Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elshen Quluyev Soruşur Yazılma Tarixi:06.10.2015 05:05:58

Salam. Xaricdə təhsil alan tələbələrə hərbi xidmətlə bağlı möhlət verilirmi? Əgər verilmirsə, hal-hazırda təhsil alan tələbə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə gələ bilmirsə nə kimi qərar qəbul edilir? Öncədən Təşəkkürlər

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir.         Eyni zamanda bildiririk ki, təhsilini davam etdirmək üçün çağırışdan möhlət verilməsi haqqında qərar çağırış komissiyaları tərəfindən təhsil müəssisələrinin verdiyi arayış (Forma № 10) əsasında bir dəfə, bu məsələyə çağırış komissiyasında birinci dəfə baxılarkən qəbul olunur.         Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  12-ci maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrinə gəlməlidirlər.                                                        Bu kateqoriya çağırışçıların üzrsüz səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrinə gəlməməsi həmin şəxslərin çağırışdan boyun qaçırmaları kimi qiymətləndirilir və Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri üçün toplanmış sənədlər prokurorluq orqanlarına göndərilir.
comərd ismayilov Soruşur Yazılma Tarixi:05.10.2015 23:03:44

Salam... Men 2015 ci il oktiyabrn səkkizi əskər gedəcəyəm orda zabit və ya leytnant olmaq istəyirəm bu mümkünmü?yəni hərbiçi olmaq istəyirəm.

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Nicat Hesenov Soruşur Yazılma Tarixi:05.10.2015 22:16:45

Salam.Cağrışcının 3 aylıq möhlet almağa hüqü varmı?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir.          Eyni zamanda bildiririk ki, sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq (3 və ya 6 ay müddətinədək) şərti ilə verilir. 
Nadi Abbasov Soruşur Yazılma Tarixi:05.10.2015 22:00:16

Salam men müddetden artiq heqiqi herbi xidmet etmek ücün Dövlet Serhed Xidmetine Serhed Qosunlarinin komandanligina senedlermi göndermisdim ordan mene bildirdiler ki,sizin yasiniz bura yaramir menim 30 yasim var axi 35 yasina qeder kisiler könüllü istediyi qosun növünde xidmet ede biler,axi meni niye götürmürler? Xais edirem zehmed olmasa meni melumatlandirin

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.  
Qafar Qafarov Soruşur Yazılma Tarixi:05.10.2015 15:30:59

Salam.Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləmək ucun hara murciət etmək lazimdir?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Kenan Alizade Soruşur Yazılma Tarixi:05.10.2015 14:34:31

Salam, men iqtisad universitetetin telebesiyem. Bilmek istiyerdimki tehsilimi bitirib herbi xidmete hansisa rutbe alib gede bilerem ?ve bununucun ne etmeliyem ?ve eger gede bileremse o rutbe ve xidmet vaxti haqqinda biraz melumat verin . Evvelceden coxsagolun

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Mustafayeva Nergiz Soruşur Yazılma Tarixi:05.10.2015 14:15:09

Salam Xezer universitetini 4 il erzinde bitirenleri 5 ci il herbi xidmete cagirirlar.Bu dogrudurmu?

Sualınızın düzgün cavablandırılması üçün həmin şəxslərin adını, soyadını, atasının adını, təvəllüdünü və qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrinin adını Xidmətin portalına göndərməyiniz tövsiyə olunur.
Elbrus Dadaşov Soruşur Yazılma Tarixi:05.10.2015 14:05:46

Salam Mən hərbi biletimi itirmişəm. yenisini necə götürə bilerem? Prosedur necədir? Hansı sənədlər lazımdır? Rüsum və sair..neçə günə verilir?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir.
Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir.
Bu səbəbdən mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Rahil Teymurlu Soruşur Yazılma Tarixi:05.10.2015 12:54:12

Salam. Mən herbu biletimi itirmişəm necə eliyə bilərəm kimə muraciyət edə bilərəm zəhmət olmasa məlymat verəsiniz.

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir.
Hərbi biletin korlanma və ya itirilmə şəraitinin yoxlanılması və təkrar (yeni) hərbi biletin verilməsinə əsas verən sənədlərin toplanılması müddətində hərbi vəzifəlilərə hərbi bilet əvəzi arayış verilir.
Bu səbəbdən mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Talib Quliyev Soruşur Yazılma Tarixi:05.10.2015 02:21:12

Salam MEN Bakida ucotdayam amma gencede qaliram bakiya gelemirem menim vayankamad 1 il herbiye yararsiz yazdi 1 il quratardi bilmirem menim haqimda ne melumat verilib bele men konulu esger getmek isteyirem Imkanimda yoxduki bakiya gelim Vayankomada konulu esger yazilim Gedim Sizden Xahis edirem General Leytnat Arzu Rehimova SIZDEN COX XAHIS EDIREM BU atbirfkada meni de esger Aparin sizden cox cox xahis edirem.

Sualınızın cavablandırılması üçün atanızın adını, təvəllüdünüzü və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinin adını Xidmətin portalına göndərməyiniz tövsiyə olunur.  
Cədvəldə sətir sayı :14897