Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zeynalova Minare Soruşur Yazılma Tarixi:10.10.2015 14:15:05

Salam.Men 1931 tavelludluyem.Sehid anasiyam.NevemZeynalov Elini evladliga goturmusem .Hal-hazirda ikimiz yasayiriq.Mene demek olar ki o baxir.Indi esger gedir.Hara muraciet edim ki nevemi yaxin bolgeye salsinlar

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür və çağırışçıların gələcəkdə hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir.
Aida Isaqova Soruşur Yazılma Tarixi:10.10.2015 12:34:06

men BDU-da Jurnalistika fakultesinin iikincii kurss teelebesiyem. herbi jurnalist olmaqq istiyirem.. me edmelyem??

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Qalib Ceferov Soruşur Yazılma Tarixi:10.10.2015 12:14:07

Salam.Niye bu il oktyabr buraxilislarinda sadece olaraq artilleriya partiyalarla buraxilir.onunla birlikde gedenler coxusu gəlib ama menim oglum hele qalib.ali tehsillidir deye gune gun buraxilacagi deyilib

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xidmət müddəti başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2015-ci ilin oktyabr ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Sayilov Turan Soruşur Yazılma Tarixi:10.10.2015 01:03:46

Men 1 illik herbi xidmete cairildim . Dsx da xidmet edirdim. Herbini bitiirmeyime 37 gun qalmis gozumde keretakonius xesteliyene gore herbiye yararsiz hesab edildim. Indi mene konpensasiya vermirler ki senin gozun yaxsi gorur dusmur. Herbiden de texris etdiler gozun yaxsi gormur.men herbi bilet i yeniden yararli olaraq ala bilerem ele bir wans var ?

Bildiririk ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "ç" bəndinə əsasən, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda sığorta ödənişləri verilir. Əlavə olaraq bildiririk ki, hərbi qulluqçular həqiqi hərbi xidmətdən xəstəliyə görə            “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə əsasən ehtiyata və 42.0.2-ci  maddəsinə əsasən istefaya buraxılırlar. Bu Qanunda xəstəliyi ilə əlaqədar vaxtından əvvəl həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış vətəndaşların yenidən (təkrar) hərbi xidmətə çağırılmaları nəzərdə tutulmamışdır.
ahmadov haciaga Soruşur Yazılma Tarixi:10.10.2015 00:47:22

salam.men ali tehsilli kimi herbiye gelen il getcem ve nikadr leytnant olmaq isteyirem,bu proses nece olacaq?hardan melumat ala bilerem?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Abdullayev Ferman Soruşur Yazılma Tarixi:09.10.2015 22:21:53

Men muddetden artiq xidmet ucun 15 08 2015 taridinde Milli orduya qebul senedlerini tam sekide vermisem ama helede qebul olub olmadigim haqda cavab ala bilmirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Resad Memmedov Soruşur Yazılma Tarixi:09.10.2015 17:41:56

Salam men size birdefede yazmisdim mende onruga sumuynun qurtaracagnda dermavid kisda birde yasdi penceliy xesdeliyi var.Dermavid kisdayla bagli 5 sayli kilinikada herbi kamsarlixdan gonderis verlerey yoxlanildim hele aktiv olmadgni bildirildi her an aktiv olabiler oktiyabirin 7 diside yasdi penceliyle bagli tramatologya inustutunda yoxlanisdan kecdim ve 3cu dereceynen yasdi penceliye uygun oldugum deyildi ve herbi xidmete yarasiz oldugmu dediler .İndi men gonderilecem ya yox herbiye

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elnure Yusubova Soruşur Yazılma Tarixi:09.10.2015 17:21:23

Menim çox yaxın tanışım Atatürk universitedine qebul olub.18 yaşı var ancaq ağ biletine her defe başqa başqa behanelerle peçat vurmurlar.Bütün senedleri düzdü.Artıq 1 aydı her gün get gele salırlar.Universited başlayır bu şexsin helede ağ biletine peçat vurmurlarki xarici pasport alıb universitedine getsin .Siz mene kömekçi olun xaiş edirem çünki artıq bilmirikki kime inanaq .Herbi komessarlıqdakılardakı deyirlerki prezident qerar vermelidi ama qerar çoxdan çıxıb

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir.    
     Eyni zamanda bildiririk ki, tanışınızın qəbul olduğu ali təhsil müəssisəsindən arayış alaraq (arayışda tanışınızın ali təhsil müəssisəsinə daxil olduğu və bitirəcəyi tarix dəqiq göstərilməlidir)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyi tövsiyə olunur.
Elekberov Samir Soruşur Yazılma Tarixi:09.10.2015 14:45:40

Men ali tehsiliyem herbi xidmeti bitrmisem 32 yasim var indi isdiyirem herbi xidmetde zabit kimi xidmet edem men kime ve hara muraciet ede bilerem aileliyem 3ovladim var xis edirem bu isnen bagli mene komeklik gosderesiz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər  daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
EZEL MEMMEDOV Soruşur Yazılma Tarixi:09.10.2015 14:44:51

SALAM. menim sualim işə qəbulla bağlıdır test ve musahibedir deyirler testin proqrami varmı? hardan abxa bielrik keçid ne qederdir bes musahibe nece onunda proqrami varmi? dovlet qulluğundaki kimi? çox sağolun......

Müraciətinizlə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət etdikdən sonra namizədliyinizə baxıla bilər. Vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Cədvəldə sətir sayı :14897