Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mustafali elizamin Soruşur Yazılma Tarixi:05.10.2015 01:08:45

Salam men 01.10.2015 tarixine caqris almisam ama meni esger aparmirlar sebeb nediz

Sizin qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Hesenov Chingiz Soruşur Yazılma Tarixi:05.10.2015 00:34:04

Salam men 3 il 6 ay Herbi xidmetde olmusham (eager kimi 1994-1997). Bilmek istefdim ki 2 il artiq qulluq etdiyime gore mene Dovlet terefinden hansi guzeshtler dushur. Onceden teshekkur edirem

Bildiririk ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin XIII fəsilinin 185-ci maddəsinə əsasən, bu fəsildə və müharibə dövrü üçün qəbul edilmiş başqa normativ hüququ aktlarda müharibə dövründə hərbi qulluqçularla iş aparılması, onlara hərbi rütbələr verilməsi, attestasiyadan keçirilməsi, məzuniyyətlərin verilməsi və hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması qaydaları Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı ilə tətbiq olunur.  Bu Əsasnamənin 186-cı maddəsinin “a” bəndinə əsasən, həmin müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər, o cümlədən toplanışlara  çağırılmış hərbi vəzifəlilər xüsusi sərəncam alınanadək hərbi xidmətdə saxlanılırlar.
Bagmanov Ramil Soruşur Yazılma Tarixi:04.10.2015 23:08:13

Salam.27 yawim var.Ali tehsilliyem.Herbide kesfiyyatda xidmet etmisem.Geodeziya xerite muhendisiyem.Bilmek isteyiremki herbide visit kimi dazul olub leytenantliq almaq mumkundurmu?Yada ki,ixtisas artirmayla herbide leytenant rutbesiyle islets bilerremi?David edirem cavabinizi mumkunse mailimede gonderesiniz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Elçin Qasımov Soruşur Yazılma Tarixi:04.10.2015 15:36:36

Salam . Təvəllüdüm 13.08.1999 . Oktyabr ayı ərzində ağ bileti ala bilərəm mi ? Və birdə Ag bilet almaq ucun bu senedlerden hansina notarial tesdiq lazimdir ? 1.doğum haqqında şəhadətnamənin surəti 2.ailə tərkibi haqqında arayış 3.təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün) 4.təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış 5.tərcümeyi-hal 6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:  
1. doğum haqqında  şəhadətnamənin surəti
2. ailə tərkibi haqqında arayış
3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün)
4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış
5. tərcümeyi-hal
6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil  
Əlavə olaraq bildiririk ki, həmin Qanunun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.
Yuxarıda göstərilən sənədlərin notarial qaydada təsdiq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
MUSLUMOV Soruşur Yazılma Tarixi:04.10.2015 15:00:35

qiyabi ali tehsil ucun herbi muddeti ne qederdir

«Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il müddətli həqiqi hərbi xidmət keçirlər.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə, onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.  
Bildiririk ki, ali təhsil müəssisələrində tam təhsilini bitirməmiş çağırışçılar 1 il 6 ay müddətinə həqiqi hərbi xidmət keçirlər.
Elcin Memmedov Soruşur Yazılma Tarixi:04.10.2015 14:14:16

salam men dsx dan aile veziyyetine gore texris olunuram mene verilecek xidmete uygunsuzlug maddesinin muddeti ne qederdir nece ay ve ya nece ildir

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir.
Hərbi qulluqçunun və hərbi vəzifəlinin hərbi biletində onun tutduğu vəzifəsi, hərbi və ya xüsusi hazırlığı, hərbi xidmət müddəti, ehtiyatda olma vəziyyəti, qoşun növünə və ya xidmətinə mənsubiyyəti, müvafiq hərbi rütbələri, hərbi qeydiyyatı və digər məlumatlar qeyd edilir.
Nəzərinizə çatdırırıq ki, hərbi qulluqçunun və hərbi vəzifəlinin hərbi biletində yalnışlıq   və ya hərbi xidmətə münasibətində hər hansı bir dəyişikliklər olduğu təqdirdə təsdiqedici sənədlər əsasında müvafiq düzəlişlər və ya əlavələr edilir. Edilən düzəlişlər və ya əlavələr isə hərbi biletin “Xüsusi qeydlər” bölməsində yazılaraq Xidmətin yerli idarə, şöbə, bölmə rəisləri  və ya hərbi hissə komandirləri tərəfindən imzalanaraq möhürlənir.
Yalcin Rustemov Soruşur Yazılma Tarixi:04.10.2015 14:10:59

Sualima uygun cavab ala bilmedim. Aileliyem bir oglum var,31 yasim var Herbi xidmete getsem aileli oldugum ucun ne kimi guzest ola biler

Bildiririk ki, mövcud qanunvericilikdə 1 övladı olan çağırışçılara hər hansı güzəştin şamil edilməsi nəzərdə tutulmamışdır.
Ramiz Şeydayev Soruşur Yazılma Tarixi:04.10.2015 13:27:17

salam men bilmek isterdim ki mudafiye nazirliyi terefinden men oxuduqum inustut taninirmi eyani oxuyuram derbend humanitar inustutda meni oktyabrn 3 caqirilmisdi dedilerki ayin 20 sinden sonra gel

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir.     
    Eyni zamanda bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq
təhsili davam etdirmək üçün çağırışdan möhlət verilməsi haqqında qərar çağırış komissiyaları tərəfindən təhsil müəssisələrinin verdiyi arayış (Forma № 10) əsasında bir dəfə, bu məsələyə çağırış komissiyasında birinci dəfə baxılarkən qəbul olunur. Gələcəkdə təhsilini davam etdirmək üçün çağırışdan möhlət verilmiş çağırışçılar hər il oktyabr ayının 1-nə qədər şəxsən Xidmətin yerli idarə, şöbə və bölmələrinə təhsillərini davam etdirmələri haqqında arayış təqdim etməlidirlər.
         Sizin oxuduğunuz ali təhsil müəssisəsindən arayış alaraq qeydiyyatda olduğunuz  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinə təqdim etməyiniz tövsiyə olunur.
Rehimov Bilal Soruşur Yazılma Tarixi:04.10.2015 12:57:12

Salam mem gurcustannan prava almisam B kateqoriyasin indi bilmey isdiyirem esgerlikde o pravaynan surucu ola bilerem?

Bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə sürücü vəzifələrinə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişi əsasında xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçirən təhsil müəssisələrində “B” və “C” kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü ixtisası üzrə hazırlıq keçərək sürücülük vəsiqəsi almış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təyin olunurlar.
Bununla yanaşı, hərbi hissədə sürücü ixtisaslı mütəxəssislərə ehtiyac olduğu zaman bu vəzifələrə öz hesabına təsərrüfat hesablı kurslarda hazırlıq keçərək sürücülük vəsiqəsi almış çağırışçılar da təyin oluna bilərlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizə malik olduğunuz sürücülük vəsiqəsi ilə müddətli həqiqi hərbi xidmətdə yalnız “B” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsinə icazə verilə bilər. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən beynəlxalq standartlara uyğun verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
Sebine Soruşur Yazılma Tarixi:04.10.2015 10:40:41

salam. menim yoldashim artiq 3 aydir ki esgerdi. 1 oglumuz var, 1 yasinda. ola biler ki onu 3 ay tamam olanda eve mezuniyyete gondersinler?

Qeyd etdiyiniz məsələ ilə bağlı həyat yoldaşınızın xidmətdə olduğu qoşun növünün komandanlığına müraciət etməyiniz məqsədə müvafiqdir.
Cədvəldə sətir sayı :14897