavablandırın.

B virus hepatiti səthi antigeninin aşkar edilməsi, qaraciyərin gizli keçən xroniki xəstəliyinin istisna edilməsi məqsədi ilə müayinə aparılması üçün əsasdır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897