Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
sadiq behmenli Soruşur Yazılma Tarixi:09.10.2015 12:34:21

Men 9cu sinifde komisiyadan kecmek ucun komisarliga cagirildim.Yoxlanisda sinemin deformasiyaya ugradigini dediler ve meni Bakiya ETTi-ye gonderdiler .Hal hazirda hem sinem eyridir hem de sag gozum yaxsi gormur .Men herbi xidmete yararliyam?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə atanızın adı, təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
faiq eliyev Soruşur Yazılma Tarixi:09.10.2015 04:01:04

Salam. size kecen defe demisdim seferberliye cagirisla bagli siz qeyd etdiniz ki 3 aydan cox qalanda oldugumuz yer uzre qeydiyyata durnaliyiq men 3 aydan cox qalmiram ve isimle bagli demek olar ki sefer edirem tez tes 10 gun astara, 10 gun lerik 7 gun lenkeran ve s. ve bu proses davam edir regionlar uzre.indi sabah Sederberlik elan olunsa men tapilmasam (bezen ele yerde oluram telefon tutmur uzin muddet evle de danisa.bilmirem) bu kimi hallarda men hansisa mesuliyyet dasiyirammi?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin      2006-cı il 5 yanvar tarixli 1 nömrəli qərarı ilə  təsdiq edilmiş  “Müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydası, habelə Azərbaycan Respublikası Silahlı qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi” QAYDASI-nın :  3.2. maddəsinə əsasən “səfərbərliyin elan edilməsi barədə qəbul olunmuş qərar dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.” 3.3. maddəsinə əsasən  “Kütləvi informasiya vasitələrində səfərbərliyin elan olunmasından əlavə, vətəndaşlar səfərbərlik üzrə hərbi xidmətə çağırılmaları barədə SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinin  səfərbərliyin elan olunması haqqında əmrinin ictimai yerlərdə yapışdırılması, çağırış vərəqələri ilə yaşayış yerləri və iş yerləri üzrə xəbərdar edilirlər”. 3.5.maddəsinə əsasən “ Yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, təşkilatların rəhbərləri səfərbərlik elan edilərkən, hərbi vəzifəlilərə vaxtında məlumat verilməsini və onların toplanış məntəqələrinə və ya hərbi hissələrə (xüsusi birləşmələrə) gətirilməsini təmin etməlidirlər”.          Həmin qaydanın 2.5. maddəsinə əsasən vətəndaşlar səfərbərlik elan edilərkən səfərbərlik sərəncamlarında, SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinin çağırış vərəqələrində, şəhər və SHXÇDX-nin yerli idarə, şöbə və bölmə rəislərinin əmrlərində göstərilmiş müddətdə müəyyən edilmiş məntəqələrə gəlməlidirlər;            Yuxarıda göstərilənlərdən aydın olur ki, səfərbərliyin  elan edilməsi haqqında ölkədə olan hər bir  vətəndaşın məlumatı olacaqdır və onun vətəndaşlıq borcudur ki,  səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirsin.         Əks halda,  Azərbaycan Respublikasının cinayyət məcəlləsinin 321.2 maddəsinə əsasən səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzasına məhkum edilirlər. 
Resul Hesenov Soruşur Yazılma Tarixi:09.10.2015 01:52:25

Salam men Azərbaycan Respublikası SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNƏ hərbici kimi muraciet etmək istəyirəm. Ailə vəziyyətim pisdir Anam 2 qrup ruhi xestedi atam ise agir xestedi qardaşim ayri yaşadigindan validenylərimə mən baxiram. Bakida işləyə bilərəm.

Nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə və eləcə də Xidmətin Bakı şəhərində yerləşən struktur bölmələrinə mülki işə qəbulla bağlı müraciətlərinə baxılması barədə qərar yalnız onlar özləri haqqında ətraflı məlumat verdikdən sonra qəbul edilir. Eyni zamanda bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilən vətəndaşlar Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Surxayli Togrul Soruşur Yazılma Tarixi:08.10.2015 22:23:32

Evvela salam. Men Sumqayitda yasiyiram Ali tehsilliyem 4 cu kursda oxuyuram bilmek istiyiremki esgerliye gedennen nece gun sora leytinantligi oxumaga gonderecekler? 1il 9 aylig

Bildiririk ki, qeyd edilən məsələ ilə bağlı xidmət edəcəyiniz hərbi hissənin komandirinə müraciət etməyiniz tövsiyə olunur. 
Roman Abdullayev Soruşur Yazılma Tarixi:08.10.2015 22:10:50

Salam.Mən Rusiya Refederasiyasında təhsil almışam və magistr diplomum Azərbaycanda təsdiq olunmuşdur,ancaq bakalavr diplomum təsdiq olunmayıb. Bilmək istərdim ki, hərbi xidmətə getdiyim zaman mənim bir illik xidmət etməyim üçün magistr diplomu kifayət edir yoxsa bakalavr diplomuna da ehtiyac var ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay həqiqi hərbi xidmət keçirlər.         Eyni zamanda bildiririk ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ali təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etməlidirlər.
Tural Tagiyev Soruşur Yazılma Tarixi:08.10.2015 20:44:39

Salam.Mende Ceki 46-kq dir.Bu Cekiyle Herbi Xidmete Dusurem?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Piriyev Memmedrasul Soruşur Yazılma Tarixi:08.10.2015 15:04:34

Salam. Men Dsx - de kç herbi rutbesi ile, herbi xidmetimi qurtarmiwam.Hal hazirda mudetden artiq herbi quluqcu kimi, her hansi herbi husede iwlemek isteyirem bunun ucun hara muraciet etmeliyem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Rahib Ərzimanlı Soruşur Yazılma Tarixi:08.10.2015 12:40:55

salam.size daha öncə yazmişdim cavablandirdiğiniz üçün təşəkkür edirem.ali tehsilliyem heqiqi herbi xidmetle SHXÇDX da gizir kimi işləyə bilərəm.bes sonra nece bir müddet işlədikden sonra zabit rütbəsini ala bilerem yoxsa butun herbi xidmet vaxtinda ancaq gizir kimi qalacam?ve birde rayonlara gonderilsem maas texmini neqeder olar?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, verdiyiniz digər sualların cavabı xidməti xarakter daşıdığına görə açıqlanılmır. Bununla əlaqədar məlumat almaq üçün bilavasitə Xidmətin Aparatına gələrək Kadrlar və Kadr hazırlığı idarəsinə müraciət etməyiniz tövsiyə olunur. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
alesgerov aslan Soruşur Yazılma Tarixi:07.10.2015 22:12:08

Salam men 10.10.1997 ildə anadan olmuşam. Oktyabrın 10.u. 18 yaşım tamam olur. Mən hansı priziv olacam? Oktyabr yoxsa yanvar?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq oktyabr ayının 1-dən 30-dək çağırış günü üçün 18 yaşı tamam olmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılırlar.        Sizin təcili olaraq qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Novruz Dursunov Soruşur Yazılma Tarixi:07.10.2015 21:43:09

Salam.Once narahat etdiyim ucun uzr istayiram .Isla bagli muraciat edram.Man ehtiyatda olan mayor,Qarabag muharibasi veteraniyam.Xidmatinizda isa qabul omaq ucun kima,hara muraciat etmak lazimdir? Hansi sanadlar lazimdir?Na kimi kriteriyalar nazara ainir?Xahis ediram bu masalada mana yardimci olasiniz.Sag olun .Qabaqcadan minnatdaram

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz barədə ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işə qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897