Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ibrahimov Orxan Soruşur Yazılma Tarixi:22.09.2015 16:09:00

2 dereceli diş xesteliyi nedi ve bele şexsler herbe yararlıdırmı

N.İ.Aqapova görə, 60 faizdən az çeynəmə səmərəliliyi ilə II dərəcəli dişləm anomaliyası (dişləmin 5 mm-dən 10 mm-ə qədər aralanması) və ya dişləmin 10 mm-dən artıq aralanması ilə (çeynəmənin səmərəliliyi nəzərə alınmadan) II dərəcli dişləm anomaliyası olduqda çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 56-cı maddəsinin “b” bəndinin I qrafasının tələblərinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.  
Azər Ələskərov Soruşur Yazılma Tarixi:22.09.2015 14:25:07

Salam mənm. Gözlərim Xəsdədi bütün həkimlərdə təsdiqləyir. Deyrlərki əsgərliyə yararsizdi gözlərin Vaynkamatda təsdiq edir mənim niqodnu ilmağimi amma deyirlər səni xidmətə göndərəcik. Xaiş kömək edin mənə

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Əhməd Rəsulzadə Soruşur Yazılma Tarixi:22.09.2015 12:15:34

Salam.mən skalioz xəstəliynin 2 ci dərəcəsi ilə iyulda gedə bilmədim sonradan yoxlanış oldu skalioz 1 ci dərəcə olduğu deyildi və sonradan dedilərki ağciyərin sağ.seqmetində fibroz ocaqlı dəyişiklik var ama həkimlər bunun əsgərliyə qarşacağı yox dedilər yani olmuş keçmiş yüngül xəstəlik olduğnu dedilər.və oktyabr ayına az qalıb ama Hələdə mənə nə çağrış nədə yoxlanış üçün zəng gəlmib.bunun nə demək olduğnu deyə bilərsiz.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Mirzəyeva Xuraman Soruşur Yazılma Tarixi:22.09.2015 11:57:53

salam.belə bir qanun var, ki ailede tek övladısa onu müharibə bölgəsinə göndərmirlər? xahiş edirəm cavablandərasız. öncədən təşəkkür

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür və çağırışçıların gələcəkdə hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir. Eyni zamanda bildiririk ki, mövcud qanunvericilikdə ailənin tək övladı olan çağırışçılara hər hansı güzəştin şamil edilməsi nəzərdə tutulmamışdır.
fuad qafarov Soruşur Yazılma Tarixi:22.09.2015 11:19:00

salam men herbiye nece gede bilerem 2000 ci ilde olmusam

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə yazılmadığı üçün cavablandırılması mümkün deyil.
Ramiz Seydayev Soruşur Yazılma Tarixi:22.09.2015 10:08:51

salam sizden bir sey sorusmaq isteyirem olkeden kenar tehsil haqda sorusmaq isteyirem oktaybirin 3.herbi caqiris gelib ama bilmirem ki.esger aparacaqlarmi meni sualima cavab yazardiz xais

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir. Eyni zamanda bildiririk ki, əgər siz xarici ölkədə fəaliyyət göstərən ali təhsil müəssisəsinə qəbul olunmusunuzsa, sizin həmin ali təhsil müəssisəsindən arayış alaraq (arayışda ali təhsil müəssisəsinə daxil olduğunuz və bitirəcəyiniz tarix dəqiq göstərilməlidir) qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyiniz tövsiyə olunur.                  
Nəzərinizə çatdırırıq ki, sizə göndərilən çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsində olmalısınız. 
Yusif Babazada Soruşur Yazılma Tarixi:22.09.2015 03:04:43

Salam aleykum. Men 5 il evvel herbi komisarliqda muayine olunmuwam, gozlerimin her ikisinde uzaq gorme zeifliyi oldugu melum olub, mene mualice yazdilar ve sonra herbi xidmete yararli kimi yazdilar, indi universitetde oxuyuram ve gozlerimdeki zeiflik dahada artib eyneksiz uzagi gore bilmirem, bilmek isteyirem men yeniden muayine olunan zaman yani universiteti bitirdikden sonra herbi xidmete yararli olacam yoxsa yox? Elava olaraq bildirimki men iki il evvel Serhed qowunlarinin qospitalindta gozlerimi yoxlatdirmiwam, ve orda mene deyildiki eynekden istifade etmeyim mecburidi, gozlerimdeki zeiflik ise kecici deyil

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır.
Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Baxşəliyev Bəylər Soruşur Yazılma Tarixi:22.09.2015 00:16:33

salam mən 2011-ci ilin iyul ayında ali təhsilli kimi hərbi xidmətdə yollanmışam. Xidmətim 2012-ci ilin iyul ayında bitməli idi.Lakin xidmətimin bitməyinə 14 gün qalmış ağ ciyərin vərəmi diaqnozu ilə Ələt qəsəbəəsindəki hərbi hospitala yerləşdirildim. Tam müalicə olunduqdan sonra 31.08.2012-ci il tarixində xəstəliklər cədvəlinin 2-ci qrafasının 2b bəndinə əsasən sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı hesab edilərək ordu sıralarından təxris olundum.Sualım ondan ibarətdir ki mən yenidən tibbi müayinədən keçsəm sağlamlığım təsdiq olunsa hərbi biletimdə müvafiq qeydlər aparılacaq?

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu”nda “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”dır qərarı ilə vaxtından əvvəl həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq vətəndaşların təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür. Bununla belə, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi xidmətə münasibətinə dair bütün məlumat və dəyişikliklər hərbi biletin xüsusi qeydlər bölməsində öz əksini tapmalıdır.
ulvin Soruşur Yazılma Tarixi:21.09.2015 23:00:21

Salam.siradan kənar yaralı nə deməkdir?Yararsızlar burada xidmət keçə bilər.

Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər. 
Murad Mehdiyev Soruşur Yazılma Tarixi:21.09.2015 21:59:33

salam herbiye gederken leytinant kimi getmek ucun ne qeder muddetlik kurs kecirilir ve leytinant kimi xidmet muddeti ne qederdi?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Cədvəldə sətir sayı :14804