Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
zaur abasov Soruşur Yazılma Tarixi:03.10.2015 20:25:37

salam.sizden bir soz sorusmaq isteyirem.men herbi deniz quvvelerinde muddetden artiq xidmet etmek isteyirem micman kimi.bununcun evel cavus kimi islemek lazimdi yoxsa bir bawa micman kimi qebul olmaq olar?bunucun men vayenkomata muraciet etmeliyem?zehmet olmasa mene yol gosterin

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Odur ki, mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Əlavə olaraq bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. 
faiq eliyev Soruşur Yazılma Tarixi:03.10.2015 16:56:09

Salam. Bu ehtiyatda olan seferberlikle bagli cagiris zamani vetendas tapilmasa her hansi bir mesuliyyete celb olunurmu? cunki islerimle elaqedar oalraq demek olar ki her defe bir rayonda oluram menim kimi insani tapmaq cetin olar isimle bagli bu kimi hallari vayinkomatlar nezere alirmi?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7.2.-ci maddəsinə əsasən hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayəş yeri üzrə qeydiyyatdan çəxmalı və olduğu yer üzrə qeydiyyata durmalıdırlar.                 
Həmin qanunun 53-cü maddəsinə əsasən  Bn Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
                
Eyni zamanda bildiririk ki, «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikasının Qanununun 8.3.  maddəsinə əsasən Səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
İlhamə Budaqova Soruşur Yazılma Tarixi:03.10.2015 14:51:50

Salam. 1996-cı il təvəllüdlü Əhmədzadə Murad İsmayıl oğlu SHXÇDX-nin Xəzər rayon idarəsində qeydiyyata alma komissiyasını keçən zaman o, elektroensefaloqrafiya müayinəsinə göndərilmiş və onun beynində üzvü dəyişikliklər olduğundan daha dəqiq müayinə olunması üçün 2 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilmiş və orada 3 gün qalmışdır. Nəticənin necə olmasını bilmək istəyirik. Əvvəl də bildirdiyimizə görə Muradın vəsiqə alması üçün Xəzər rayon Hərbi komissarlığı sənəd verməlidir.

Məlum olmuşdur ki, barəsində rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, 1996-cı il təvəllüdlü Əhmədzadə Murad İsmayıl oğlu razılaşdırılmış qrafikə əsasən şəxsi işi ilə birgə 2015-ci ilin oktyabr çağırışında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına təqdim olunacaq və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Elshad Aliyev Soruşur Yazılma Tarixi:03.10.2015 13:12:51

Mən ehtiyyatda olan zabitem sizin xidmətdə xidmətimi davam etdirə bilərəmi?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz barədə ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
seyidağa şiriyev Soruşur Yazılma Tarixi:03.10.2015 12:54:05

Salam Menum 18giz yawim var avqusdun 16sidu adgunum hacan gedirem hecne gelmiyib

Sizin təcili olaraq qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Nahid Aslansoy Soruşur Yazılma Tarixi:03.10.2015 12:52:34

salam. mənim qardaşım Türkiyənin Sakariya dövlət univeristetinə qəbul olub və qəbul məktubu ayın oktiyabr ayının 12 si gələcək həmin gün qəbul məktubunu kamisarlığa təqdim etsək qəbul olunurmu. öncədən təşəkkür edirəm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.         
      Eyni zamanda bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir.
    
    Nəzərinizə çatdırırıq ki, qardaşınızın qəbul olduğu ali təhsil müəssisəsindən arayış alaraq (arayışda qardaşınızın ali təhsil müəssisəsinə daxil olduğu və bitirəcəyi tarix dəqiq göstərilməlidir)
qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyi tövsiyə olunur.
Fuad Sukurov Soruşur Yazılma Tarixi:03.10.2015 11:54:05

Salam men universitetde oxuyuram 4 kurs telebesiyem magistaturaya qebul olunsam mene mohlet verilecek?

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Anar Eyvazov Soruşur Yazılma Tarixi:03.10.2015 11:51:19

salam men Daxili qowumlara duwmuwem ama apresiyam qedenen sora qaytarmayacaqlarki?

Bildiririk ki, siz Daxili Qoşunların hərbi-həkim komissiyası tərəfindən tibbi müayinə olunduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcək. 
urfan besirov Soruşur Yazılma Tarixi:03.10.2015 11:09:17

salam menim sol qolumda emeliyat kecirmiwem qolumda tikiw var qolum bitiwib amma ki tam yuxari qalxmir ve soyux aylarinda goyermeye bawlayir bununla elaqedar size muraciet edirem ki menim esgerliye getme wansim var ya yox qolum haqqinda elimde kagizimda var qolum cox agrayir sol qolumla agir yuke de qoymurlar emeliyatim 2007 ci ilde sumqayit seheri tecili tibbi yardimda olub bunula elaqedar meni cagiriwa cagiriblar ve mene yararli deyirler kapitana deyirem ki sol qoluma hereket ede bilmirem agrilarim coxdu emeliyatdan bu gune kimi agrayir sol qolum deyirler ki yararlisan ve yararsiz etmek ucun menden rusum isteyirler dovelt rusumu yox bu nece olur mene yararli deyir yararsiz etmek ucun pul isteyir bu ne dimeydi axi ozumde kasib bir ailenin ovladiyam xaiw edirem bununla elaqedar iwime baxasiniz xaiw edirem ??? ve mudafie nazirliyine de bu haqda muraciet bildirmek isteyirem

Məlum olmuşdur ki, Siz, 2015-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Abşeron rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Abşeron rayon şöbəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən müvafiq qərar qəbul ediləcəkdir.  
Ehmedzade orxan Soruşur Yazılma Tarixi:03.10.2015 01:28:56

Salam menim boyum 1.75 cekim ise 45kq-dir hami deyir esgerlikde prablem yaradacaq. Ariqliq esgerlik ucun prablem yaradir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Cədvəldə sətir sayı :14891