Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ceyhun gerayli Soruşur Yazılma Tarixi:02.10.2015 01:07:47

menim 18yasim olub ama eager çagirmirlar neden heç bir xestelikde yoxdu

Sizin təcili olaraq qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Senan ceferov Soruşur Yazılma Tarixi:01.10.2015 23:33:37

Salam menim sentybrin 13 u ad gunum oldu 18 tamam oldu niye uje bugun 2 oktybr di ama hele cagiris gelmiyib niye ?

Sizin təcili olaraq qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Safarov Yalcin Soruşur Yazılma Tarixi:01.10.2015 23:24:43

Salam Aleykum.Bagiwlayin men Muddetden Artik Herbi Xidmetci Kimi Azerbaycan Silahli Quvvelerinde Chalismaq isderdim.Hara Muraciet edim?...Birde Men Kurs Kecenen sonra Ozleri Meni Herbi Hisseye Xidmet etmekcun Gondercekler ya Men Ozum Isdediyim herbi hisseye gedib Sened vermeliyem?...Birden Men Ozum Getmeliyemse Men Getdiyim herbi hisse mutleq meni Xidmet etmek ucun ise Goturecek?..Tesekkur edirem.Allah Razi Olsun

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Elvin Agayev Soruşur Yazılma Tarixi:01.10.2015 23:04:58

Cox sagolun cvblandirdiginiz ucun.bes 2 ci siyahide olan cagiriwcilarin adlari ne vaxt yerlewdirilecek sayta?nezerinize catdirimki meni oktyabir ayinin 20ne cagiriblar heqiqi herbi xidmete yollanmag ucun.

Bildiririk ki, adları 2015-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.10.2015-ci il tarixdən etibarən bilinəcək.
Kenan musayev Soruşur Yazılma Tarixi:01.10.2015 20:31:39

Meni cagiris vereqemde oktyabr 2sinde cagiris yazilmisdi dunen butun haminin harda xidmet edeceyi bilindi men vaynkomatda deyildi ki 15 den sonra bilinecek indi bilmek isreyirem menim niye hara dusduyum bilinmiyib

Bildiririk ki, adları 2015-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıların 2-ci adlı siyahısında olanlar haqqında müvafiq məlumatlar 20.10.2015-ci il tarixdən etibarən bilinəcək.  
Orxan İsmayılov Soruşur Yazılma Tarixi:01.10.2015 18:34:25

Salam Kerotokonus xəstəliyini daşıyan göz xəstələrinin hərbi xidmətə yararlı və ya yararsız olması barəsində mevcud qanunvericilikdə nə nəzərdə tutulmuşdur. Xahiş edirəm cavablandırın

Keratokonus xəstəliyi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 30 “b” maddəsinin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
ferhad dadaşov Soruşur Yazılma Tarixi:01.10.2015 17:05:04

Salam.mənim qohumum 4-5 il əvvəl hərbi xidmətə yola düşüb.lakin bir neçə ay xidmət edtikdən sonra ruhi xəstəliyə (15-ci maddə) hərbi xidməti dövründə yoluxduğu üçün hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab olunub.indi sağlamdır. hərbi xidmətə getmək istəyir.Lakin hərbi komisarlıq belə xəstəliyin heç vaxt sağamayan xəstəliklər qrupuna aid edildiyini və bu cür xəstələrin müvəqqəti sağaldığını əsas gətirərək belə bir şeyin mümkün olmayaçayağını bildirir.hərbiyə yola düşməsi mümkündürmü?Niyə görə hərbi uçotdan çıxardılanların hərbiyə geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmayıb?Kimə müraciət edilməlidir?

Nəzərinizə çatdırıram ki, Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız” sayılan vətəndaşların təkrar şəhadətləndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq vətəndaşların təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Bununla belə, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi xidmətə münasibətinə dair bütün məlumat və dəyişikliklər hərbi biletin xüsusi qeydlər bölməsində öz əksini tapmalıdır.
Elxan Qurbanov Soruşur Yazılma Tarixi:01.10.2015 16:32:53

Salam.Mən artıq 3 səfərdirki həkim komisyasından keçirəm bügün isə məni bakıya göndərirlər təvəllüdüm 14.07.1997 Gəncə şəhəri nizami rayonunda qeydiyattayam.Artıq 2 çağırışdan yayındırırlar məni məndə vətənimə xidmət etmək istəyirəm ancaq məni aparmırlar sadəcə olaraq oyun oynayırlar mənimlə özbaşınalıqdır boyum 1.81 sm Çəkim isə 113 mən 1 kg çəkiyə görə bakıya göndərirlərki get 1 kg arıqla bu ələ salmaq deyilmi ? məndə vətənimə xidmət istəyirəm artıq 2 çağırışdırkı mən əsgər gedə bilmirəm xaiş edirəm tədbir görəsiniz

Məlum olmuşdur ki, Siz, 2015-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar, Xidmətin Gəncə şəhəri Nizami rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Gəncə şəhəri Nizami rayon şöbəsinə təqdim edildikdən sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Vüsal rəcəbli Soruşur Yazılma Tarixi:01.10.2015 16:09:22

salam men herbi xidmeti 2012 ci ilde bitirmisem sanitar telimatci kimi menim 23 yasim var isteyirem ki gizir rutbesi ile feldser kimi xidmet edim islemek isteyirem men nece ede bilerem yani senedleri hara vermeliyem ve umumiyyetle nece olur

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə –  ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Odur ki, mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Əlavə olaraq bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. 
Əliyev Şəhriyar Soruşur Yazılma Tarixi:01.10.2015 15:52:26

Salam.Mən ali təhsilliyəm.Silahlı qüvvələrin heyyətin zabit kimi xidmət etmək istəyirəm.Bunun üçün hansı sənədlərlə hara müraciət etməliyəm.Əvvəlcədən təşəkkürlər

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
Çağırışçılar üçün – bu Qanunun 12.2-ci maddəsinə əsasən, hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları həqiqi hərbi xidmətlərə çağırılırlar. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) edəcəyiniz hərbi hissənin komandanlığına müraciət etməlisiniz.
Hərbi vəzifəlilər üçünbu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Bu halda aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14891