Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Osmanov nurlan Soruşur Yazılma Tarixi:28.09.2015 08:25:43

Salam men kolec qutarmiwam.ixtsasim bank iscisdi.mem herbide leytinant oxuya bilerem.ve zabit ola bilerem ??

Bildiririk ki, mövcud qanunvericilikdə ali təhsil müəssisəsini bitirmiş çağırışçıların ehtiyat zabit hazırlığı kursuna cəlb edilməsi nəzərdə tutulmuşdur.
Qedirli ismixan Soruşur Yazılma Tarixi:28.09.2015 00:06:31

Salam men qedirli ismixan valeh oglu 24 yawim var.ali tehsilliyem .heqiqi herbi xidmetde de olmuwam.bilmek isteyirem ki men ali tehsilimle zabit kimi xidmet ede bilerem?birde bunum ucun hara muraciet etsem daha yaxwi olar?tewwekurler

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Bu Qanunun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə –  hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.  
mahmudova lale Soruşur Yazılma Tarixi:27.09.2015 23:45:19

Menim 70 yashim var nevemi men boyudmushem indi herbidedi serhet zonasinda qulluq eleyir ne bacisi nede qardashi var. Men bilmek isteyirem onu on cepheye aparmaq olar?eyer olar bu hansi maddeye esasdi.

Bildiririk ki, çağırışçılar həqiqi hərbi xidmət keçmək üçün təyin edildikləri qoşun növlərində əks ərazi prinsipi nəzərə alınmaqla  hərbi hissələrə təyin olunurlar. Eyni zamanda bildiririk ki, nəvənizin hazırki ailə vəziyyəti ilə əlaqədar ona mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb. 
Nermin Babayeva Soruşur Yazılma Tarixi:27.09.2015 22:33:50

Salam,bilmek olar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətine helede qadinlar iwe qebul olunurmu?Cunki mart ayinda elan verilmisdi xarici dil bilen ali tehsili qizlar yiqilirdi.

Xidmətin elektron ünvanına daxil olan müraciətinizlə bağlı bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
Qabil Memmedov Soruşur Yazılma Tarixi:27.09.2015 22:30:13

Salam menen boyuk qardaslarim oktyabirda herbi xidmete yolanirlar bir illik men ise 2016 iyulun gedmeliyem qardaslarim gelmemis men bir otpravka qala bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı mövcud qanunvericilikdə çağırışçılara hər hansı güzəştin şamil edilməsi nəzərdə tutulmamışdır.
Kənan Cəfərov Soruşur Yazılma Tarixi:27.09.2015 18:44:20

Salam men yeniden herbi xidmete qyitmaq isteyirem.Xahiş edirəm köməklik göstərərdiz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.  
azad nureddinov Soruşur Yazılma Tarixi:27.09.2015 17:40:45

Salam mən 2015-ci ilin oktyabr çağırışçısıyam.yerli vayonkomatda həkimlərdən keçərçən məndə varikosel olduğundan Bakı M.C.Cavadzadə adına uroloji klinikaya göndərdilər..klinikada mənə 2-ci dərəcə varikosel diaqnozu qoyuldu.Mən əsgər gedəcəm?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 45-ci maddəsinin “ç” bəndinin I qrafasının tələblərinə əsasən II-ci dərəcəli varikosele hərbi xidmətkeçməyə mane olmur.  
nicat eyvazov Soruşur Yazılma Tarixi:27.09.2015 16:59:24

Salam mene 13 oktyabra çağırış verilib , yanvar ayna qalmağ ehtimalı var yoxsa 23-ü deqiq gedirem ?

Bildiririk ki, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi tərəfindən sizə göndərilən çağırış vərəqəsində göstərilən tarixdə orda olmalısınız. 
Əliyev Zeyqan Soruşur Yazılma Tarixi:27.09.2015 15:57:31

Mən oktyabr ayının 2 də həqiqi hərbi xidmətə gedirəm və onu bilmək istəyirəm ki sol qolumda bəzi kəsik yerlər var .Məni bu halım ilə DİN DQ hərbi qosun novünə düsmək ehtimalım var mı,

Xüsusi Qoşun növlərində müddətli həqiqi hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınaraq, bədənlərinin müxtəlif nahiyyələrində yanıq ləkələri və ya kəsikləri olan çağırışçılar “mənəvi-psixoloji durumun” müəyyən edilməsi məqsədi ilə Psixiatriya Xəstəxanalarında stasionar şəraitdə müayinəyə cəlb edilirlər. Həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin arasında komplektləşdirilməsi planlı şəkildə və xüsusi kompyuter proqramı vasitəsi ilə bölünür.
Həsənov Cavid Soruşur Yazılma Tarixi:27.09.2015 15:27:17

Salam. Mən Həsənov Cavid 7 ildiki herbi xidmete revmatizmayla bagli yararsiz idim. Hal-hazirda müayineden kecmişem herbi xidmete yararli olduğum bildirilib. Sağlamlix haqda Herbi Komissiyadan keçmişem və tam sağlam olduğum testiqlenib 2015-cil il İyul optpravkasinda. Bele bir halda məni saxlatmalidirlar hansi bir müddət yoxsa hərbiyə göndərməlidirlər?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14891