Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elçin Qasımov Soruşur Yazılma Tarixi:23.09.2015 15:13:20

Salam ağ bilet almaq üçün hansı sənədlər lazimdlr ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:  
1.doğum haqqında  şəhadətnamənin surəti
2.ailə tərkibi haqqında arayış
3.təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün)
4.təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış
5.tərcümeyi-hal
6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil  
Əlavə olaraq bildiririk ki, həmin Qanunun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.  
tural dadasov Soruşur Yazılma Tarixi:23.09.2015 13:36:09

salam cagiris vereqesinde ozunuzle pasport ve qeydiyyat vesiqesini goturun yazib bu ne demekdir

Bildiririk ki, “Azərbaycan Respublikasında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili və aparılması qaydaları haqqında müvəqqəti Təlimat”ın tələblərinə uyğun olaraq hərbi xidmətə göndərilən çağırışçılar şəxsiyyət vəsiqələri və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrini qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrinə təqdim etməlidirlər.
Rəsul Cümşüdli Soruşur Yazılma Tarixi:23.09.2015 12:38:53

salam men oktyabr prizvnyem . gozum zeifdi bilek istyrdim aparacaglar meni ya yox? ozum getmey isteyrem . 6-7 minus arasidi zeifliyşşş oyrenmey isteyrem apararlar,?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Gunel Xəlilova Soruşur Yazılma Tarixi:23.09.2015 11:57:46

Mən mingəcevir səhərində oluram, cox isdiyirəm hərbidə isdiyim. Ota məktəbi yari azərbaycanda, yari rasiyada oxumusam, ancax səadədnamə, nədə atistat ala bilməmisəm, rasiyadan sənəd gətirmisəm 11-ci sinifə qədər oxumaximla baxli.Sizdən xais edirəm mənə deyin məni hərbiyə goturərlər yoxsa yox.Kamputer kursunu bitirmisəm .

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  
Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
 
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Tural Seyidzadə Soruşur Yazılma Tarixi:23.09.2015 03:53:32

Salam, men Ukraynada eyani tehsil alib bitirmisem, ancag oxudugum universitet ozel olub ve voennaya kafedra yoxdu. men esgerliye bu ilin oktyabr ayinda gedecem. oyrenmey istiyirem ki, ali tehsilli olarag, orda leytenanlig kursuna gede bilerem?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
sehrizar musayev Soruşur Yazılma Tarixi:23.09.2015 02:59:36

salam men herbi xitmete getmeliyem menim bawima oyun acdillar meni xeste kimi qeleme verdiler ve vayeni blet verdiler mene ve men sizden sorusmag isteyiremki men saglamam ve herbi xidmete haziram men saglamligim haqda aryis versem heri xidmete gede bileremi

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Huseyn Cəfərov Soruşur Yazılma Tarixi:23.09.2015 00:41:45

Salam zəhmət olmasa sualıma aydın şəkildə cavab verəsiniz... Mən dağıstanda Humanitar akademiyanı 2015ci ildə bitirmişəm. Hərbi komissarlığa çağırdılar həkimler yoxladı hər iki qulaq pərdəm zedelidi( pərdənin ortası desik) cırk var müalicə yazdılar ama məndə heç bir ağrı hiss etmirəm heç bir şikayətim yoxdur. Hərbi qosbital da yoxladı. mənə 6ay möhlət verdilər. yanvar ayında birdə hərbi komissarlıq çağıracaq yoxlamaq üçün. mən hal hazırda müalicə aparıram cırk təmizlənməsi üçün. yanvar ayında hərbi xidmətə gedə bilərəm? gedib getməməyimi kim qərar verəcək? bu elədə ciddi problemdi? Məndə hər bir Azerbaycan Respublikasının vətəndaşı kimi hərbi xidmətdə olmaq istiyirəm bu mənim haqqımda...

Çağırışçıların qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 40-cı maddəsinin I qrafasının tələblərinə əsasən hər qulağda eşitmənin zəifləməsindən və funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
adil nuriyev Soruşur Yazılma Tarixi:23.09.2015 00:34:03

Salam men psoriaz xestesiyem mektebi bitirmiwem ve oktyabir piriziviyev tibbi muayineden kecmisem ve saglamlig aktini herbi kamissyaya vermiwen indi sualim onda ibaret idiki. Men may ayinda ali tehsil sevviyesinde imtahana buragilacam?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.        
Eyni zamanda bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sizə yalnız ailə və ya sağlamlıq vəziyyətinizə görə çağırışdan möhlət verilə bilər. 
Eli Elizade Soruşur Yazılma Tarixi:22.09.2015 23:28:58

Salam Snayper kusru ile bağlı sualım var kurs neçe aydır ve pulludurmu 16yaşım var Ve hardadır?

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən qeyd etdiyiniz ixtisas üzrə hazırlıq kurslarına yalnız növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar cəlb edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçı olmayan vətəndaşlar üçün snayper ixtisası üzrə ödənişli hazırlıq kursları təşkil edilmir. 
zaur abasov Soruşur Yazılma Tarixi:22.09.2015 22:35:53

salam.size bildirmek isteyiemki men herbi xidmetimi milli orduda olmusam.Indi ise herbi xidmete Herbi Deniz Quvvelerine qebul ola bileremmi?Bilmek isteyiremki HDQ ne ancaq orda xidmet edenleri goturuller yoxsa bu vacib deyil?Milli orduda kicik gizir rutbesi varmi?Texnikom tehsilli olan birbasa kicik gizir kimi ise qebul ola biler? bununcun ne etmek lazimdi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və ya HDQ-nin komandanlığına müraciət etməlisiniz. Əlavə olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 30.2-ci maddələrinə əsasən, hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq kiçik gizir, gizir, baş gizir (Ümumqoşun) və kiçik miçman, miçman, baş miçman (Hərbi Dəniz Qüvvələri) hərbi rütbələri verilir.
Cədvəldə sətir sayı :14897