Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
əliyev həmzə Soruşur Yazılma Tarixi:11.10.2015 17:28:49

1990 cı ildə bakı şəhərində anadan olmuşam mən hərbi xidmətə getmək istəyirəm

Sizin təcili olaraq qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Kənan Mahmudov Soruşur Yazılma Tarixi:11.10.2015 17:28:12

Salam.Mən işlə bağlı müraciət etmək istəyirəm.31.05.1986-cı il təvəllüdlüyəm.Əvvəlcə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində(2007) daha sonra isə Naxçıvan MR -da həqiqi hərbi xidmətdə olmuşam.2009-cu ildə ehtiyata buraxılmışam.İxtisasca motoatıcı tağım komandiriyəm.Ehtiyatda olan zabitəm.Sizin xidmətə qəbul oluna bilərəm?Əgər mümkündüsə hansı sənədləri toplamalıyam?Əvvəlcədən təşəkkür edirəm.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz barədə ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Eliyev seid Soruşur Yazılma Tarixi:10.10.2015 17:07:50

Salam..men 30.03.1991 cilde anadan olmwam. Hazrda adna-da 5ci kursda oxuyuram.. Men bilmek isteyremki her hansi bir qowunda edliye fhn ya serhed qowunlarnda zabit kimi iwleye bilerem? Yeni bele bir qayda varki ali tehsiilliye rutbe verilsin?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Qocayev Xeyyam Soruşur Yazılma Tarixi:10.10.2015 15:19:02

Salam men bu il universiteti bitirmisem wncaq iyul ayi cagirishcilari ile herbi xidmete gede bilmedim. Bunun sebebi ise artiq cekili olmagim idi. Ancaq Komissarliqdan dedikleri cekini atdiqdan sonra yeniden getmeyim ucun muraciet etdim ancaq indide dislerimde problem oldugunu dediler problem ise alt dislerimin ust dislerimden 5 mm onde olmasidir. Bunun ucun ise mene emeliyyat etmeli oldugumu soylediler. Ancaq sonra ise men konullu xidmet etmek ucun komissarliga muraciet etdim ancaq mene dediler konullu xidmet artiq legv olunub. Sizden xahiw edirem mene deyin heqiqeten konullu herbi xidmet legv edilib yoxsa yox? Evvelceden tesekkurler.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Zeynalova Minare Soruşur Yazılma Tarixi:10.10.2015 14:15:05

Salam.Men 1931 tavelludluyem.Sehid anasiyam.NevemZeynalov Elini evladliga goturmusem .Hal-hazirda ikimiz yasayiriq.Mene demek olar ki o baxir.Indi esger gedir.Hara muraciet edim ki nevemi yaxin bolgeye salsinlar

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür və çağırışçıların gələcəkdə hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir.
Aida Isaqova Soruşur Yazılma Tarixi:10.10.2015 12:34:06

men BDU-da Jurnalistika fakultesinin iikincii kurss teelebesiyem. herbi jurnalist olmaqq istiyirem.. me edmelyem??

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Qalib Ceferov Soruşur Yazılma Tarixi:10.10.2015 12:14:07

Salam.Niye bu il oktyabr buraxilislarinda sadece olaraq artilleriya partiyalarla buraxilir.onunla birlikde gedenler coxusu gəlib ama menim oglum hele qalib.ali tehsillidir deye gune gun buraxilacagi deyilib

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xidmət müddəti başa çatmış müddətli həqiqi hərbi xidmət qulluqçuları 2015-ci ilin oktyabr ayının 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Sayilov Turan Soruşur Yazılma Tarixi:10.10.2015 01:03:46

Men 1 illik herbi xidmete cairildim . Dsx da xidmet edirdim. Herbini bitiirmeyime 37 gun qalmis gozumde keretakonius xesteliyene gore herbiye yararsiz hesab edildim. Indi mene konpensasiya vermirler ki senin gozun yaxsi gorur dusmur. Herbiden de texris etdiler gozun yaxsi gormur.men herbi bilet i yeniden yararli olaraq ala bilerem ele bir wans var ?

Bildiririk ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "ç" bəndinə əsasən, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda sığorta ödənişləri verilir. Əlavə olaraq bildiririk ki, hərbi qulluqçular həqiqi hərbi xidmətdən xəstəliyə görə            “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə əsasən ehtiyata və 42.0.2-ci  maddəsinə əsasən istefaya buraxılırlar. Bu Qanunda xəstəliyi ilə əlaqədar vaxtından əvvəl həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış vətəndaşların yenidən (təkrar) hərbi xidmətə çağırılmaları nəzərdə tutulmamışdır.
ahmadov haciaga Soruşur Yazılma Tarixi:10.10.2015 00:47:22

salam.men ali tehsilli kimi herbiye gelen il getcem ve nikadr leytnant olmaq isteyirem,bu proses nece olacaq?hardan melumat ala bilerem?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Abdullayev Ferman Soruşur Yazılma Tarixi:09.10.2015 22:21:53

Men muddetden artiq xidmet ucun 15 08 2015 taridinde Milli orduya qebul senedlerini tam sekide vermisem ama helede qebul olub olmadigim haqda cavab ala bilmirem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14891