Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Murov Həsənov Soruşur Yazılma Tarixi:14.10.2015 11:55:51

Salam mən hərbi xidmətdə olmuşam.ali təhsilliyəm.1988 təvəllüdəm.yenidən hərbiyə getmək istəyirəm.ama zabit kimi.ne edim

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər  daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Amrullayeva Mahira Soruşur Yazılma Tarixi:14.10.2015 11:29:10

Salam. Men DSX könüllü olaraq xidmet etmek isteyirem. Lazım olan senedleri topladığdan sonra hara müraciet etmeliyem? Ve orta ixtisas tehsilliy Orta ixtisaslıları qebul edirlermi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etməlisiniz.
kamil abdulov Soruşur Yazılma Tarixi:14.10.2015 10:02:49

Salam bununla 10 cu defedir ki bura yaziram hele cavab gelmir.zehmet deyilse cavab yazardiz.sol gözümde linza olduqna göre meni herbi xidmete 3 il münetinde yararsiz müharibe dövründe ise yararli yaziblar.men öz isdeyimle herbi xidmere getmey isdeyirem .bu nece mümkündür ve men hara müraciet edim

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmiş şəxslər 3 ildən bir təkrar tibbi müayinəyə cəlb olunurlar.             Bildiririk ki, vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilmə zamanı dövlət səhiyyə sistemi və digər tibb müəssisələrində müayinə və müalicə nəticəsində Sizə təyin edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz halda ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırıla bilərsiniz. 
Seymur Soruşur Yazılma Tarixi:14.10.2015 02:08:47

Salam Hərbi Hissəyə Yararsız Olan İnsan Hər 3-İldən Bir, SHXÇDX Getdikdə Orada Komisyadan Talasemiyya Xəsdəsi Olan, 2-ci Qurup Əlil Olan İnsan, Pensiya Alan İnsan, Tibbi Yoxlanışdan Keçəndən Sonra İnsanın Bədənində Əlinin Üstündə Tattoo Aşkar Edildikdə. Həmin İnsanı Yararlı Kimi Qeyd Edirlər? Və Onları Ruhi Xəsdəxanaya Yazıb Göndərirlər? Bu Haqda Məlumat Verərdiniz. Təşəkkürlər.

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Xüsusi Qoşun növlərində müddətli həqiqi hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınaraq, bədənlərinin müxtəlif nahiyyələrində tatuaj (döymə) etdirən çağırışçılar “mənəvi-psixoloji durumun” müəyyən edilməsi məqsədi ilə Psixiatriya Xəstəxanalarında stasionar şəraitdə müayinəyə cəlb edilirlər.
Elsad Agayev Soruşur Yazılma Tarixi:13.10.2015 23:11:58

salam, 25.01 1976-ci ilde anadan olmusam, ozum ehtiyatda olan zabitem, 2004-2005-ci illerde heqiqi herbi xidmetde olmusam(zabit kimi). bas leytenant rutbem de var. yeniden herbi xidmete zabit kimi gede bileremmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər  daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.  
haciyeva semsiyye Soruşur Yazılma Tarixi:13.10.2015 20:21:22

salam. men teqaudde olan cavusam men bilmek isteyirem ki istifade olunmamis mezuniyyet pullarimiz ne vaxt verilecek?

Bildiririk ki, Həqiqi Hərbi Xidmətdə olarkən istifadə olunmamış növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi ilə bağlı müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında fəaliyyət göstərən komissiya tərəfindən baxılır.
      Qanunvericiliyin tələbləri çərçivəsində tərəfimizdən müvafiq sənədlər toplandıqdan sonra Sizə köməklik göstəriləcəkdir.
Elcin Abdullayev Soruşur Yazılma Tarixi:13.10.2015 19:31:05

Yanvarin 3u xidmete geden esgerler ne vax mezunyete gelecek

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq 1 il 6 ay həqiqi hərbi xidmət keçməli olan hərbi qulluqçular 1 il, 1 il həqiqi hərbi xidmət keçməli olan hərbi qulluqçular isə 6 ay xidmət etdikdən sonra növbəti məzuniyyətə buraxılırlar.
Fuad Aydinzade Soruşur Yazılma Tarixi:13.10.2015 18:46:51

Salam menim sualim ise qebul haqdadi.nece muraciyyet ede bilerem.evvelceden tesekkurler

Müraciətinizlə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Rahimov Ramin Farhad Soruşur Yazılma Tarixi:13.10.2015 18:44:07

Salam bilmak istayiram SHXCDX-nin mulki iscilar va gozatcilar ikinci qrup pensiya alirsa islaya bilar va is ucun muraciat eda bilarmi

Vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla əlaqədar müraciətlərinə onlar özləri barəsində ətraflı məlumat təqdim etdikdən sonra mövcud Qanunvericiliyin müddəalarına müvafiq qaydada baxılır.
Rüstəm Atacanov Soruşur Yazılma Tarixi:13.10.2015 18:40:56

Salam, 2016-cı ildən Azərbaycanda hərbi xidmətin 2 ilə uzadılacağı doğrudur mu ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.      Eyni zamanda bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar mövcud qanunvericilikdə hər hansı dəyişiklik edilməmişdir.
Cədvəldə sətir sayı :14891