Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
aygun salmanova Soruşur Yazılma Tarixi:07.10.2015 19:41:29

bilmek isteyirem anadangelme xayanln birinin olmamasl herbi xidmete yararll sayllrml?

“Anadangəlmə bir xayanın olmaması” diaqnozu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80-ci maddəsinin “c” bəndinin I qrafasının tələblərinə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” qərarına uyğundur.
hebibullah seyidov Soruşur Yazılma Tarixi:07.10.2015 16:45:21

men sualim o dur ki mern naxcivanski adina herbi liseyden 2013 cu ilde talasermiya beta xesteliyi ile herbiye yarasiz olaraq niqodnu sayilaraq cixarilmiwam ozum seki seher sakiniyem ve Ata adi gundfuz seyidovdur sualim ondan ibaretdir ki konullu olaraq efqanistanda xidmet etmek isdeyim rteallawa bilermi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.
anar seferov Soruşur Yazılma Tarixi:07.10.2015 16:13:25

Salam men maxe kimi iwlemek isteyirem milli orduda semkirde yawayiram xaiw edirem mene komeklik gosderesiniz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Vətəndaşların harada və hansı hərbi hissədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
orxan hemidzade Soruşur Yazılma Tarixi:07.10.2015 15:36:29

salam size mureaciet etmekde meqsedim men herbi xidmetimi bitirmisem ve bc katerqoriyali surucuyem sizden xais oldugum rayonda shekide ve ya bakida her hansi herbi kamisarliqda muvafiq mene gore ne is olsa islemek isteyirem konullu hepsde olan qohumumda yoxdur bununla bagli ne etmek olar islemek isteyirem zehmet olmasa komeklik gostererdiz bir yol gostererdiz diqqetinize gore sagolun

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz barədə ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
AFAQ IDRISLI Soruşur Yazılma Tarixi:07.10.2015 10:31:48

salam men konullu herbiye islemek isleyirem.yasadigim erazi uzre herbiye hisseye gedirem deyirler heleki xanimlarin herbiye konullu qebul qaydandirib.birde burda elektron xidmetden istifade edirem deyir ise sened qebulunuz natamam .Zehmet olmasa sualimi cavablandirarsiniz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Vefa Kazimova Soruşur Yazılma Tarixi:07.10.2015 09:02:01

Salam.Orta ixtisasli muellimeyem.Pedaqoji Kolleci ferqlenme diplomu ile bitirmisem.14 il is stajim var. Milli ordumuza Herbici olmaq arzusu ile muraciet etdim.Qeydiyyatdan kecdim butun senetleri toplamisam herbi qospitaldanda kecmisem. Hec bir problemim yoxdur.Amma qadinlarin cagirisi yoxdur. Ne vaxt olacaq?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər.  Bu Qanunun 36.1-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Asif Qarabaqlı Soruşur Yazılma Tarixi:07.10.2015 05:57:05

Çağırış zamanı hansı kriteriyalara esaslanırsınız ( tek oğul, elil ailesi ve s) ferq olurmu? Seçim nece aparılır? Hörmetle A.Qarabaqlı.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.            
Eyni zamanda bildiririk ki,
həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölünür.
         
   Mövcud qanunvericilikdə ailənin tək övladı olan çağırışçılara hər hansı güzəştin şamil edilməsi nəzərdə tutulmamışdır.
    
zaur suleymanov Soruşur Yazılma Tarixi:07.10.2015 02:44:33

salam men oktiyabrin 4 tamam eledim 18 yasimi. men bilmey isdeyirem navaxt gedecem

Sizin təcili olaraq qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Aysel Huseynli Soruşur Yazılma Tarixi:07.10.2015 02:31:54

Salam. Yoldashim ali tehsillido, hal hazirda herbi xidmetdedir. 1 oglumuz var 1 yashinda. yoldashim artiq 3 aydir ki herbi xidmetdedi. bilmek isteyerdim ne vaxt onu mezuniyyete gondereceyler, ve hansisa bir guzesht var mi?

Bildiririk ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 129-cu maddəsinin “c” bəndinə əsasən, hərbi qulluqçunun ailədə şəxsən olması zəruri olduğu halda ailə vəziyyətinə görə qısa müddətli məzuniyyətin verilməsi hərbi hissə komandirinin rəyi əsasında həyata keçirilir.  
     Eyni zamanda bildiririk ki, ailə vəziyyətinə görə məzuniyyət verilməsi zərurəti hərbi qulluqçunun ailəsinin yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və ya yerli bələdiyyə orqanı tərəfindən təsdiq edilmiş sənədlə sübut edilməlidir. O cümlədən, qanunvericiliyin tələblərinə uyğun olaraq 1 il müddətli həqiqi hərbi xidmət keçməli olan hərbi qulluqçular 6 ay xidmət etdikdən sonra növbəti məzuniyyətə buraxılırlar.
     
   Həyat yoldaşınızın hazırki ailə vəziyyəti ilə əlaqədar ona mövcud qanunvericilikdə hər hansı güzəşt nəzərdə tutulmayıb. 
Səlimzadə Əliəşrəf Soruşur Yazılma Tarixi:07.10.2015 00:31:25

Salam mən Səlimzadə Əliəşrəf Nizami oğlu 21.07.1993 təvəllüdlüyəm.29 sentyabr 2015 ci ildə xəstəliyimlə əlaqədar Şəki rayon hərbi komisarlığından xidmətin hərbi hospitalına getmişəm.hospitalın mənim haqqımda verdiyi qərarı necə öyrənə bilərəm və ya siz bilirsinizsə xaiş edirəm köməklik göstərəsiniz.

Məlum olmuşdur ki, Siz, 29.09.2015-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.
Cədvəldə sətir sayı :14897