Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
seyidağa şiriyev Soruşur Yazılma Tarixi:03.10.2015 12:54:05

Salam Menum 18giz yawim var avqusdun 16sidu adgunum hacan gedirem hecne gelmiyib

Sizin təcili olaraq qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Nahid Aslansoy Soruşur Yazılma Tarixi:03.10.2015 12:52:34

salam. mənim qardaşım Türkiyənin Sakariya dövlət univeristetinə qəbul olub və qəbul məktubu ayın oktiyabr ayının 12 si gələcək həmin gün qəbul məktubunu kamisarlığa təqdim etsək qəbul olunurmu. öncədən təşəkkür edirəm

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.         
      Eyni zamanda bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat) müvafiq təhsilini bitirənədək çağırışa möhlət verilir.
    
    Nəzərinizə çatdırırıq ki, qardaşınızın qəbul olduğu ali təhsil müəssisəsindən arayış alaraq (arayışda qardaşınızın ali təhsil müəssisəsinə daxil olduğu və bitirəcəyi tarix dəqiq göstərilməlidir)
qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə təqdim etməyi tövsiyə olunur.
Fuad Sukurov Soruşur Yazılma Tarixi:03.10.2015 11:54:05

Salam men universitetde oxuyuram 4 kurs telebesiyem magistaturaya qebul olunsam mene mohlet verilecek?

Bildiririk ki, hal-hazırda mövcud qanunvericilikdə magistraturaya qəbul olunanlara möhlət verilməsi nəzərdə tutulmamışdır.
Anar Eyvazov Soruşur Yazılma Tarixi:03.10.2015 11:51:19

salam men Daxili qowumlara duwmuwem ama apresiyam qedenen sora qaytarmayacaqlarki?

Bildiririk ki, siz Daxili Qoşunların hərbi-həkim komissiyası tərəfindən tibbi müayinə olunduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcək. 
urfan besirov Soruşur Yazılma Tarixi:03.10.2015 11:09:17

salam menim sol qolumda emeliyat kecirmiwem qolumda tikiw var qolum bitiwib amma ki tam yuxari qalxmir ve soyux aylarinda goyermeye bawlayir bununla elaqedar size muraciet edirem ki menim esgerliye getme wansim var ya yox qolum haqqinda elimde kagizimda var qolum cox agrayir sol qolumla agir yuke de qoymurlar emeliyatim 2007 ci ilde sumqayit seheri tecili tibbi yardimda olub bunula elaqedar meni cagiriwa cagiriblar ve mene yararli deyirler kapitana deyirem ki sol qoluma hereket ede bilmirem agrilarim coxdu emeliyatdan bu gune kimi agrayir sol qolum deyirler ki yararlisan ve yararsiz etmek ucun menden rusum isteyirler dovelt rusumu yox bu nece olur mene yararli deyir yararsiz etmek ucun pul isteyir bu ne dimeydi axi ozumde kasib bir ailenin ovladiyam xaiw edirem bununla elaqedar iwime baxasiniz xaiw edirem ??? ve mudafie nazirliyine de bu haqda muraciet bildirmek isteyirem

Məlum olmuşdur ki, Siz, 2015-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Abşeron rayon şöbəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Abşeron rayon şöbəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən müvafiq qərar qəbul ediləcəkdir.  
Ehmedzade orxan Soruşur Yazılma Tarixi:03.10.2015 01:28:56

Salam menim boyum 1.75 cekim ise 45kq-dir hami deyir esgerlikde prablem yaradacaq. Ariqliq esgerlik ucun prablem yaradir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Vidadi Cəlal Soruşur Yazılma Tarixi:02.10.2015 23:55:35

Salam. Xahiş olunur Əsgərliyə çağrılacaq Ali təhsilli şəxslərin leytenant hərbi rütbəsi alması barədə qayda və şərtləri tənzimləyən qanunvericilik aktları barədə məlumat verəsiniz.

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Cabir Qasimov Soruşur Yazılma Tarixi:02.10.2015 23:34:47

Salam. Ali hüquq təhsilli şəxslər hərbi xidmətdə leytenant kurslarına yazılmaq üçün nə zaman müraciət etməlidir? Şərtlər nələrdir?

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Elya Quliyeva Soruşur Yazılma Tarixi:02.10.2015 23:00:45

salam.mueyyen qusurlara gore sulh dovrunde yararsiz muharibe dovrunde tam yararli yazilan sexs eger muharibe olarsa on cebhede yoxsa arxa cebhede vurusmalidir?

Bildiririk ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 188-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti müharibə dövründə bu Əsasnamənin 32, 33, 38, 40 («b» və «q» bəndlərindən başqa) və 171-ci maddələrinə uyğun hərbi qulluqçularla və hərbi vəzifəlilərlə komplektləşdirilir. Bu Əsasnamənin 171-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat şəxsi heyəti aşağıdakılardan yaradılır: a) əsgərlərdən, matroslardan və çavuşlardan: - rayon (şəhər) çağırış komissiyalarının qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı sayılmış kişi cinsindən olan çağırış yaşlı (18-35 yaşlı) vətəndaşlardan. Əlavə olaraq bildiririk ki, hərbi qulluqçunun və hərbi vəzifəlinin dinc dövrü, səfərbərlik vaxtı və ya müharibə zamanı harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etdikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir.    
Həmid Əhvədov Soruşur Yazılma Tarixi:02.10.2015 22:43:51

Salam.Xahiş edirəm aclqlayasınız Hərbi Xidmətə yararlıdır-3 nə deməkdir.

Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə yararlı sayılmlış vətəndaşlar barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəydən sonra həkim-mütəxəssis “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər” cədvəlinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli) “a” bölməsinə müvafiq olaraq hərbi xidmətkeçmə üçün təyinatın (Qoşunların, hərbi hissələrin növləri) rəqəm göstəricisini müəyyən edir.
“Hərbi xidmətə yararlıdır A-3” hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur (xüsusi təyinatlı hərbi hissələr, dəniz piyadası, hava desant, desant hücum heyəti və s.).
Cədvəldə sətir sayı :14897