Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vusal Eliyev Soruşur Yazılma Tarixi:07.10.2015 00:00:07

Salam Menim aygimda qusur oldugu ucun men herbiye yararli sayilmadi ancaq heleki herbi biletimi almamiwam bu yaxinlarda Amerikaya 2 heftelik getmeliyem ancaq herbi biletim olmadiigi ucun problem yasayacam ? birde eger arayis ala bilerem vayonkomatdan 15 gunluk seferimle elaqedar problem yasamayim deye ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.2-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Bu Qanunun 28.6-cı maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir. Odur ki, şəxsiyyətinizi təsdiq edən sənədlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.  
Hesenov Fikret Soruşur Yazılma Tarixi:06.10.2015 21:27:46

Salam mənim oglum Rusiyada ali tehsil alib. 5 Oktiyabir 2015 tarixinde esgerliye getdi. O esgerlikden leytinant kimi oxumaga getmek isteyir. Biz bilmek isteyirik ki o leytinant kimi oxumasi ucun diplomu tehsil nazirliyinde tesdiq olunmalidirmi ve yaxud natarusda tesdiq olunmus diplomu verilmelidir??

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı övladınızın xidmət edəcəyi hərbi hissənin komandirinə müraciət etməyi tövsiyə olunur. 
Anar Soruşur Yazılma Tarixi:06.10.2015 19:38:44

Salam. Mənim oğlumun 15 yaşı var. Onun hərbi uçota alınması üçün, hansı sənədlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilməlidir?. Xahiş edirəm həmin sənədlərin siyahısını qısa müddətdə mənim E-mail ünvanıma göndərəsiniz. Hərbi uçota alınma hansı müddətədək həyata keçirilməlidir və gecikdirilməyə görə qanunvericilikdə hansı məsuliyyət nəzərdə tutulmuşdur?. Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.            Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 350-ci maddəsinə əsasən ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat miqdarında cərimə edilir.                       Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:  - doğum haqqında şəhadətnamənin surəti;  - ailə tərkibi haqqında arayış;  - təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);  - təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;  - tərcümeyi-hal;  - 3x4 sm ölçüdə 6 ədəd fotoşəkil.
Nizami Bagirov Soruşur Yazılma Tarixi:06.10.2015 17:29:55

Salam bilmək istəyərdim ki, Azərbaycanda islam ordusu varmı ? və ya orada xidmət etmək olurmu ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunverici-liyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.        
     
    Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 279.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
subhan teymurov Soruşur Yazılma Tarixi:06.10.2015 14:00:04

men subhan teymurov 02 10 2015 cil tarixinde imisli rayonu herbi kmisarig terefinden herbi xidmete cagrilmisam .hal haz turkiyenin usak seherinde usak univrsitetinde komu yonetim fakultesinde oxuyuram universitetden gonderdiyim senede dair universitetde oxuduguma dair arayis gondermisem amma imisli rayonu hebi komisarli qebul etmeyib hal hazirda menim 5 gun muddetinde herbi xidmetde adim gedir

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun  21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir.  
Eyni zamanda bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq təhsili davam etdirmək üçün çağırışdan möhlət verilməsi haqqında qərar çağırış komissiyaları tərəfindən təhsil müəssisələrinin verdiyi arayış (Forma № 10) əsasında bir dəfə, bu məsələyə çağırış komissiyasında birinci dəfə baxılarkən qəbul olunur. Gələcəkdə təhsilini davam etdirmək üçün çağırışdan möhlət verilmiş çağırışçılar hər il oktyabr ayının 1-nə qədər şəxsən Xidmətin yerli idarə, şöbə və bölmələrinə təhsillərini davam etdirmələri haqqında arayış təqdim etməlidirlər.
       Sizin qəbul olduğunuz ali təhsil müəssisəsindən arayış alaraq (arayışda ali təhsil müəssisəsinə daxil olduğunuz və bitirəcəyiniz tarix dəqiq göstərilməlidir) qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinə təqdim etməyiniz tövsiyə olunur. Arayışı təqdim etdikdən sonra rayon çağırış komissiyası barənizdə qanunamüvafiq qərar qəbul edəcəkdir.
Mustafayeva Nergiz Soruşur Yazılma Tarixi:06.10.2015 13:47:30

Menim oglumda 3 dereceli hidronefzdan boyrek emdliyyati kecirib.sol boyreyin funksiyasi cox ashagidir.O herbi xidmete yararli sayilirmi?

Böyrəklərin ifrazat funksiyasının pozulmasından asılı olaraq çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 72 maddəsinin “a”, “b”, “c” və ya “ç” bəndinə uyğun olaraq şəhadətləndirilirlər. 
elya quliyeva Soruşur Yazılma Tarixi:06.10.2015 12:44:15

salam.mueyyen qusurlara gore 3 ilden bir verilen biletde sulh dovrunde yararsiz muharibe dovrunde yararli yazilmis sexs eger muharibe olarsa orda istirak etmeye cagrilir?ve eger cagrilirsa on cebhede yoxsa arxa cebhede istirak edecek?

Bildiririk ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 188-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti müharibə dövründə bu Əsasnamənin 32, 33, 38, 40 («b» və «q» bəndlərindən başqa) və 171-ci maddələrinə uyğun hərbi qulluqçularla və hərbi vəzifəlilərlə komplektləşdirilir. Bu Əsasnamənin 171-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat şəxsi heyəti aşağıdakılardan yaradılır: a) əsgərlərdən, matroslardan və çavuşlardan: - rayon (şəhər) çağırış komissiyalarının qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı sayılmış kişi cinsindən olan çağırış yaşlı (18-35 yaşlı) vətəndaşlardan. Əlavə olaraq bildiririk ki, hərbi qulluqçunun və hərbi vəzifəlinin dinc dövrü, səfərbərlik vaxtı  və ya müharibə zamanı harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etdikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir.    
Günel Muradzadə Soruşur Yazılma Tarixi:06.10.2015 11:56:00

Salam.Mən işlə bağlı müraciət etmək istəyirəm.Online sənəd qəbulu varmı sizdə? Yoxdusa necə və hara müraciət edə bilərəm? Əvvəlcədən Təşəkkür edirəm.

Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil. b edilməmişdir.
ismet adigozelov Soruşur Yazılma Tarixi:06.10.2015 11:24:08

Salam men gence dovlet universitetinin fizika muellimliyi ixtisasinda tehsil aliram.2ci kursda oxuyuram.bilmek isdeyiremki Ali tehsilimi basa vurduqdan sonra quru qosunlari serhed qosunlari daxili qosunlarda leytenent kimi xidmet ede bilerem ve hasi ixtisasda leytenant oxuyacam?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Tural Rehimov Soruşur Yazılma Tarixi:06.10.2015 09:52:30

salam men yanvar prizviyem yanvar ayindan olanlar ilk 1 ci siyahi olanlar hansi bolgeye duwur 1.65 boy 1.68 arasi olanlar mumkunse cavab verin

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür və çağırışçıların gələcəkdə hansı hərbi hissədə xidmət keçməsi məsələsinə onların təyin edildiyi qoşunun komandanlığı tərəfindən qərar verilir.         Eyni zamanda bildiririk ki, 2016-cı ilin yanvar çağırışına cəlb ediləcək çağırışçıların bölgüsü dekabr ayının son günlərində həyata keçiriləcək və müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar təyin olunduqları hərbi hissə haqqında məlumatı, şəxsi məlumatları daxil etməklə 30.12.2015-ci il tarixdən etibarən SHXÇDX-nin saytının «elektron xidmətlər» bölməsinin müvafiq bölümündən əldə edə biləcəklər.  
Cədvəldə sətir sayı :14897