Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rahim Mirzeyev Soruşur Yazılma Tarixi:02.10.2015 21:56:46

salam men gizir kimi herbiye qayitmaq isdeyirem bunun ucun ne etmeliyem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Odur ki, mövcud sənədlərinizlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Əlavə olaraq bildiririk ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.  
yusif Soruşur Yazılma Tarixi:02.10.2015 21:53:09

Salam bilmek isdeyiremki esgerlikde qalib oxumaq olarmi amma tehsilim tam ortadi?.xahis edirem sualimi cavablandirin

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Dadasov Yusif Soruşur Yazılma Tarixi:02.10.2015 21:45:51

Salam.men 10.27.2015 ci ilde herbi xidmete gedirem 19 yasim tamam olacax tam orta tehsilliyem .Bilmek isdeyiremki esgerlikde qalsam MAHX( yeni muddetden artiq herbi xidmet ) islesem ondan artiq herbi veIfem qalxmayacaq amma bele bir sey mumkundurmuki oxuyum ve vezifem artsin ? Xahis eleyirem komeklik edesiz

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Eskerov Kelbeli Soruşur Yazılma Tarixi:02.10.2015 20:30:07

men eskerov kelbeli sabir oglu. 16.11.1992 ci ilde xacmaz rayonunda anada olmuwam. .02.01.2011 tarixinde herbi xidmete cagirilmiwam. naftalan weher N sayli herbi hissede xidmet etmiwem. 9 sinife kimi oxumuwam,isteyirem ki,maxi kimi iwleyim,gebul olunurmu. birde xaiw edirem bu hakda mene komey edesiz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.    
Rüfət Şubert Soruşur Yazılma Tarixi:02.10.2015 19:44:46

Mən xəstəliyə görə azad olmuşam hərbi xidmətdən. Nə vaxt hərbi bileti alacağımı bilmək istəyirəm.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.0.2-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Bu Qanunun 28.6-cı maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir.
Odur ki, şəxsiyyətinizi təsdiq edən sənədlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz.
Niyameddin Soruşur Yazılma Tarixi:02.10.2015 17:42:55

salam men 2015 in, oktyabr ayinin 5 herbi xidmete cagrilmisam men xidmet kececeyim yerden konullu oz isteyimle xususi teyinatlilara gede bileremmi???? xais edirem cavablandirasiz ,,,..... indiden cox tesekkurler.

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissədə bölük komandirinizə müraciət etməyiniz tövsiyə olunur.  
Cahid Şirinov Soruşur Yazılma Tarixi:02.10.2015 15:31:22

Salam. Mən 23.10.1983-cü il təvəllüdlüyəm. Ali təhsilliyəm. Hərbi xidmətə qəbul ola bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.  
Rufet Hesenov Soruşur Yazılma Tarixi:02.10.2015 15:17:06

salam . Men naxcivanda qeydiyatdayam ve herbiye cagirlmiwdim aparmadilar men orda qeydiyatdan cixa bilerem zehmet olmasa cavab yazardiz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar. “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli       213 №-li Qərarının 2.4-cü bəndinə əsasən, hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxmaq üçün çağırışçılar və hərbi vəzifəlilər Xidmətin yerli idarə, şöbə və bölmələrinə şəxsən müraciət etməlidirlər.
Nəriman Hacıyev Soruşur Yazılma Tarixi:02.10.2015 12:58:24

Salam..Mənim 18 yaşım 2016 cı il Yanvarın 3 də tamam olacaq..mən Aprel çağırışçılarl sıraslna düşürəm ? Çünki Yanvar ayının 1 nə qədər 18 yaşı tamam olanlar yanvarda gedirlər..məndə isə Yanvarda tamam olur..buna görə də bilmək isdiyirəm ki mən aprel çağırışına düşürəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq yanvar ayının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar. 
Maqsud isgenderov Soruşur Yazılma Tarixi:02.10.2015 12:45:18

salam menim adim Maqsud size sualim bundan ibaret olacaq men nece herbi hisseye duzele bilerem men nece konullu desteye daxil ola bilerem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar.
Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897